Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2772/2021 02.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədov İddiaçı Bərdə şəhəri Nizami küçəsi 5/21 saylı ünvanda yaşayan İddiaçı ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı İddiaçı Əli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Brand Credit Bank Olmayan Kredit Təşkilatı”nın Bərdə filalına qarşı ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etdilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı ipoteka qoyulmuş əmlakın həbsdən azad olunmasına dair iddia icraatı qaydasında müraciət etməli olduğu halda bunu etmədiyindən və düzgün olmayan cavabdehə qarşı verdiyindən ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM İddiaçı ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2772/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2772/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver