Məhkəmə qərarları › İş №2(021)-2689/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2689/2022

11.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2689/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən şəxs "xxxx" Bankı ASC-nə qarşı “18.1*.2*13-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin və yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1nə, maraqlı şəxs "xxxx" Bankı ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 18.1*.2*13-cü il tarixli Y-3*1 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməklə yenidən qanuna müvafiq qaydada hərrac keçirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 avqust 2*22-ci il tarixl qərardadına əsasən "xxxx" Bankı ASC müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bankı ASC-yə pul ödədiyi halda heç bir məlumatı olmadan onlara məxsus olan Bərdə şəhəri K.Cabbarov küçəsi 5 saylı ev hərraca çıxarılaraq satın alınıbdır. Nə Cavabdeh1 tərəfindən onlara heç bir məlumat verilməmiş, Hərrac Mərkəz tərəfindən onlar hərraca dəvət edilməmişlər. Bundan başqa 15.*1.199*-cı il təvəllüdlü oğlu X6 həmin evdə doğulub böyüyüb boya başa çatmış həmin evdə qeydiyyatda olmaqla hal-hazırda da həmin evdə yaşayır. Məhkəmə qətnaməsində nə oğlunun, nədəki *3.*6.1991-ci il təvəllüdlü qızı X4 adı qeyd olunmamışdır. Hərrac 18.1*.2*13-cü il tarixdə keçirilərək Y3*1 saylı protokol tərtib olunmasına baxmayaraq həmin protokolu 13.*7.2*22-ci il tarixdə çətinliklə ala bilmişdir. Keçirilmiş hərrac bank tərəfindən udulmuşdur. Hesab edir ki, onlara məxsus evin bank tərəfindən alınması hərracın formal və saxta keçirildiyini göstərir. Odur ki, 18.1*.2*13-cü il tarixli Y-3*1 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməklə yenidən qanuna müvafiq qaydada hərrac keçirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə dərək təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Bankı ASC məhkəməyə etiraz ərizəsi göndərərək ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası MM-nin 354-cü maddəsinin tələbinə əsasən iddia müddəti ötürülmüşdür. Belə ki, Bərdə rayon Məhkəməsinin 13.*4.2*12-ci il tarixli, 2(*21) 556 saylı qətnaməsinə əsasən İddiaçı mülkiyyət hüququ əsasında məxsus olmuş Bərdə şəhəri, Kamal Cabbarov küçəsində yerləşən *,*5 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında icra vərəqəsinin könüllü icra məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bildiriş göndərilməli, Bərdə Rayon İcra Şöbəsinin 22.*1.2*13-cü il tarixli, 1/133 nömrəli icraata başlamaq haqqında qərarının nəticə hissəsində də borclulara yəni borc alan X2 və ipoteka qoyan İddiaçı 1* gün müddətində icranın könüllü təmin olunmasının təklif olunması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, İddiaçı ən azı 2*13-cü ildən etibarən tələbi icra etməyəcəyi təqdirdə fərdi yaşayış evinin hərracdan satılacağı barədə xəbəri olmuşdur. Bundan başqa İddiaçı iddia ərizəsində hərracın yekunları haqqında 18.1*.2*13-cü il tarixli, Y-3*1 nömrəli protokolu 13.*7.2*22-ci ildə əldə etdiyini göstərsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsasə verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı isə hazırkı iddia 2*21ci ilin iyul ayında verilmiş və bununlada iddianın verilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddət buraxılmışdır. Bundan başqa İddiaçı iddia ərizəsində fərdi yaşayış evinin satılması məqsədi ilə keçirilmiş hərracdan və fərdi yaşayış evinin həmin hərracda satılmasından məlumatı olmadığını göstərmiş lakin bu halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Əmlak İxtisaslaşdırılmış Hərrac X1 haqqında Y-3*1 nömrəli Protokolunun surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 13.*4.2*12-ci il tarixli, 2(*21)-556/2*12 saylı icra sənədinə əsasən sifarişçi Cavabdeh1 1-575 nömrəli, 13.*4.2*12-ci il tarixli sifariş məktubu ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılmasını sifariş etmiş, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən Bərdə şəhəri Kamal Cabbarov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 38.*** manat olmaqla hərraca çıxarılmış, keçirilən hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" Bankı ASC əmlakı 24225 manata almışdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.*7.2*22-ci il tarixli, 3857 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Kamal Cabbarov küçəsində yerləşən 5 nömrəli evdə yaşayır. İş materiallarında olan 22 yanvar 2*13-cü il tarixli, 1/133 nömrəli icraata başlama haqqında qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(*21) 556 saylı, 1*.*7.2*12-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borclular X2 və İddiaçı tələbin 1* gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaççı İddiaçı Bərdə Rayon Məhkəməsinin 2(*21) 556 saylı, 1*.*7.2*12-ci il tarixli icra sənədi və Cavabdeh1 1-575 nömrəli, 13.*4.2*12-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus olan Bərdə şəhəri Kamal Cabbarov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 38.*** manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmışdır. Hərracın keçirilməsinin yeri və vaxtı barədə ona heç bir məlumat verilmədən 18.1*. 2*13-cü il tarixdə "xxxx" Bankı ASC tərəfindən 24225 manata alınmışdır.Hesab edir ki, hərracın keçirilməsinin vaxtı və yari barədə ona cavabdehlər tərəfindən məlumat verilmədən gizli şəkildə "xxxx" Bankı ASC-yə satılması qanunsuz olduğundan Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 18.1*.2*13-cü il tarixli Y-3*1 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməklə yenidən qanuna müvafiq qaydada hərrac keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 6*-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2* təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3* təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. MM-in 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.12.2**8-ci il tarixli qərarında MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, iddiaçı hərracən nəticələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Əgər həmin müddət iddiaçı tərəfindən məhkəmədə sübut edilsəydi bu zaman kəsici müddətin tətbiqi məsələsi məhkəmə tərəfindən həll edilməli idi. Kəsici müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair *2 aprel 2*21-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2*2*-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçıya məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla heç bir mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamış, iddiaçı iddiasında göstərdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş və sübut edə bilməmiş, habelə hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, 18.1*.2*13-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı uzun illər sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi, Mülki Məcəllənin 6-cı maddəsində müəyyən edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı, hüquqi müəyyənlik prinsipinə, eyni iş üzrə iddialara məhkəmə müstəvisində təkrar baxılmasının yolverilməzliyi, mülki dövriyyənin sabitliyi və davamlılığı prinsiplərinə zidd olmaqla, həmçinin mübahisə predmeti olmaqla keçirilən hərrac nəticəsində Bərdə şəhəri K.Cabbarov küçəsi 5 saylı evə mülkiyyət hüququ əldə etmiş şəxs və ya şəxslərin mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər ki, bu da məhkəmə tərəfindən yolverilməz hesab edilir. Məhkəmə ilk əvvəl qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 2(*21)-556/2*12 saylı, 1*.*7.2*12-ci il tarixli qətnaməsi əsasında Cavabdeh1nə qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Nəticəsi mübahisələndirilən əmlak isə həmin icra sənədi əsasında hərraca çıxarılmış və hərrac keçirilmişdir. Həmçinin, Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 22*.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən şəxs "xxxx" Bankı ASC-nə qarşı “18.1*.2*13-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin və yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar