Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2772/2024 17.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə 17 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş olduğu maddi ziyana görə 4348 manat pulun, iddianın verilməsinə görə ödənilmiş 52 manat hüquqi yardım olmaqla, cəmi 4400 manat məbləğində zərərin əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə şəhərində böyük dairə deyilən ərazidə boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə tanımadığı şəxs ona yaxınlaşaraq lazım olan ünvana çatdırılmasını xahiş etdi və ona məxsus olan VAZ 21015 markalı **-FX-*** nömrə nişanlı avtomobilinə əyləşmiş, onlar Bərdə şəhəri istiqamətində hərəkət etməyə başlamışlar, bir az getdikdən sonra şəxsin spirtli içki içdiyi məlum olmuşdur. Aralarında mübahisə yaranmış, Bərdə rayon məhkəməsinin qarşısına çatanda həmin şəxs maşının sükanını özünə tərəf çəkdiyi üçün avtomobil yoldan çıxaraq idarə etməni itirmişdir, yolun sağ kənarında olan səkiyə dəyib dayanmışdır. Hadisə nəticəsində sol əlindən və ağız nahiyyəsindən zərər almışdır. Hadisə nəticəsində ona məxsus VAZ 21015 markalı **-FX-*** nişanlı avtomobilə 4348 manat məbləğində ziyan dəymişdir. Hadisə ilə bağlı 102 xidmətinə müraciət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh yüksək təsirli spitrli içki qəbul etmiş, sərxoş olduğu üçün bu hadisəni törətmiş və cavabdeh tərəfindən Bərdə Rayon Polis Şöbəsi tərəfindən izahatı alınmışdır. Ona görə də məhkəmədən Cavabdeh ona vurulmuş olduğu maddi ziyana görə 4348 manat pulun, verilməsinə görə ödənilmiş 52 manat hüquqi yardım olmaqla, cəmi 4400 manat məbləğində zərərin əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrülü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün X1 64 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin Dövlət YPB-nə göndərilməsi, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi izah olunması qərara alınmışdır. İş materiallarında olan ilkin qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus VAZ-21015minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2348 manat və 2000 manat olmaqla, cəmi 4348 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Bərdə rayonu Mehdili kəndində anadan olmuşdur və Mehdili kəndində yaşayır. İş materiallarında olan AA 07892416 nömrəli şəxsiyyət vəsiqəsinin surıətindən görünür ki. İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı özünə məxsus VAZ-21015 markalı, **-FX-*** nömrəli qeydiyyatda olan maşını ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Cavabdeh sərinişin kimi maşına almış, cavabdeh alkoqol içkili vəziyyətində olduğundan aralarında mübahisə yaranmışdır. Bundan sonra avtomaşınla qəza törədilmiş, cinayət işinin başlanması haqqında rədd qərarına əsasən İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sənədlər Bərdə RPŞ-nin X2 bölməsinə göndərilmişdir. Göründüyü kimi, iddia tələbinə əsasən İddiaçı Cavabdeh tərəfindən vurulmuş maddi zərər, başqa sözlə avtomaşınla baş vermiş qəzaya münasibətdə cavabdehin təqsirli olması iş materiallarına əsasən müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin.
2. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev