Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-270/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat əsas borcun, 5000 manat əldən çıxmış faydanın, ümumilikdə 17000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Qarabağ bölgəsindən məcburi köçkündür. O, Cavabdeh həm bankdan götürüb pul, həm də qızıllarını lombarda qoymaqla aldığı pulu ona vermişdir. Banka onun əvəzinə ən azı 2000 (iki min) faiz pul ödəmişdir. Lombarda qoyduğu 47,9 qram 583 ǝyarlı qızıl idi. Həmin qızılın hazırda qramı 80 AZN təşkil edir. Ona ödəniş etmədiyinə görə lombard onun girov qoyduğu qızıl əşyalarını ucuz qiymətə sataraq ona verdikləri pulu və faizləri götürüblər. O, 2021-ci ilin avqust ayında Cavabdeh "Kapital Bank"dan 5000 manat pul vermişdir. Sonra isə təxminən dekabr və yanvar aylarında Bakıda yerləşən "Karat" lombarddan 2100 manat və 350 manat məbləğində üzərinə özü 550 manat pul əlavə edib 3000 manat Cavabdeh vermişdir. Cavabdeh ona vacib pul lazım olduğu üçün çox məbləğ almış və hər dəfə pul alanda nə vaxta istəsə geri qaytracağını demişdir. Solmaza verdiyi pul məbləği 15000 manata çatanda, 2021-ci ilin oktyabr ayında ondan pulunun qaytarılmasını xahiş etmişdir. O təxminən 2022-ci ilin fevral ayına qədər arada az-az məbləğdə, cəmi 3000 manatını qaytarmışdır. Bankdan 5000 manat, lombardlardan təxminən 6000 manat, 4000 manat isə borc alıb vermiş, cəmi 15000 manat. Cavabdeh ona və uşaqlarına maddi, mənəvi ziyanlar vurmuşdur. Çünki artıq nə bankdan, nə də heç kimdən borca pul ala bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, qəbzi o, yazmışdır, lakin cavabdehə müəyyən vaxtlarda borcunu ödəmişdir. Ödənişə dair qəbzləri məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AA 452825 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla Bərdə rayon Qazıqurdalı kəndində məskunlaşmışdır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 12500 (on iki min beş yüz) manat borc pul aldığını və aldığı pulu 6 ay ərzində qaytaracağını qeyd etmişdir. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 140 manat, xx.02.2022-ci il tarixdə 240 manat, xx.xx.2022-ci il tarixdə 1100 manat, 06.01.222-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 310 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixd 500 manat olmaqla cəmi 5490 manat İddiaçı hesabına ödənilmişdir. Mülki işə əlavə edilmiş video diskdən görünür ki, Cavabdeh 12500 manat borcunun olmasını etiraf edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda borc pul vermiş, lakin cavabdeh aldığı pulu geri qaytarmadığı üçün Cavabdeh xx.xx.2022-ci il tarixdə qəbz yazaraq İddiaçı 12500 (on iki min beş yüz) manat borc pul aldığını və aldığı pulu 6 ay ərzində qaytaracağını qeyd etmişdir. İddiaçı isə 12000 manat əsas borc və 5000 manat ziyan tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi 12000 manat əsas məbləğ tələb olunur. Ödəniş qəbzləri isə ümümilikdə 5490 müəyyən olunur. Lakin ödəniş qəbzlərin tarixi borcun etirafı tarixindən əvvələ təsadüf edir. Bununla bağlı cavabdeh bildirdi ki, o 12500 manatı etiraf edəndə ümumi aldığı məbləğləri etiraf etmişdi. Məhz ona görədə iddiaçı 12500 yox, 12000 manat əsas borcla məhkəməyə müraciət etmişdir. Çünki ona 500 manat da əlavə pul vermişdir. İddiaçı tərəfin nümayəndəsi isə bildirmişdir ki, cavabdehin ödənişlərinin hazırkı iddia tələbinə aidiyyəti yoxdur. O başqa borclar üzrə olan ödənişlərdir. Məhkəmənin nəyə görə iddia ərizəsində 15000 manat borc yarananda 2021-ci ilin oktyabr ayında pulun geri qaytarılmasını istəməyiniz, 2022-ci ilin fevral ayına qədər 3000 manatın qaytarılmasını iddia ərizəsində qeyd etmisinin sualına cavabı iddiaçının nümayəndəsi cavablandır bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış qəbz və ödəniş qəbzləri nəzərə alınmaqla Cavabdeh 6510 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2 ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 85.10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 6510 manat (altı min beş yüz on) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 85.10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-270/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-270/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver