Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-27/2023 08.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tutulması» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 15 iyul 2013- cü il tarixli 27 (01) saylı müqaviləsi üzrə əsas məbləğ 278423.12 (iki yüz yetmiş səkkiz min dörd yüz iyirmi üç) manat 12 qəpik, hesablanmış faiz 114981.95 (bir yüz on dörd min doqquz yüz səksən bir) manat 95 qəpik, cərimə borcu - 523.14 (beş yüz iyirmi üç) manat 14 qəpik, Kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu -0.00 (sıfır) manat 00 qəpik, cəmi 393928.21 (üç yüz doxsan üç min doqquz yüz iyirmi səkkiz) manat 21 qəpik məbləğində vəsaitin, həmçinin İddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 15 iyul 2013-cü il tarixdə "xxxx" ASC və Cavabdeh arasında müvafiq olaraq 27 (01) saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 27(01) saylı kredit müqaviləsi üzrə illik 12 % olmaqla, 180 (bir yüz səksən) ay müddətinə yaşayış sahəsinin alınması üçün 300000 (üç yüz min) manat kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Qeyd olunan kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh 15 iyul 2013-cü il tarixdə "xxxx" MMC ilə yaşayış sahəsinin alınması ilə bağlı 22 saylı kredit müqaviləsi bağlamış və onun tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra üçüncü binanın birinci mərtəbəsində yerləşən sahəsi 140.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsi alınmışdır. Gəncəbank" ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Ancaq borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 25 iyun 2019-cu il tarixinə Cavabdeh, 15 iyul 2013- ci il tarixli 27 (01) saylı kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ - 278423.12 (iki yüz yetmiş səkkiz min dörd yüz iyirmi üç) manat 12 qəpik, hesablanmış faiz - 114981.95 (bir yüz on dörd min doqquz yüz səksən bir) manat 95 qəpik, cərimə borcu - 523.14 (beş yüz iyirmi üç) manat 14 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu -0.00 (sıfır) manat 00 qəpik, cəmi 393928.21 (üç yüz doxsan üç min doqquz yüz iyirmi səkkiz) manat 21 qəpik . İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərk, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərk, işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 27 (01) saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 180 ay müddətinə illik 12% olmaqla 300000 (üç yüz min) manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 22 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh 15 iyul 2013-cü il tarixdə "xxxx" MMC ilə yaşayış sahəsinin alınması ilə bağlı 22 saylı kredit müqaviləsi bağlamış və onun tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra üçüncü binanın birinci mərtəbəsində yerləşən sahəsi 140.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsi alınmışdır. Mülki işə əlavə edilmiş 2806.2019-cu il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 27 (01) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə kimi 278 423.12 manat əsas borc, 114 981.95 manat faiz borcu, 523.14 manat cərimə borcu olmaqla, ümumilikdə 393 928.21 manat borcu vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 24582 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 27/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 278.464,21 manat əsas, 114.820,08 manat isə faiz borcu təşkil edir. (Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir). Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 4/986 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işi 66-70-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh adından olan xx.xx.2013-cü il tarixli 27/01 saylı kredit müqaviləsinin hər vərəqəsinin aşaği hissəsində “Borcalan” qrafasındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir). Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 4/1844 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 200-202-ci vərəqələrində olan xx.xx.2013-cü il tarixli 027 saylı kredit müqaviləsinə Əlavədə möhür əksi üzərindəki imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir). Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, 15 iyul 2013-cü il tarixdə "xxxx" ASC və Cavabdeh arasında müvafiq olaraq 27 (01) saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən 27(01) saylı kredit müqaviləsi üzrə illik 12 % olmaqla, 180 (bir yüz səksən) ay müddətinə yaşayış sahəsinin alınması üçün 300000 (üç yüz min) manat kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh 15 iyul 2013-cü il tarixdə "xxxx" MMC ilə yaşayış sahəsinin alınması ilə bağlı 22 saylı kredit müqaviləsi bağlamış və onun tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra üçüncü binanın birinci mərtəbəsində yerləşən sahəsi 140.0 m2 təşkil edən qeyri-yaşayış sahəsi alınmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə 2 dəfə məhkəmə-xəttşünaslıq eksperizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 4/986 saylı, xx.xx.2022-ci il tarixli və 4/1844 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissələrində qeyd olunur ki,xx.xx.2013-cü il tarixli 27/01 saylı kredit müqaviləsi və ona əlavə Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə ekspert rəyini əsas tutaraq qeyd edir ki, kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmadığından iddia tələbi təmin oluna bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə-mühasibatlıq, məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatlarının cəmi dəyəri 402 manat (150 manat +126 manat+ 126 manat iddiaçıdan tutularaq Məhkəmə Espertizası Mərkəzinin büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı LPO Gəncəbank» ASC-yə aid edilsin. Məhkəmə-mühasibatlıq, məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatlarının cəmi dəyəri 402 manat iddiaçı LPO Gəncəbank» ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-27/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-27/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver