Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-278/2022 23.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1400 manat sığorta ödənişinin məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1430 manat pulun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21074” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil 16 sentyabr 2020-ci il tarixli PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh 09 mart 2021-ci il tarixdə, saat 22:15 radələrində həmin avtomobili Bərdə şəhəri, Koroğlu küçəsində idarə edərkən “Ford Fusion” markalı (( VL 679 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bərdə Rayon DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan, Bərdə rayon DYPİ-nin yol patrul xidməti baş inspektoru Valeh Mustafayevin 05 mart 2021-ci il tarixli APO125272 saylı inzibati xəta haqqında protokolundan və sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 mart 2021-ci il tarixli, 298 saylı aktdan görünür ki, 2021-ci ilin 09 mart tarixdə saat 22:15 dəqiqədə Bərdə şəhəri, Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır, cavabdeh avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sədələnmiş “Ford Fusion” markalı, 99VL679 dövlətqeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Xəmiyyətlə sıöorta sahəsində yardımşı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 1400 manat məbləğində müəyyən edilmişdir. 13 aprel 2021-ci il tarixli İ-451/21 saylı sığorta ödəniş aktına və 20 aprel 2021-ci il tarixli 20042021-9300-182 saylı ödəniş tapşırığına əsasən 1400 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçrülümşüdür. Üçüncü şəxsə ödənilmiş 1400 manat məbləği cavabdeh tərəfində cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, iddianı qismən qəbul edərək izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi baş vermişdir, lakin hadisə zamanı “Ford Fusion markalı, 99 VL679 dövlət qeydiyyat nişanlı avtomobilə iddia ərizəsində göstərilən və tələb olunan məbləğdə ziyan dəyməmişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18 may 2021-ci il tarixli, 8823 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, 1400 manat sığorta ödənişi olunmuşdur. İş materiallarında olan elektron qəbzdən müəyyən olunur ki, X3 1400 manat sığorta ödənişi almışdır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, Cavabdeh ilə sığorta müqaviləsi bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş yekun aktının suurətindən müəyyən olunur ki, “Ford Fusion” markalı, ** VL *** dövlət qeydiyyat nuşanlı avtomobilə dəymiş zərərtəmir prosesində əvəz olunan ehtiyat hissələrinin dəyəri 650 manat, işçi personalı dəmirçi armaturçu üçün 300 manat, rəngsaz üçün 300 manat, plastmast təmiri 50 manat, razval-disk təmri 60 manat, çilingər 40 manat- cəmi 750 manat, ehtiyaat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1400 manat müəyyən edilmişdir. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli, 21/409 nömrəli pretenziyanın surətindən müəyyən olunur ki, Cavabdeh Kərəm oğluna mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün məktubu alan gündən 7 iş günü müddətində 1400 manat pulu Cəmiyyətə ödəməsi xahiş edilmiş, əks təqdirdə xərclərin tutulması üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hasidsəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi Bərdə şəhərində 09 mart 2021-ci il tarixdə 22:15 dəqiqədə baş vermişdir, yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. İş materiallarında olan sürücü barədə başlanmış icraat haqqında məlumatın surətindən müəyyən olunur ki, Cavabdeh Kərəm oğlu barəsində inzibati iş başlanılmışdır. İş materiallarında olan inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, 09 mart 2021-ci il tarixdə saat 22:15 dəqiqədə Bərdə şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir, hadisəni Cavabdeh Kərəm oğlu törətmişdir. İş materiallarında olan AP ******* saylı inzibati xəta haqqında qərarın surətindən müəyyən olunur ki, 09 mart 2021-ci il tarixdə saat 22:15 dəqiqədə Bərdə şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir, hadisəni Cavabdeh törətmişdir, avtomobili Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan AZE 15087330 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 07 dekabr 1979-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Koroğlu küçəsi ev 5-də qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 1947-ci ildə doğulmuşudur. İş materiallarında olan AD 756977 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Fusion” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Məhkəmə tərəfindən iş üzrə 17 dekabr 2021-ci il tarixdə 2(021)-3458/2021 saylı qərardad ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli, 9/955 nömrəli rəydə göstərilmişdir ki, “Ford Fusion” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1400 manat sığorta ödənişinin məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1430 manat məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, hadisə Cavabdeh tərəfindən törədilmiş və həmin şəxsin barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər iş materiallarında olan sübutlarla qismən təsdiq edildiyindən, ekspert rəyi də nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə cavabdeh vurulmuş ziyanın məbləği ilə razılaşmadığından məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə iddia tələbində qeyd edilən ziyan məbləği 100 manat aşağı həddə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1300 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz manat) manat dəyəri Cavabdeh aid edilsin və 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-278/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-278/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver