Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2750/2025 18.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul, borc verilmiş pulun qaytarılması Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh. Cavabdeh Qənimət oğluna 2024-cü və 2025-ci ilin yanvar ayında müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 11000 min manat borc pul vermişdir. Cavabdeh borcunu bu ilin mart ayında qaytaracağına söz vermişdir. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. O, dəfələrlə borcunu ödəməyi təklif etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, iddiaçı 2940 manat pulu həyat yoldaşının kart hesabına göndərib. O da pulu çıxarıb Elxana vermişdir. Faiq iddiaçıdan 7060 manatı alıb, sonra onunla birlikdə Elxanın yanına getmişdirlər. Həmin pulu Faiq Elxana verib. Xəyyam və Altay adlı dostları idiaçıdan faizə pul almaq istəmişdirlər. Ondan xahiş etmişdirlər ki, iddiaçıya desin. Onun xahişindən sonra iddiaçı onlara faizə pul vermişdir. Lakin onlar iddiaçıya pulu qaytarmamışdırlar. Onların borcunu iddiaçıya özü ödəmişdir. Həmin pullar Elxanın pulları olub. Elxanın pullarının hesabına dostlarının borcunu iddiaçıya ödəmişdir. Elxan özünə pul lazım olduğu üçün ona iddiaçıdan pul almasını bildirmişdir. O da Elxana vermək üçün idiaçıdan pul alıb Elxana vemişdir . İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Seriya AA №261496 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki: -xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan X2 2024-cü ilin iyun ayından, 2025-ci ilin yanvar ayının 22-dək olan müddət ərzində dayısı oğlu Cavabdeh və X5 mobil danışıq kartlarının alqı-satqısı ilə məşğul olub qazancından pul verəcəklərinə vəd edərək müxtəlif vaxtlarda ondan ümumilikdə 31000 manat pul alıb verdikləri vədə əməl etməyərək etibarından sui istifadə və aldatma yolu ilə 31000 manat pulunu ələ keçirirək ona qarşı dələduzluq etdiyini bildirmişdir. -Bundan başqa xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan İddiaçı 2024-cü ilin iyun ayından, 2025-ci ilin yanvar ayının 22-dək olan müddət ərzində həyat yoldaşının dayısı oğlu Cavabdeh mobil danışıq kartlarının alqı-satqısı ilə məşğul olub qazancından pul verəcəyinə vəd edərək müxtəlif vaxtlarda ondan ümumilikdə 11000 manat pul alıb verdiyi vədə əməl etməyərək etibarından sui istifadə və aldatma yolu ilə 11000 manat pulunu ələ keçirirək ona qarşı dələduzluq etdiyini bildirmişdir. -Həmin müraciət Bərdə rayon polis şöbəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 689 və 690-cı sırada qeydiyyata alınaraq araşdırma aparılmışdır. -Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci ilin əvvəlindən başlayaraq, 21 yanvar 2025-ci il tarixə kimi o, tanışı Elxan Əsədov ilə birlikdə «Azərcell», «Bakcell» və «Nar» mobil operatorların danışıq kartlarının alqısatqısı ilə məlğul olan zaman bibisioğlu Məhəmməd Hüseynovdan va İddiaçı sələmə yəni, faizə olaraq 1-2-5-10-15 gün müddətinə 5000 manat, 10000 manat, 11000 manat, 15000 manat, 20000 manat və 30000 manat pullar götürüb geri qaytarmışdır. Belə ki, onlar Məhəmməd və Əjdərdən götürümüş olduqları hər 1000 manat pula görə 1 günü 7-8 manat faizə olaraq pul ödəmişdir. Məhəmməd və Əjdər onlara verilən pulların özlərinə və qohumlarına məxsus olduğunu demişlər. Eləcə də Məhəmməd onu qohumları yəni, xalası Məryəm, Məryəmin qızı Mehriban və oğlu Rövşən ilə tanış etdiyi üçün o, həmin şəxslərdən faizə olaraq pullar alıb geri qaytarmışdır. 21 yanvar 2025-ci il tarixədək o, Elxan ilə birlikdə Məhəmməd və Əjdərdən faizə götürmüş olduğu pulları qaytarıb vermişdir. Lakin o, tək olaraq Əjdərə 21 yanvar 2025-ci il tarixədək təxminən 800 manat faiz olaraq borcu qalmışdır. 22 yanvar 2025-ci il tarixdə isə Elxan danışıq kartlarını götürmüş olduğu yerlə sıfırlaşmaq istədiyi üçün 24000 manat pul lazım olduğunu, tanışı Faiqə isə 1000 manat pulu Məhəmmədə və Əjdərə zəng edib istəməyini bildirmişdir. Buna görə də o, 22 yanvar 2025-ci il tarixdə Əjdərə zəng edib nə qədər pulu varsa verməyini bildirən zaman Əjdər 10000 manat pulunun olduğunu, 2940 manat kartında olduğunu, əldə isə 7060 manat pulunu olduğunu bildirmişdir. O, da Faiq adlı tanışını göndərəcəyini, 7060 manat pulu Faiqə verməsini və 2940 manat pulu isə atacağı kart hesab nömrəsinə göndərməyini bildirmişdir. Həmin vaxt Əjdər onunla razılaşdıqdan təxminən 2-3 dəqiqə sonra o, həyat yoldaşı X3 məxsus hesab nömrəsini xatırlamadığı «Birbank» kart hesab nömrəsini Əjdərin həyat yoldaşı Səbinənin mobil telefonun «WhatsApp» sosial şəbəkəsinə göndərdikdən sonra Əjdər kart hesab nömrəsinə 2940 manat pulu göndərmişdir. Faiq isə təxminən 10 dəqiqədən sonra gedib Əjdərin yaşadığı ünvandan 7060 manat pulu götürüb onun yanına gəldikdən sonra birlikdə Elxanın yanına gedib 7060 manat pulu Elxana vermişdir. Həmçinin o, da kart hesab nömrəsindən 2940 manat pulu çıxardıb Elxana vermişdir. Ümumilikdə o, Elxana 10000 manat pulu vermişdir. Həmçinin o, həmin gün yəni, 22 yanvar 2025-ci il tarixdə Məhəmmədə zəng edib 15000 manat pulu faizə olaraq istəmiş, Məhəmməd də onunla razılaşdıqdan sonra həmin gün Məhəmməd 15000 manat pulu Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «İrşad» telekomun yaxınlığında olan Elxana məxsus «Ətriyyat» mağazaya gəlib Elxana vermişdir. O, da həmin mağaza gələn zaman Məhəmmədi Elxanın yanında görmüş və 15000 manat pulu Elxana verməyi barədə məlumatı olmuşdur. Eləcə də həmin gün yəni, 22 yanvar 2025-ci il tarixdə Elxan Məhəmməddən faizə olaraq pul istədiyi üçün Məhəmməd həmin gün Elxana pulu gətirib vermişdir. X8 nə qədər pul verməsini görməmişdir. 22 yanvar 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bildirdiyi üçün o, Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdərə zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur. Lakin onun Elxan Əsədova 34000 manat pul borcu vardır. Elxana borcunun olmasına səbəb o, Məhəmməd və Elxandan faizə olaraq pul götürdüyü üçün Elxandan borca pul alıb Məhəmmədə və Elxana vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bildirdiyi üçün o, Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan, Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdərə zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur. 22 yanvar 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faizə olaraq pul alıb gətirməyini bidirdiyi üçün o, Əjdərə zəng edib pul istədiyi üçün Əjdər onunla razılaşdığına görə o, Faiqi Əjdərin yaşadığı ünvana göndərdikdən sonra 7060 manat pulu Əjdər Faiqə vermişdir, 2940 manat pulu isə həyat yoldaşı Gülnarın xatırlamadığı bank kart hesab nömrəsinə göndərmişdir. Məhəmməd və Əjdər faizə olaraq pul vermələri barədə mobil telefonunda səs yazıları var, bundan başqa tanışları Faiqə və Şakirə pul etiyac olduğu üçün Məhəmməd və Əjdərdən faizə olaraq pul götürmüşdülər. Məhəmməd və Əjdər faizə olaraq pul verən şəxslərdir. İzahatı alınmış X5 izahatında bildirmişdir ki, Cavabdeh də ona borcu olduğu üçün həmin gün yəni, 22 yanvar 2025-ci il tarixdə Cavabdeh ona borcu olduğu üçün Məhəmmədin yeznəsi Əjdərdən faizə olaraq yəni, sələmə 10000 manat pul alıb gətirib ona vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Mülki Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh polis şöbəsində araşdırma zamanı verdiyi ifadəsində və məhkəmə iclasında İddiaçı ona 2940 manat pulu kart vasitəsi ilə, 7060 manatı isə Faiq adlı şəxsdən göndərdiyini etiraf etmişdir. Lakin ifadəsində həmin pulları Elxana vermək üçün aldığını bildirsə də məhkəməyə bunu sübut edə biləcək dəlil təqdim edə bilməmişdir. Eyni zamanda polis şöbəsində araşdırma zamanı izahatı alınmış Elxan adlı şəxs izahatında göstərmişdir ki, Cavabdeh ona borcu olmuşdur, sonuncu ona olan borcunu ödəmək üçün iddiaçıdan borc pul almışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 10000 manat məbləğində borcu vardır. Lakin cavabdeh aldığı borcu bu günə kimi geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarı nəzərə alınmaqla iddia tələbi qismən təmin olunmalı, İddiaçı 10000 (on min) manat alınaraq iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilməmiş 120 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2750/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2750/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver