Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-273/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “X4mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhəmməd qızına qarşı kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı “X4mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Məhəmməd qızından 20656,92 manat məbləğində əsas borc, 2934.44 manat məbləğində faiz borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 23621,36 manat tutula-raq “Maliyyə X9mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Maliyyə Resurs Mərkəzi Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Rüstəmov Məhyəddin Adıgözəl oğlu arasında bağlanmış “Ətlik-südlük istiqamətli müasir ail-kəndli və fermer təsərrüfatlarının yaradılması lahiyəsi”nin icrası ilə bağlı iddiaçı tərəfindən cavabdehə 4 mərhələdə 04 sentyabr 2015-ci il tarixli Bərdə 03 Kredit müqaviləsinə Əlavə nömrə 1-ə əsasən 47 aya 5200 manat, 30 sentyabr 2015-ci il tarixli Bərdə 03 Kredit Müqaviləsinə Əlavə nömrə 2-yə əsasən 47 aya 3400 manat, 23 oktyabr 2015-ci il tarixli Bərdə 03 Kredit müqaviləsinə Əlavə nömrə 3-ə əsasən 46 aya 8600 manat, 04 dekabr 2015-ci il tarixli Bərdə 03 Kredit müqaviləsinə Əlavə nömrə 4-ə əsasən 44 aya 3500 manat, cəmi 20.700 manat məbləğində kredit verilmişdir. Cavabdeh Rüstəmov Məhyəddin Adıgözəl oğlu vəfat etdiyinə görə onun hüquqi varisi onun həyat yoldaşı Cavabdeh Məhəmməd qızıdır. Həm kredit müqaviləsinin, həm də ona edilmiş əlavələrin 2.5-ci bəndinin tələbləri-nə əsasən, kredit üzrə faizlərin hesablanması kreditlərin verildiyi gündən sonrakı gündən hər ay, kreditin ödəniş qrafiki əsasında aylıq 0.833% hesabı ilə kreditin ilkin məbləğində hazırlanır. Cavabdehin 24 sentyabr 2021-ci il tarixə iddiaçı “Maliyyə Resurs Mərkəzi Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə borcu 20656,92 manat məbləğində əsas borc, 2934.44 manat məbləğində faiz borcu, cəmi 23591,36 manatdır. Bu barədə cavabdehə 22 may 2018-ci il tarixdə xəbərdarlıq göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. İddiaçı “Maliyyə Resurs Mərkəzi Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsi V.A.Hüseynov məhkəməyə ərizə göndərərk, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək, işə iştirakı olmadan baxılmaqla iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Məhəmməd qızı izahatında iddianı qəbul etməyərək göstərdi ki, özü heç bir yerdən kredit götürməmişdir. Mərhum həyat yoldaşı kredit götürüb, həyat yoldaşının götürdüyü kreditə cavabdeh deyil. Mərhum həyat yoldaşı ölənə qədər bir yerdə yaşayıblar, öləndən sonra evdə oğlu ilə birlikdə yaşayır. Məhkəmə cavabdehi dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 sentyabr 2015-ci il tarixli Bərdə /03 Kredit Müqaviləyə əlavə 1-ə əsasən X1 47 ay müddətinə 5200 manat, 30 sentyabr 2015-ci il tarixli Bərdə /03 Kredit Müqaviləyə əlavə 2-ə əsasən 47 aya 3400 manat, 04 dekabr 2015-ci il tarixli Bərdə /03 Kredit Müqaviləyə əlavə 3-ə əsasən 44 aya 3500 manat, cəmi 20700 manat məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 04 sentyabr 2015-ci il tarixli Bərdə /03 Kredit Müqaviləyə əlavə 1-ə əsasən X1 47 ay müddətinə 5200 manat, 30 sentyabr 2015-ci il tarixli Bərdə /03 Kredit Müqaviləyə əlavə 2-ə əsasən 47 aya 3400 manat, 04 dekabr 2015-ci il tarixli Bərdə /03 Kredit Müqaviləyə əlavə 3-ə əsasən 44 aya 3500 manat, cəmi 20700 manat məbləğdə kredit vermişdir. İş üzrə iddiaçı “X4mayan Krfedit Təçkilatı” Qapalı Səhmdar Cəmiyyəti həmin krediti X1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin X3 bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İş materiallarında olan Bərdə rayonu Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 33 nömrəli, 17 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum Rüstəmov Məhyəddin Adıgözəl oğlu vəfat edənə qədər ərazinin Kolayır kəndində yaşamış, vəfatından sonra hal-hazırda onunla birgə yaşayan ailə üzvləri arvadı Cavabdeh Məhəmməd qızı və oğlu X2 ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarında olan Bərdə rayonu Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 33 nömrəli, 17 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, mərhum Rüstəmov Məhyəddin Adıgözəl oğlu vəfat edənə qədər ərazinin Kolayır kəndində yaşamış, vəfatından sonra hal-hazırda onunla birgə yaşayan ailə üzvləri arvadı Cavabdeh Məhəmməd qızı mərhum ərinə məxsus olan miras əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Məhəmməd qızı qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azırbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 20656,92 manat əsas borc, 2934.44 manat faiz borcu olmaqla, cəmi 23621,36 manat Cavabdeh Məhyəddin qızından iddiaçı “X4mayan Krfedit Təçkilatı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Məhyəddin qızından iddiaçı “X4mayan Krfedit Təçkilatı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “Maliyyə Resurs Mərkəzi Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhəmməd qızına qarşı kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Məhəmməd qızından 20656,92 manat əsas borc, 2934.44 manat faiz borcu olmaqla, cəmi 23621,36 (iyirmi üç min altı yüz iyirmi bir manat 36 qəpik) kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq iddiaçı “Maliyyə Resurs Mərkəzi Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-273/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-273/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver