Məhkəmə qərarları › İş №2(021)-2702/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2702/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2702/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10600 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə bir il olar ki, 25.000 manat hissəhissə borc pul vermişdir, cavabdeh isə pulu qaytarmamışdır, o, da məcbur olub, Bərdə rayonu Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh verdiyi izahatında 10600 manat pulu almasını etiraf etsə də yenə pulu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımova Nəcibə Məhəmmədəli qızı xx xxxx 1975-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Nizami küçəsi ev 8 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3900 nömrəli, 30 iyun 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Məhəmmədəli qızı Bərdə şəhəri, H.Əliyev prospekti 8 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Quliyeva Ağapəri Zəkəriyyə qızı tərəfindən iddiaya qarşı verilmiş etirazda göstərilmişdir ki, tələb səhvdir. Çünki, İddiaçı o sələmə pul götürüb, götürdüyü pul 3 nəfər şəxsin yanında olmuşdur. X1, X8 və X4 onun şahidləridir. Çünki həmin şahidlərində İddiaçı dəfələrlə pul götürüblər. Hətta götürlən pulun və ödənilən sələmlərdən Nəcibə dövlətə vergi belə keçirtməmişdir. Əlavə olaraq da onu qeyd etdi ki, ona məxsus olan qızıl-zinət əşyalarını Bank olmayan kredit təşkilatına qoyaraq 6000 manat pul götürmüşdülər, həmin 3000 manatını hərbiçiyə sələmə pul verəcəyini bildirmişdir. Yerdə qalan 3000 manatı isə ona vermişdir. Ona məxsus olan qızıl-zinət əşyalarını İddiaçı ondan almışdır. Həmin qızıl zinətlər bunlardır, 3 ədəd sep, 1 brilliant sırğa və 1 qızıl sırğa, 1 tək də üzük, 1 ədəd klon, ümumilikdə 67 qram ona mənsub qızılı 3000 manat sələm müqabilində adıçəkilən şəxsə ödəmişdir. Hətta onu qeyd etdi ki, o illər boyu bu şəxsə sələmə pul ödəyib. Hesab edir ki, cavabdehdən onun qızıllarının alınması məqsədə uyğundur və onun şişirdilmiş fərmada etdiyi iddiası rədd olunmalıdır. Mülki işə əlavə edilmiş kredit evi QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan müəyyən olunur ki, kredit borcunu 10 sentyabr 2021-ci il tarixə qədər ödəməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş, Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş Cavabdeh qızı tərəfindən verilmiş izahatın surətindən müəyyən olunur ki, Bərdə şəhəri H.Əliyev prospekti ünvanında ailəsiylə birlikdə yaşayır. İddiaçı yazmış olduğu ərizə və izahatla tanış olub. İddiaçı uzun illərdir ki, tanıyır və o onunla qənşuluqda yaşayır. 2020-ci ilin yay aylarında Nəcibəgilə gedərək ona 3000 manat pul ehtiyacı olduğunu bildirdim. Nəcibə isə ona, ona da pul ehtiyacının olmasın deyərək ümumilikdə 6000 manat pul götürməyimizi yarıbayarı bölməyimizi deyərək öz tanışları işləyən Bərdə şəhəri “ əlişin dairəsi” deyilən yerdə yerləşən “Eko Bank” dan götürəcəyini bildirdi. O, onunla razılaşaraq ümümu qramı 67 qram olan qızıl-zinət əşyalarını ona verib. Nəcibə qızıllarə götürərərək 3000 manat pulu ona verərək hər ay 400 manat pul ödəyəcəyini deyib. Bundan sonra 4 ay ərzində 400 manat olmaqla ümumilikdə 1600 manat pulu ona verib. Lakin 2021-ci ilin yanvar ayında pulun olmadığı üçün Nəcibəyə pulu özünün verməsini daha sonra onunla hesablaşacağlarını deyib. Bundan sonra Nəcibə fevral ayında ondan 400 manat pul istəməyə gəlib. O Nəcibəyə pulunun olmadığını deyərək ona öz qızıllarından verməsini tanışlarından birinin yanında girov kimi qoyaraq götürməyini və ona verməyini, onun isə gedib kredit təşkilatından qızılları götürməsini deyib. Bundan sonra Nəcibə ona qızıl-bilərzik və qızıl diş gətirərək onları girov qoyub pul götürməyini deyib. Bundan sonra o tanışı Zülfiyyəyə zəng edərək vacib pula ehtiyacının olmasını, lakin banklarda, lambardlarda adına kreditlərin olmasını, ona qızıl verməyini və həmin qızıllarla öz adına lombarda qızıl qoyaraq pul götürüb ona verməsini xahiş edib. Zülfiyyə isə onunla razılaşıb. Bundan sonra yanvar ayının axırlarında həmin qızılları Zülfiyyəyə verərək ondan bir ay müddətində 2300 manat borca pul götürüb. Lakin öz ehtiyacları olduğu üçün pulun bir qismini ehtiyaclarına xərcləyib. Daha sonra pulu tam şəkildə Nəcibəyə verə bilməyib. Zülfiyyə isə fevral ayında ondan pulu tələb edərək özünə lazım olduğunu deyib. O isə onun borcunu bir neçə aya ödəyə biləcəyini deyib. Lakin Zülfiyyə onunla razılaşmayıb. Aralarında olan razılığa əsasən Zülfiyyə həmin qızılları lombarda qoyaraq 2300 manat pul götürməli və o hər ay krediti lombarda ödəməli imiş. Bundan sonra Zülfiyyə 01 mart.2021-ci il tarixdə Bərdə şəhəri “Əlişin dairəsi” deyilən yerdə yerləşən “Finans MMC”-dən 2300 manat pul götürdü. Bundan sonra Zülfiyyə ina pul vermədiyi üçün ondan qızıllarını tələb etdi. O isə qızılları Zülfiyyəyə verdiyini, pulu götürüb xərclədiyini, Zülfiyyənin isə qızılları lombarda qoyub pul götürdüyünü deyib. Hazırda o Zülfiyyənin özü ilə danışıb. “Finans MMC” – yə həmin qızılın əvəzinə başqa bir qızıl qoyaraq Nəcibəyə məxsus qızılları çıxardıb onun özünə qaytaracaq Nəcibənin ərizə və izahatında göstərdiyi xüsusatlar doğru deyildir, o Nəcibənin evindən oğurluq etməmişdir, Nəcibə həmin qızılları özü ona vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Məhəmmədli qızının Cavabdeh Zəkəriyyə qızına qarşı 10.600 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir, lakin cavabdehin Bərdə rayon Polis Şöbəsinə verdiyi izahatında 3000 manat borclu olduğunu etiraf etdiyindən, iddiaçı isə 3000 manatdan artıq məbləğin cavabdehin ona borclu olmasını təsdiq edən sübut təqdim edə bilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Məhəmmədəli qızının xeyrinə 3000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Quliyeva Ağapəri Zəkəriyyə qızından 3000 (üç min) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Məhəmmədəli qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar