Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2721/2021 15.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11992 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam rayonu işğal olunduqdan sonra, Bərdə rayon Dəymədağıldı kəndində müvəqqəti yaşamağa başlamışdır. Həmin vaxlardan Bərdə rayon Dəymədağıldı kənd sakini, X5 ilə tanış olmuş və yaxşı münasibətdə olmuşlar. Tahir Hüseynov ona oğlu Bəhruza 9000 manat borc pul verməyini bildirmişdir. O, Tahirin dediyi ilə razılaşmış və bildirmişdir ki, bir neçə günə düzəldib pulu verəcək. Bundan sonra Tahir Hüseynov oğluna əlavə pul lazım olduğunu bildirərək, ondan yenidən pul istəmiş, ancaq həmin vaxt o, Tahirə pulu olmadığını və vacib pul lazımdırsa onun avtomobilini hansısa bir Banka girov qoyaraq pul götürüb Bəhruza verməsini bildirmişdir. Tahirlə birlikdə həmin vaxtdan bir neçə gün sonra Bərdə rayonunda yerləşən Zamin Bank ASC-nin Bərdə filialına gedərək Toyota korolla markalı avtomobilini girov qoyaraq, Tahir kredit götürmüş və götürdüyü krediti oğlu Bəhruza vermişdir. Həmin kreditin 4 ayını vaxtlı vaxtında, hər ay 624 manat olmaqla ödənilmişdir. Sonradan həmin krediti ödəmədilkəri üçün Bankdan ona bildirmişlər ki, Tahir krediti ödəməsə avtomobili əlindən alacaqlar. Bundan sonra onu çətin vəziyyətdə qoyduqlarını anlayıb 25.06.2013-cü il tarixdə akt tərtib etmişdir. Həmin aktda da X2, X1 və X3 şahidliyi ilə o, 9000 manat pulu Tahir ondan alaraq, onların yanlarında oğlu Cavabdeh verdiyi təsdiq edilmişdir. Bundan sonra o, məcbur qalaraq avtomobilinin əlindən alınmaması üçün, bir necə ay müddətində hissə-hissə olmaqla cəmi Tahirin adına olan kreditin 4992 manatını ödəmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh onun pulunu verməmək üçün bəhanələr emişdir. Hər dəfəsində bir ay müddətində pulun cəm olaraq verməsini bildirsə də, bu günə kimi onun pulunu verməmişdir. Ancaq 2019-cu il tarixdə həmin puldan Cavabdeh ona 1000 manat və 2020-ci il tarixdə 1000 manat cəmi 2000 manat pul vermişdir. Qalan pulu bir ay müddətində ödəyəcəyinə söz versədə ödəməmişdir. Cavabdeh ona borclu olduğu 13992 manat puldan, 2000 manatın ödəyib qalan 11992 manat pulu, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, o, pulu Cavabdeh atasına vermiş, atasıda öz növbəsində oğlu olan cavabdehə vermişdir. Cavabdehin atası Tahir Hüseynov vəfat etmişdir. iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ona pul verməyib, iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Atası ilə onun arasında nə olmasından heç bir məlumatı və xəbəri yoxdur. Həmin qəbzi atasının imzalamadığını bildirdi.Məhkəmədən qanuni qərar qəbul ediməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ağdam rayon Qalayçılar kəndində anadan olmuşdur. Ağdam rayon Qalayçılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Qaçqınların və Məcburi köçkünlərin işləri Üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2252 saylı, 01.06.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon 866 saylı Yeni qəsəbə bina 12, mənzil 5 müvəqqəti məskunlaşmışdır. Mülki işə əlavə olunmuş imzalı qəbizin surətindən (əslini məhkəmə prosessində göstərmişdir) görünür ki, cavabdehin atası X5 iddaçı İddiaçıdan şahidlərin imzası ilə 9 min manat pulu borc alaraq oğlu hazırkı iş üzrə Cavabdeh vermişəm. Bundan başqa İddiaçı məxsus Tayota korolla minik avtomaşını Zamin bankın Bərdə filialına girov qoyaraq ondan pul götürmüşəm.Mən 4 ayın ödənişini hər ay 624 manat olmaqla ödədim. Lakin son 8 ay ödəniş etmədim.Həmin ödənişləri Zahid özü ödəyəcək.Zahiddən aldığım 9 min manatın və onun ödəyəcəyi ödənişləri tezliklə verməyə borcluyam. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının sübut etmək isdədiyi hal ondan ibarətdir ki, cavabdehin atasına 9 min manat pul vermiş, o da həmin pulu oğlu olan Cavabdeh vermişdir. İddiaçının istinad etdiyi hal şahidlərin imzası iə yazılmış qəbizdir. Cavabdeh isə öz növbəsində atası ilə iddiaçı arasında pul məsələsinin olubolmadığını bildirərək iddianı qəbul etmir. Məhkəməə həmin qəbizə münasibət bildirərək aşağıdakıları qeyd edir.. İlk olaraq həmin qəbzi cavbdeh imza etməmişdir. Həmin qəbzi cavabdehin atası cavabdehin iştirakı olmadan şahidlərin iştirakı ilə imza edilməsi görsənilir. Cavabdehi isə vəfat etdiyindən qəbizdəki imzanın ona məxsus olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, imza nümunələri təqdim olunmadığından və xətşunaslıq ekspertizası təyin edilə bilinmədiyindən həmin imzanın cavabdehin atasına məxsus olmasınada şübhə yaranır. Eyni zamanda həmin qəbizdə qeyd olunmuş İddiaçı məxsus Tayota korolla minik avtomaşını Zamin bankın Bərdə filialına girov qoyaraq ondan pul götürmüşəm.Mən 4 ayın ödənişini hər ay 624 manat olmaqla ödədim. Lakin son 8 ay ödəniş etmədim.Həmin ödənişləri Zahid özü ödəyəcək yazısı ilə bağlı məsələləri aydınlaşdırılarkən iddiaçı nə özü ödədiyi qəbizləri, nə müqaviləni, nədə ki, cavabdehin atasının ödədiyi qəbzləri məhkəməyə təqdim etməmişdir. Bu qeyd olunan halları nəzərə alan məhkəmə bildirir ki, sübutetmə yükü hazırkı halda iddiaçının üzərinə düşür.İddiaçının təqdim etdiyi qəbz ehtimallara əsaslanan və cavabdehin atası tərəfindən imzalanmasının mötəbərliyini şüphə altına qoyan sübutdur. Odur ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə ılnəticəyə gəlir ki, cavabdeh Cavabdeh oğlunun iddiaçı İddiaçı 1192 manat borcu olması sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə pul borcunun olması sübut olunmadığından iddia tələbi təmin oluna bilməz. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2721/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2721/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver