Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-273/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bibisinin oğludur. Müansibətləri normal olduğuna və qohum olduqlarına görə o, cavabdehə inanmışdır. 2020-ci ilin sentyabr ayında Bakı şəhərində bir yerdə olanda Cavabdeh ona bildirmişdir ki, 9000 manat ilkin ödəniş edərək kreditə “Ford Fusion” markalı avtomaşın almış, hər ay həmin avtomaşına görə 600 manat ödəniş etməlidir. Lakin maddi imkanı olmadığına görə aylıq ödəniş icra edə bilmir. Bundan sonra Cavabdeh ondan aylıq ödənişi (“Ford Fusion” markalı avtomaşına görə) ödəməyi xahiş etmişdir və bildirmişdir ki, əkdiyi taxılı biçib sataraq ona borcunu qaytaracaqdır. O, cavabdehin dedikləri ilə razılaşaraq 5 ay müddətinə 3200 manat pulu “Ford Fusion” markalı avtomaşını Cavabdeh satan Əziz adlı şəxsə ödəmişdir. Taxıl biçini qutardıqdan sonra Cavabdeh onun avtomaşınına görə ödəmiş olduğu (aylıq ödəniş) pulu tələb etdikdə o, bildirmişdir ki, hazırda pulu yoxdur, "xxxx"da bağlanmamış krediti var. Yaxın vaxtlarda həmin krediti bağlayandan sonra "xxxx" ASCdən 15000 manat kredit götürərək sənin pulunu bağlayacaq. Həmin vaxt Müşfiqin əvvəlki kreditə görə bankda 5600 manat borcu olmuşdur. Daha sonra Müşfiq "xxxx" da öz adına olan ödənilməmiş kredit borcunu bağlamaq məqsədi ilə ondan 5000 manat borca pul istəmişdir. ünvan 1 ünvanında onun xahişi ilə və onun iştirakı ilə iş yoldaşı olan X6 5000 manat Cavabdeh verilmişdir. Lakin kredit borcunun tam ödənilməsi üçün əlavə 600 manat lazım olmuşdur. Cavabdeh V.Əzizovdan 5000 manat aldıqdan sonra ona bildirib ki, 600 manat tapıb krediti bağlayacaq və yenidən bankdan kredit götürərək ona olan borcunu qaytaracaq. Sorakı günlərdə Müşfiqə etdiyi telefon zənglərinə o, cavab verməmiş, sonda isə pulu verməyəcəyini bildirərək telefonu söndürmüşdür. Beləliklə cavabdeh ona ümumilikdə 7000 manat borcu vardır. Bu borcun 3200 manatı onun tərəfindən Əziz adlı şəxsə ödənilən məbləğdən, 2500 manat X2 alıb Cavabdeh verdiyi məbləğdən, at almaq üçün Müşfiqin ondan aldığı 800 manatdan habelə 2021ci ilin sentyabr ayında özlərinə və uşaqlarına geyim əşyəlara üçün ondan borc şəklində aldığı 500 manatdan ibarətdir. Beləliklə cavabdehin hazırkı tarixdə ona olan borcu 7000 manatdır. Cavabdeh Qaradağ rayon Polis idarəsində verdiyi izahat zamanı ondan 7000 manat aldığını təsdiq etmiş və bildirmişdir ki, guya həmin pulu ona qaytarmışdır. Cavabdeh əsassız bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırır. Qeyd edir ki, o, 2-ci Qarabağ müharibəsi veteranıdır. Maddi vəziyyəti hal hazırda ağırdır, 3 azyaşlı övladı var, böyük qızı Məmmədli Xuraman İİ qrup əlildir 2017-ci ildən hal hazırda müalicə alır. 2-ci qızı Məmmədli Damla dil qüsurlu olduğuna görə Gəncə şəhərində müalicə alır, özünün ürək xəstəliyinə görə 1 damarı anju olunub o, biri damarı isə stend olması üçün pul tələb olduğundan əməliyyat oluna bilmir. Hal-hazırda müalicə əsasında yaşayır, anası şəkərli diabet, təyziq, ürək və göz xəstəliklərindən hal-hazırda Gəncə şəhərində müalicə alır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçı ilə bibi oğlu olmaqla yaxın münasibəti olduğunu, ondan 5000 manat borc pul aldığını, lakin aldığı borcu qaytara bilmədiyini etiraf etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1991-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş M-96 nömrəli müvəqqqəti qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxx 1991-ci ildə doğulmuşdur, Bərdə rayonu H.Zeynalabdin qəsəbəsi N saylı hərbi hissədə qrydiyyatda olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 217 nömrəli, 01 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, Bərdə rayonu Soğanverdilər kəndində yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Resspublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh xx xxxxxxx 1980-ci ilə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli, cianyət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda Cavabdeh izahatında göstərilmişdir ki, İddiaçı göstərdiklərini qismən təsdiq edərək izahatında göstərmişdir ki, əvvəllər İddiaçı borclarını ödəmək məqsədi ilə bankdan kreditə pul vəsaiti götürərək, həmin borclarını ödəmiş, sonuncunun vermiş olduğu 500 manat pulu isə həmin pulla əvəzləşdirmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-3307/2022 saylı 24 noyabr 2022ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair idiasının təmin edilməməsi qət edilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 7000 pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında borc müqaviləsi bağlanılmış, həmin borcun mövcudluğu iddiaçı cavabdeh tərəfindən qismən etiraf edilmişdir. Hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir və cavabdeh tərəfindən də həmin borc məbləği qismən etiraf edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qismən haqlı olması səbəbindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh krediti bağlamaq adı ilə 5000 manat iddiaçıdan götürmüş və onu qaytarmaması faktını həm Polis İdarəsində verdiyi izahatında, eləcə də məhkəmə iclasında təsdiq etmişdir. Qalan 500 manat pul məbləğini isə Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı ona vermiş, o, da öz növbəsində həmin borcu əvəzləmişdir. Lakin qeyd edilən 500 manatın hansı şəraitdə, nə zaman və hansı şərtlərlə əvəzlənməsini cavabdeh məhkəmə iclasında təsdiq edə bilmədi. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Rasim oğlunun xeyrinə 5500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 5500 manat (beş min beş yüz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 75 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-273/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-273/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver