Məhkəmə qərarları › İş №2(021)-2710/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2710/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2710/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 Cavabdeh Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 10852 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə verərək iş üzrə məhkəmədən kənar həlli qaydalarına riayət olunmadığına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin əslinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, tərəflərin ərizələrinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar