Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2767/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin 9 saylı X6 Sərvətlər İdarəsinin nümayyəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X6 Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyana görə pul tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X6 Sərvətlər İdarəsi məhkəmədə iddia qaldıraraq, Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh təbiətə vurduğu ziyana görə 16050 manatın alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin 9 saylı X6 Sərvətlər İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində keçirilmiş reyd zamanı Bərdə rayon Otuzikilər kəndi ərazisində dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində diametrləri d=22 sm olan 1 ədəd, d=24 sm olan 1 ədəd, d=25 sm olan 2 ədəd, d=27 sm olan 1 ədəd, d=30 sm olan 5 ədəd, d=33 sm olan 1 ədəd, d=34 sm olan 3 ədəd, d=35 sm olan 4 ədəd, d=36 sm olan 2 ədəd, d=38 sm olan 2 ədəd, d=4u sm oian 7 ədəd, d=41 sm olan 1 ədəd, d=42 sm olan 1 ədəd, d=44 sm olan 1 ədəd, d=45 sm olan 1 ədəd, d=50 sm olan 2 ədəd, d=51 sm olan 1 ədəd d=53 sm olan 1 ədəd ümumilikdə 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən qanunsuz kəsilməsi faktı aşkar edilmişdir. Faktla bağlı 14 iyun 2022-ci il tarixli 66526 nömrəli akt tərtib olunmuş və kəsilərək məhv edilmiş yaş halda 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən təbiətə 16050,00 (on altı min əlli) manat dəymiş ziyan hesablanmışdır. Bununla da Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2016-cı il tarixli 321 saylı Qərarının və Yaşıllıqların mühafizəsi haqqında” Qanunun tələbləripozulmuşdur. 21 iyul 2022-ci il tarixində 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi faktına görə Azərbayca Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı fakt öz təsdiqini tapmışdır. Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(021)-198/2022 saylı hökmü ilə Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X6 Sərvətlər İdarəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, o, heç bir qovaq ağacları kəsməmiş, kəsilməsinə icazə verməmiş, ağaclar kəsilən vaxtı yataqda xəstə olmuşdur. Bu barədə ona oğlu telefon vassitəsi ilə məlumat vermiş, hadisə yerinə gedərək, ağacların kəsildiyini görmüşdür. O, təbiətə ziyan vurmamışdır, bu tələblə razı deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hökm olsa da, o bu əməli etməmişdir. Məbləği ödəməyə imkanı yoxdur. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Bərdə rayon Otuzikilər bələdiyyəsi tərəfidən verilmiş 13 saylı, 13 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Otuzikilər qəbristanlığına gedən yolun sol kənarında Bələdiyyə mülkiyyətinə aid olan torpağın yola yaxın hissəsində kəsilmiş 38 ədəd qələmə ağacı Cavabdeh tərəfindən kəsilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyun 2022-ci il tarixli 66526 nömrəli aktdan görünür ki, daxil olmuş məlumat əsasında Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən avtomobil yolunun sol hissəsində yerləşən beton su arxının ətrafındakı əraziyə idarənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı 38 ədəd qovaq cinsinə mənsub olan ağacın kəsilərək məhv edilmələri faktını müəyyən etmiş, ərazidə çəkilmiş fotoşəkillər, alınmış izahatlar və toplanmış digər sənədlər akta əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarının 1 saylı əlavəsinə və 21 iyun 2022-ci il tarixli akta əsasən 22 iyun 2022-ci il tarixdə hesabat aparılmış və təbiətə dəymiş ziyanın ümumi məbləğinin 16050 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-198/2022 saylı, 21 dekabr 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulması, şərti məhkum etmə dövrü ərzində Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə 16050 (on altı min əlli) manat maddi ziyanın olması və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü bəndinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikasının Yaşıllıqların mühafizəsi haqqında Qanununun 19.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: 19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; 19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; 19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək). Həmin Qanunun 19.3-cü maddəsinə əsasən Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında Qanununun 79-cu maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin əməli qanunla qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən iddiaçı iddia tələbini irəli sürməkdə haqlıdır və bu səbəbə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi təmin edildiyindən 138,15 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin 9 saylı X6 Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyana görə pul tələbinə dair iddia tələbi təmin olunsun. Cavabdeh 16050 (on altı min əlli) manat pul alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ( “X2” X8 (BEK) bank 210005, VÖEN bank **********, M/H: AZ 41NABZ********************, S.W.İ.F.T: BİK: CTREAZ 22. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına Hesab AZ 55CTRE********************, VÖEN: **********. Büdcə təsnifatının Kodu) ödənilsin. İddia tələbi təmin edildiyindən 138,15 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2767/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2767/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver