Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2787/2022 26.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı vəkili və nümayəndəsi X8, Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələblinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-571/2021 saylı, 25yanvar 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün tutuulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 iyun 2005-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründə 16 aprel 2006-cı il təvəllüdlü X11 və 16 fevral 2009-cu il təvllüdlü X9 adlı 2 övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə onlar xeyli vaxtdır ki, ayrı yaşayırlar və rəsmi olaraq Bərdə Rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra övladları onun himayəsində yaşayır. Həmin zamandan da Bərdə Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(021)-594/2020 saylı qətnaməsi ilə hər ay hər uşağın saxlanılması üçün Cavabdeh qazancından 120 manat olmaqla cəmi 240 manat miqdarında aliment tutularaq onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin qərarının dəyişdirilməsinni bildirmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(104)-571/2021 saylı qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat müəyyən edilmişdir. Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Bunun üçün də müəyyən olunmuş cəmi 200 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat olmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və aylıq qazancı yüksəkdir. Cavabdehin hər cür imkanı var ki, hər ay övladının saxlanılması üçün 193 manat, cəmi 386 manat məbləğində aliment ödəsin. Onun isə maddi maddi vəziyyəti olduqca çətindir, buna baxmayaraq cavabdeh övladının saxlanılmasında əlavə heç bir yardım və maddi köməklik etmir. Övladları məktəblidir, bütün bütün tələbatları olduqca artıb. Buna görə də aliment məbləğinin artırılmasını istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi nümayəndəsi və vəkili X14 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili vəkili X10 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1981-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı 31 mart 2021-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş, nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 02 avqust 2022-ci il tarixli 808102 nömrəli arayışdan müəyyən olunur ki, X11 16 aprel 2006-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş 02 avqust 2022-ci il tarixli, 239315 nömrəli arayışdan müəyyən olunur ki, X9 16 aprel 2006-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə ediməmişdir. İş materiallarına əlavə edilmiş X5 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(021)-594/2020 saylı qətnaməsi hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat hissədə dəyişdirilsin. Həmin hissədə alimentin miqdarı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Moskva şəhəri "xxxx" MMC trəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh sağ ayaq baldırla pəncəni birləşdirən oynağının artrodezi. Sağ ayağı ətrafın 7,5 mm qısalması diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Kənd Təsərrüfatı və Qida sənayesi işçiləri X1 Bərdə Rayon Komitəsi tərəfindən verilmiş 15 nömrəi, 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Kənd Təsərrüfatı və Qida sənayesi işçiləri X1 Bərdə Rayon Komitəsinin sədri vəzifəsində işləyir, aylıq əmək haqqı 300 manatdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 506725nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Həsənov X2 Gülmira Hacı qızı ilə 01 iyul 2022-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişdir, nikahdan sonra ona Vəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 580 413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunuur ki, X13 02 avqust 2020-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X12dır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X5 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə 16 aprel 2006-cı il təvəllüdlü X6 və 16 fevral 2009-cu il təvllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Lakin iddiaçı məhz hansı əsas və dəlillərlə cavabdehdən alınan alimentin məbləğinin 386 manat məbləğində müəyyən edilməsini əsaslandıra bilməmişdir. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin kifayət qədər yaxşı imkanının olmasını bildirsə də, bu faktı təsdiq edə biləcək heç bir sübut və dəlili məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hazırki iddia tələbini nəzərə alaraq hesab edir ki, X5 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək16 aprel 2006-cı il təvəllüdlü X6 və 16 fevral 2009-cu il təvllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 130 manat cəmi 260 (iki yüz altmış) amant sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarı) . Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 43,16 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 16 aprel 2006-cı il təvəllüdlü X6 və 16 fevral 2009-cu il təvllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qismən təmin edildiyindən 43,16 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2787/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2787/2022
26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver