Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2677/2021 24.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 nümayəndəsi X6 iştirakı ilə, X19 Raqub qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X19 Raqub qızı ərizə ilə məhkəməyə müraciət edərək, övladı Qədimov Yusif Zamir oğlununn 10 dekabr 2015-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2014-cü il təvəllüdlü övladı Qədimov Yusif Zamir oğlu 10 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. O, Bərdə rayonu, Dəymədağlı kənd qəbristanlığında dəfn edilmişdir. Qeydiyyat Şöbəsində övladı X8 ölüm faktı qeydyyata alınmamışdır. Bu da övladının ölümü ilə bağlı bir çox sosial məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ona bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X13 ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş Həsənov Məhəmməd Musa oğlu göstərdi ki, X19 Raqub qızı qonşusudur. Aysel Qədimovanın övladı 2015-ci ildə vəfat edib. Oğlan uşağı olub, onu Dəymədağlı kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 şahid Həsənov Məhəmməd Musa oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 737 nömrəli, 02 iyul 2021-ci il il tarixli arayışından müəyyən olunur ki, Qədimova Aysel Raqub qızı Bərdə rayonu, Şirvanlı kənd İƏD üzrə Dəymədağıldı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 736 nömrəli, 02 iyul 2021-ci il il tarixli arayışından müəyyən olunur ki, Qədimov Yusif Zamir oğlu 10 dekabr 2015-ci ildə vəfat edib, ərazinin Dəymədağıldı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZ-İ 859657 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olununr ki, X17 ilə Əkbərova Aysel Raqub qızı arasında olan nikah 02 oktayabr 2013-cü ildə, 10 aylı aktla qeyd edilmişdir. İş materiallartında olan AZ-İİİ 429822 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 03 sentyabr 2014-cü ildə doğulmuşdur, atası X17, anası Əkbərova Aysel Raqub qızıdır. İş materiallarında olan AZE 18513100 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əkbərli Bəhruz Raqub oğlu 03 sentyabr 1993-cü ildə Bərdə rayonu Şirvanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17726440 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qədimova Aysel Raqub qızı 23 iyul 1991-ci ildə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17472819 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Həsənov Məhəmməd Musa oğlu 12 may 1993-cü ildə doğulmuşdur, Bərdə rayonu, Dəymədağıldı kəndində qeyiyyatdadır. İş materiallarında olan AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 27 dekabr 1980-ci ildə doğulmuşdur, Bərdə rayonu, Dəymədağıldı kəndində qeyiyyatdadır. İş materiallarında olan Azərbaycan Republikası Səhiyyə Nazirliyi B.Ə.Eyvaz adına E.T.Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən verilmiş epikrizdə xəstə Qədimov Yusifə kəskin mieoloblast leykoz, M1 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, 431-05/15 nömrəli məktubundan müəyyən olunur ki, İsrəfilovalalə Ziyəddin qızının ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, mərhum Qədimov Yusif Zamir oğlunun 10 dekabr 2015-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçi üçün müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 03 sentyabr 2014-cü il tarixdə doğulmuş X8 10 dekabr 2015-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2677/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2677/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver