Məhkəmə qərarları › İş №2(021)-2713/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2713/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2713/2021 28.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh7 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X6 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Əyyub qızından, Cəfərov Abuzər Bağman oğlundan və X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə borcalan Cavabdeh1 ilə bağlanmış 07 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə banka 366.26 AZN faiz, 219.33 AZN cərimə borcu, ümumilikdə cəmi 585.59 AZN, Sarıyeva Elnaz Murtuza qızı ilə bağlanmış 07 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə 366.26 AZN faiz borcu, 219,33 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 585.59 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, birgə borcalan Cavabdeh1 Nuğay oğlu 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 saylı kreddit müqaviləsinə əsasən “Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN, birgə borcalan Sarıyeva Elnaz Murtuza qızı 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 saylı kredit müqaviləsinə əsasən Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 kredit götürmüşdür. Borcun təminatı olaraq, İlyasov Tahir Valeh oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İbrahim oğlu, Cavabdeh7 Hüseyhn qızı, Cavabdeh8, Cavabdeh9 Bağmman oğlu və X11 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyulun 13-dək birgə borcalan Cavabdeh1 banka 07 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə 366.26 AZN faiz, 219.33 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 585.59 AZN borcu, birgə borcalan Sarıyeva Elnaz Murtuza qızının 07 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə 366.26 AZN faiz borcu, 219. 33 AZN cərimı borcu olmaqla ümumilikdə cəmi 585.59 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə ilasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh7 Hüseyn qızı iddianı qəbul etməyərək, izahatlarında göstərdilər ki, banka olan borc tam ödənilmişdir. Onlar bankdan birgə borclular olaraq kredit götürmüşlər, iki nəfər borcunu ödəmədiyindən bank bizi məhkəməyə vermişdir. Keçən uzun müddət ərzində bizə kreditin ödənilməsi barədə heçnə bildirilməmişdir. Kreditin tələb edillməsi üçün iddia müddəti ötürülmüşdür, odur ki, iddia müddəti keçirildiyindən iddianın təmin edilməməsini xahiş edirik. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Nuğay oğlu “Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN və 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Sarıyeva Elnaz Murtuza qızı “Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN məbləğində kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqavilələrindən müəyyən olunur ki, İlyasov Tahir Valeh oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İbrahim oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Bağman oğlu və X10 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 “Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN və 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, X7 “Nikoyl İKB” (İddiaçı ASC)dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN məbləğində kredit götürmüşdür. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Bağmman oğlu və X10 ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin bununla belə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti ötdüyündən iddia tələbi təmin edilməməlidir. Belə ki, 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN və 07 iyul 2010-cu il tarixli RBB (M) 12142882 il tarixli kredit müqaviləsinə əsasən isə X7 “Nikoyl İKB” (İddiaçı ASC)-dən illik 30 faizlə 12 ay müddətinə 800 AZN məbləğində kredit götürmüşdür. Həmin tarixlərdə də İlyasov Tahir Valeh oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İbrahim oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Bağman oğlu və X10 ilə zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir və tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin maddədə qeyd edilən hallardan biri də xüsusi iddia müddətidir ki, mülki qanunvericiliyə əsasən həmin Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti müqavilənin icra müddəti başa çatdığı vaxtdan 3 il olduğu halda iddiaçı həmin hüququndan istifadə etməmişdir. Bundan başqa müqavilənin icra müddəti başa çatdığı andan etibarən 1 il ərzində iddiaçı təşkilat zaminlərə qarşı iddia tələbi irəli sürməli olduğu halda, bunu etməmiş və qanunla müəyyən edilmiş iddia müddətini həm əsas borcluya, həm də aksessior öhdəlik olan zaminlik müqavilələri üzrə zaminlərə qarşı da itirmişdir. Belə ki, iddiaçı təşkilatın təqdim etdiyi maliyyə arayışından da görünür ki, borclu son ödənişini 18 aprel 2012-ci ildə etmişdir. Həmin vaxtdan iddia müddəti kəsilmiş və yenidən hesablanmağa başlamışdır. Həmin tarixdən hesablanan iddia müddətinin sonu 18 aprel 2015-ci il tarixdə başa çatmış və həmin müddətdə iddia tələbi iddiaçı təşkilat tərəfindən irəli sürülməmişdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Əyyub qızına, Cavabdeh9 Bsağman oğluna və X6 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qaldırdığı “borcun tutulmasına dair” iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X6 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar