Məhkəmə qərarları › İş №2(021)-2736/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2736/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2736/2021 24.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzr çıxarılmış 24 avqust 2021-ci il tarixli, 2(021) 2736/2021 saylı məhkəmə əmrində buraxılmı yanlışlığın düzəldilməsi barədə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X ərizəsinə 24 avqust 2021-ci ildə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabde Cavabdeh 111.96 AZN əsas, 21,39 AZN faiz, 0 AZN cərimə, cəmi 133,35 AZN v dövlət rüsumun olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə çıxarılmasın xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(021)2736/2021 saylı qətnaməsin əsasən cavabdeh Tağıyev Babək Vaqif oğlundan 96,37 AZN əsas borcu, 23,66 AZN faiz borcu, manat cərimə borcu, cəmi 133,35 manat (yüz otuz üç manat otuz beş qəpik) və 20 (iyirmi) mana ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciə edərək Bərdə Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(021)2736/2021 nömrə qətnaməsində texniki səhv olaraq “X2 96,37 AZN əsas borcu, 23,66 AZN faiz borcu, 0 mana cərimə borcu, cəmi 133,35 manat (yüz otuz üç manat otuz beş qəpik)” cümləsinin “Cavabde 111,96 AZN, 21,39 AZN faiz borcu, 0 manat cərimə borcu, cəmi 133,35 manat (yüz otuz üç mana otuz beş qəpik)” cümləsi ilə əvəz edilməsini xahiş etmişdir. Qətnamədəki yanlışlığın düzəldilməsi barədə keçirilməli olan məhkəmə iclasının vaxtı və ye barədə işdə olan tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məluma etməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 228.2-ci maddəsin əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 24 avqust 2021-ci tarixli, 2(021)2736/2021 saylı qətnaməsinin qət etdi hissəsəsində ikinci abzasda “Cavabdeh 111,9 AZN, 21,39 AZN faiz borcu, 0 manat cərimə borcu, cəmi 133,35 manat (yüz otuz üç manat otuz be qəpik) cümləsi” olduğu halda texniki səhv olaraq “Tağıyev Babək Vaqif oğlundan 96,37 AZN əsa borcu, 23,66 AZN faiz borcu, 0 manat cərimə borcu, cəmi 133,35 manat (yüz otuz üç manat otu beş qəpik)” yazılmışdır. Ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsin əsasən qətnamədə yol verilmiş yanlışlıqlar düzəldilməlidir. Həmin Məcəllənin 228.1-ci maddəsində qeyd olunmuşdur ki, çıxarılmış qətnaməni elan etmi hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyab qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları v açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşd iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onları gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən düzəlişlər etmək barəsində məhkəm qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228, 263 264, 267, 268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzr çıxarılmış 24 avqust 2021-ci il tarixli, 2(021)2736/2021 saylı məhkəmə əmrində buraxılmı yanlışlığın düzəldilməsi barədə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 ərizəs təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(021)2736/2021 saylı qətnaməsini qət etdi hissəsəsində ikinci abzasda “Tağıyev Babək Vaqif oğlundan 96,37 AZN əsas borcu 23,66 AZN faiz borcu, 0 manat cərimə borcu, cəmi 133,35 manat (yüz otuz üç manat otuz be qəpik)” cümləsi “Cavabdeh 111,96 AZN, 21,39 AZN faiz borcu, 0 manat cərimə borcu, cəm 133,35 manat (yüz otuz üç manat otuz beş qəpik)” cümləsi kimi oxunsun. Qərardaddan 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar