Məhkəmə qərarları › İş №2(021)-276/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-276/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-276/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhərrəm oğlunun cavabdeh Rüstəmov Sakin Əvəz oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Rüstəmov Sakin Əvəz oğlunu onunla 2016-cı ildə N nömrəli hərbi hissədə müddətdən artıq hərbi qulluqda olan qohumu X5 tanış etmişdir. Cavabdehla dostluq münasibətləri davam edən vaxtı 20 oktyabr 2018-ci ildə onun qohumu Turalla onun yaşadığı ünvana gələrək bir qədər söhbətdən sonra anasının çox ağır xəstə olduğuna görə onun 1000 manat pula ehtiyacı olduğunu demişdir. Onların hər ikisinin xahişini nəzərə alıb 10000 manat borc pul vermişdir.Onunla dostluq edən Cavabdeh onun qohumu özünün yaxın dostu Quliyev Turalla 05 oktyabr 2019-cu ildə onlara gəlib Sakin ona minnətdarlıq edərək anasının Bakı şəhərində müalicə olunduqdan sonra yaxşı olduğunu demişdir. Nə qədər söhbətdən sonra demişdir ki, 1 il öncə ailəvi güclü borcları olmuşdur. Borc sahibi onlardan şikayət edib, yenidən ona 10000 borc pul verib. Hər iki borca sənə necə lazımdır elə sənəd verim. Tezliklə kredit götürüb borcu qaytaracağını, əgər kredit gec alınsa hər ay maaşından 700 manat ödəniş edəcəyini bildirmişdir. Kredit götürənə kimi Sakin öz dediyi formada geniş məzmunlu borc müqaviləsi yazmışdır. Vaxt keçdikcə borcunu ödəməmişdir.Turalla onun yaşadığı ünvana gedərkən görümüşdür ki, Bərdə İcra və probasiya Şöbəsinin icraçıları pul tələb edən yaşlı qadınla həyətdə Sakinin anasından aldıqları pulu istəyirlər. Cavabdeh anası onları görəndə həyət qapısından küçəyə çıxmış, onlara yalvarmışdır ki, “siz bir az uzaqlaşın bunlar bilməsinlər ki, sizdə borc pula gəlmisiniz” demişdir. Onlar gedib bir az sonra gəlmiş, bütün olanları Sakinin anasına danışmışlar. Sakinin anası onlara bildirmişdir ki, Bakı şəhərində heç bir həkimə getməmişdir. Sakinin nə problemi varsa hərbi hissədədir, o, ardıcıl N il Cavabdeh qulluq etdiyi N nömrəli hərbi hissəyə getdikcə Sakin onlara pulu ödəyəcəyinə söz vermişdir. 2020-ci ilin dekabr ayında Sakin həyətlərində onları küçə söyüşləri ilə təhqir edərək demişdir ki, “bizi, evimi narahat etsəniz polisə şikayət verərək, deyəcəm ki, Siz məni ölümlə hədələyirsiniz, hətda onların kəndindən onlara özünüzü yormayın, bu qapını döyməyən polis, məhkəmə iççisi qalmadığını” demişdilər. O, Sakini sülhə dəvət etsə də, nəticəsi olmamışdır. Sakin borc pul almayıbsa niyə öz dəsti xətti ilə borc müqaviləsi yazaraq, mülki və hərbi şəxsiyyətlərinin kserokopiyası ilə ona veribdir. Cavabdeh tərəfindən yazılan bu geniş məzmunlu və mənalı borc müqaviləsini oxuyan hər bir hüquqşünas deyər ki, məhkəmə prosesində heç bir əlavə şərhə ehtiyac yoxdur, bu cür yazılmış borc müqaviləsi özü tələbkar üçün hazır qətnamədir. İddiaçı Pənahov Qiyas Məhərrəm oğlu əvvəllki məhkəmə iclaslarında məhkəməyə teleqram, ərizə göndərərək iştirakı olmadan baxılmaqla, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı 3700 manat pulu faizə almışdır. Lakin sonradan borcu ödəyə bilməmiş və borc 8700 manat olmuşdur. Lakin iddiaçı ona 10000 manata qəbz yazdırmışdır. Aldığı pulu ödəyə bilməmiş və borcu faizi ilə birlikdə 20000 manat olmuşdur. İddiaçıya 20000 manat borcu olması barədə qəbzi özü yazmışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 oğlu iddianın rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehin, onun nümayəndəsi və vəkilin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Əvəz oğlu xx xxxxxx 1991ci ildə Bərdə rayonu Təzəkənd kəndində doğulmuşdur, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş SQ ******* saylı, 04 oktyabr 2016-cı il tarixli şəxsi vəsiqənin surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Mülki işə əlavə edilmiş AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1960-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Yevlax şəhər Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 385 nömrəli, 30 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Məhərrəm oğlu Yevlax rayonu, Hacımahmudlu kəndində yaşauyır. Mülki işə əlavə edilmiş Borc Müqaviləsində göstərilmişdir: “Mən Cavabdeh Bərdə rayonu Uğurbəyli kənd qeydiyyatı şəxs. Vəs.******** yazıb məlum edirəm əvvəlki illərdən tanıdığım Yevlax rayon HacıMahmudlu kənd sakini İddiaçı vacib ehtiyacım olduğu üçün 20000 (iyirmi min) manat borc pul aldım. Borcu yanvar 2020-ci il tarixdən hər ay 700 (yeddi yüz) manat məbləğində ödəməyə söz verirəm. Borcun ödənişində heç bir çətinlik törətmədən, heç bir etməməməyə söz verirəm.Düzdür yüksək məbləğin borc verilməsi təəccüblü olsa da İddiaçı yaxınların mənə etmədiyi hörməti etmişdir. Borcun ödənişini vaxtlı-vaxtında etməsəm və yaxud ödənişdə mübahisə yaratsam, bilirəm ki, ödəniş qanuni yolla öz həllini məhkəmə yolu ilə tapacaq. Qiyasın mənə qarşı bu qədər yüksək məbləğli borc etibarına görə heç vaxt onun hörmətini mübahisəyə çevirmərəm. Borcun ödənişində yaxınlarım və doğmalarım bu işə müdaxilə edə bilməzlər, çünki onlar borc alınarkən və müqavilə yazılarkən bu işdə iştirak etməyiblər, müqaviləni özüm yazdım, əlavə qeyd etmək istəyirəm ki, aldığım borcu faizssiz almışam, özüm yazdım, heç kəs məni məcbur etməyib yazdığım müqavilənin doğruluğunu imzamla təsdiq edirəm.” Verilmiş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcmüqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri poz-maqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddə-ləri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 20000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında birbirinə ziddiyətli izahatlar vermiş, əvvəl 3700 manat, daha sonra isə 8700 manat borcunun olduğunu, əvvəlcə 10000 manatlıq borc qəbzinə imza etdiyini, daha sonra isə öz könüllü razılığı ilə 20000 manatlıq borcla bağlı qəbzə imza etdiyini bildirdi. Cavabdeh iddiaçıya olan borcunun ödənilməsini və ya iddia olunan məbləğ həddində borcunun olmasını təkzib edən konkret dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Əksinə 20000 manatlıq borc müqaviləsinin özü tərəfindən könüllü şəkildə imza etdiyini və bu faktı iddiaçının istəyini nəzərə alaraq etdiyini bildirərək nandırıcı olmayan izahat vermişdir. Belə olduğu məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir, bu baxımdan iddiaçı iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Məhərrəm oğlunun cavabdeh Rüstəmov Sakin Əvəz oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar