Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2718/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması” tələbinə dair mülki işə 03 oktyabr 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları:X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanmarı üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2886/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər uşağa görə 150 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci il tarixdə evlənmiş, xx.xx.2008-ci il tarixdə nikahlarını qeydiyyat orqanlarında rəsmi qeyd etdirməklə ailə-həyatı qurmuşlar. Birgə nikahlarından 29 oktyabr 2008-ci il tarixdə oğlu X8 və 05 may 2011-ci il tarixdə qızı X6 anadan olmuşlar. Cavabdehlə müəyyən müddət birgə yaşayıb ümumi təsərrüfat aparandan sonra ailə münasibətləri pozulduğu üçün onlar ayrılmışlar və Bərdə rayon Məhkəməsinin 29 iyun 2015-ci il tarixli, 2(021)-1467\2015 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanan nikah pozulmuş, uşaqları Rəsul Ağazadə və Xədicə Ağazadə onun himayəsində saxlanılmış və cavabdehdən hər ay hər uşağa görə 80 (səksən) manat aliment tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021 )-2870\2017 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2886\2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamsi ilə alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində olmaqla cəmi 300 (üç yüz) manat müəyyən edilməklə onun xeyrimə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən 2(104)-2886\2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı ilk vaxtlar uşağın tələbatını ödəsə də, artıq maddi və sosial vəziyyətləri tamamilə dəyişmişdir. Müəyyən edilmiş aliment müasir tələbatı ödəməyə kifayət etmir. Uşaqlar böyümüş və onların tələbatı günü-gündən artır. Bütün bunları nəzərə alsaq uşaqların normal yaşamaları və sağlam böyümələri üçün maddi imkanı kifayət etmir, uşaqların gündəlik yeməyə, geyimə, təhsilə və digər ödənişlərə ehtiyacları artdığı üçün maddi cəhətdən çətinlik çəkir. O heç bir yerdə işləmir. Cavabdeh özü də çox gözəl bilir ki, bu dövrdə 150 manatla uşağın bütün tələbatını ödəmək qeyri-mümkündür. Ancaq bütün bunlara baxmayaraq Cavabdeh öz doğma övladlarına əlavə yardım göstərməkdən imtina edir, hətta aliment borcunu ödəmir. Cavabdeh fərdi əməklə məşğul olur, qazancı qeyrisabitdir və kifayət qədərdir. Ona görə də hesab edir ki, Cavabdeh azyaşlı uşaqları, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin (hər uşağa görə hər ay 150 manat) miqdarı artırılaraq hər ay hər uşağa 300 manat olmaqla cəmi 600 (altı yüz) manat aliment tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli,MŞB/MT039/2024-00535 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. AR-İİİ seriyalı 382574 nömrəli etibarnamədən görünür ki, Nümayəndə İddiaçı etibarnamə üzrə nümayəndəsidir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 241365 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 ilə olan nikah 103 nömrəli qeydi ilə ləğv edilmişdir. Qadına Kamalova soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-cı il tarixli AZ-İİ 714657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci ildə anadan olmuşdur. “Ana” qrafasında anası kimi X7, “ata” qrafasında atası kimi Cavabdeh qeyd edilmişdir. Bərdə rayon Kələntərli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-cı il tarixli AZ-İİ 715037 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci ildə anadan olmuşdur. “Ana” qrafasında anası kimi X7, “ata” qrafasında atası kimi Cavabdeh qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)-1467/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş Rəsul və xx.xx.2011-ci ildə anadan olmuş Xədicə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat miqdarında aliment tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-2870/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci ildə anandan olmuş X8 və xx.xx.2011-ci ildə anadan olmuş X6 adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 220 miqdarında aliment tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2787 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı medisiya xərci olaraq 60 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində qətnamə qəbul edilməsindən 7 il keçməklə uşağın tələbatlarının artmasını, Cavabdeh qazancının qeyri müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda 235 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(021)-2870/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci ildə anandan olmuş X8 və xx.xx.2011-ci ildə anadan olmuş X2, yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214,216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2886/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx.xx.2008-ci ildə anadan olmuş X8 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məvləğində aliment tutularaq İddiaçı verilsin.
3. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
4. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev