Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2788/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 iclas kаtibliyi ilə, İlk iddia üzrə iddiаçı İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaşı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı verilmiş “ilkin iddia üzrə İddiaçı ondan 220 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsinə” dair qarşılıqlı iddiа ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı iki uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilən hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdular. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəlüdlü X12 adlı iki övladları doğulmuşdur. Ər-arvad kimi mehriban yaşasalar da, aralarında olan problemlər səbəbindən Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2018/2018 nömrəli qətnaməsi əsasında rəsmi nikahları pozulmuş və birgə nikahdan olan iki övladı onun himayəsində qalmaqla birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Sonradan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29021)-1056/2022 nömrəli qətnaməsi ilə (Hakim M.Allahverdiyev) Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2018/2018 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavvabdeh Cavabdeh məhkəmə qətnaməsi ilə razı olmadığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. X19 Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsinə əsasən Apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edir ki, övladının bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. Övladı böyüdüyü üçün onun gündəlik ehtiyaclarını ödəyə bilmir. Maddi imkanı çox pisdir. Güclə dolanır. Heç bir yerdə işləmir. Heç kimsədən maddi və mənəvi köməyi yoxdur. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Cavabdeh tərəfindən onun xeyrinə ödənilən aliment pulu uşaqların saxlanmasına, onların tələbatlarının ödənilməsinə çatmır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı iki uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilən hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməlidir. Bundаn sonra ilk iddiа üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 220 manat sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə və Bərdə rayon məhkəməsinnin 19 aprel 2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsinin dəyişdirilməsinə, yəni qətnamə qəbul edərək hər ay hər uşağın saxlanılması üçün 130 manat alimentin azaldılaraq hər uşaq üçün 100 manata endirilməsinə, onun qarşırıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə yaşayış dövründə xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı 2(iki) övladları doğulmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulduğundan ayrılmaq məcburiyyətində qalmış, iki azyaşlı övladları anasının himayəsində qalmışdır. Bərdə rayon Məhkəməsinin 24 İyul 2018-ci il tarixli 2(021)- 2018/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, iki uşağın saxlanması üçün ondan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq sabiq həyat yoldaşı İddiaçı xeyrinə verilməsi qǝt edilmişdir. İddiaçı Mustafabǝyli Sevinc Cabir qızı alimentin artırılması üçün 2022-ci ildə il tarixdə Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 saylı qətnamə qəbul edərək hər ay hər uşağın saxlanılması üçün 130 manat, yəni cəmi hər ay 260 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmin alimenti maddi çətinliyi olsa da, mütəmadi olaraq vaxtlı-vaxtında ödəmişdir. Alimentin kəsilməsindən qısa vaxt keçməsinə baxmayaraq, İddiaçı bununla qane olmamış, 220 manat sabit pul məbləğində aliment kəsilməsi üçün Bərdə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia ərizəsi Bərdə rayon Məhkəməsinin icraatındadır. Qeyd edilən iddia ərizəsi, yəni ondan tələb edilən 220 manat məbləğində aliment tələbi ədalətsizlikdir, ondan qisas almaq məqsədi daşıyır. 2010-cu ildə İddiaçı ilə ailə həyatı qurmuş, aralarında əvvəllər heç bir narazıçılıq olmamış, mehriban yaşamışlar. Onlar həm həmkəndilidirlər, həm də qohumluq əlaqələri vardır. Valideynlərinin isə bir-birləri ilə dostluq əlaqələri vardır. Həyat yoldaşı Sevincin valideynləri ailələrinə müdaxilə etmiş, bu müdaxilə onların ailələrinin dağılmasına gətirib çıxarmışdır. Belə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçı X2 alimentin artırılması tələbinə dair iddia ərizəsi rədd edilməli, onun isə qarşılıqlı iddia ərizəsi təmin edilməlidir: 1) İddiaçı Cavabdeh 2-ci dəfə Sadıqova (Valiyeva) Gülnar Tahir qızı adlı şəxslə ailə həyatı qurmuş, xx.xx.2019-cu ildə nikahları rəsmən qeydiyyata alınmış, ikinci həyat yoldaşından da xx.xx.2019-cu il təvəllüdlü X23 və xx.xx.2022-ci il təvəllüdlü X13 adlı iki övladları doğulmuşdur. Bərdə rayonunda "Yağ sexində fəhlə işləyir, aylıq qazancı 345 manatdır. Əsas əmək müqaviləsinin bağlanılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş Bərdə rayon məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(021)-1056/2022 nömrəli qüvvədə olmuş qətnaməsinə əsasən 345 manat əmək haqqının 260 manatını 1-ci həyat yoldaşı İddiaçı doğulmuş uşaqların saxlanılması üçün ödəyir, həmin əmək haqqından 85 (345-260-85) manat qalır ki, həmin pul isə 2-ci həyat yoldaşı Gülnar Sadiqovadan doğulmuş iki uşağın saxlanılmasına yetərli deyildir. Əgər valideynlərinin pensiyası olmasa, maddi durumu çox ağır olar, yəni 4 baş ailəsi aclıqla üzləşmiş olar. 3)Belə hesab edir ki, iddiaçı birinci həyat yoldaşı İddiaçı maddi durumu ona nisbətən daha qənaətvericidir. Belə ki, İddiaçı har ay 260 manat aliment alır, Bərdə şəhəri "Məhəmmədoğlular” adına Ticarət Mərkəzində satıcı işləyir, kifayət qədər maaş alır, bundan əlavə "Ünvanlı dövlət sosisal yardım təyin edilmişdir ki, bundan Sevinc də yararlanır. Bərdə rayon Məhkəməsinin 2(021)-2788/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək izahatında 345 manat əmək haqqı aldığını, imkanının olmadığını bildirmiş və məhkəmədən ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1997-ci ildə anadan olmuşdur. Bərdə rayon icra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 206 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 209 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 210 nömrəli arayışdan görünür ki, Cavabdeh ailə üzvləri həyat yoldaşı X14, oğulları X23 və X15 ilə birlikdə Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Bərdə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 343613 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X16 arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada isə Sadıqova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 669 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 309578 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Sadıqov, qadına Mustafabəyli soyadı verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 170 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV 375548 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 3461 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV 805015 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1561 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 517701 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2015-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 215 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İHB-nın Böyük Göyüşlü İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİİ 008558 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarix, 23 nömrə ilə qeydə alınmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh X1 tərəfindən fəhlə vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı vaxtamuzd olmaqla 345 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Qarabağ regional filialı tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli 3-17-1/2-116827/2023 saylı cavabdan görünür ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT- 032/2023-00576 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız İddiaçıdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2165/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Cavabdeh 9 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh məhkəməyə iddia vermək üçün 30 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ********** nömrəli xx.xx.2023-cü il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı X9 filialında İşaxtaran kimi qeydiyyatdadır. Bərdə rayon X10 X22 Şöbəsi tərəfindən verilmiş 1182 nömrəli rentgenoqramdan görünür ki, X5 onurğanın ön profeksiyadan riqrafiyasının zamanı döş fəqərələrində skalioz əlamətləri müşahidə edilmişdir. Bərdə rayon X10 X22 Şöbəsi tərəfindən verilmiş 1183 nömrəli rentgenoqramdan görünür ki, X6 onurğanın ön profeksiyadan riqrafiyasının zamanı döş fəqərələrində skalioz əlamətləri müşahidə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı iki uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilən hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğinin alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra ilk iddiа üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 220 manat sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə və Bərdə rayon məhkəməsinnin 19 aprel 2022-ci il tarixli, 2(021)-1056/2022 nömrəli qətnaməsinin dəyişdirilməsinə, yəni qətnamə qəbul edərək hər ay hər uşağın saxlanılması üçün 130 manat alimentin azaldılaraq hər uşaq üçün 100 manata endirilməsinə, onun qarşırıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Kоnstitusiyаnın 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kоnstitusiyаnın 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Kоnstitusiyаnın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər iki uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşaqlarının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа iddiаçının uşaqlarına dа şamil olunur. Məhkəmə uşаqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Beləliklə, məhkəmə uşaqların saxlanması ilə minimum xərclərin artmasını və yaşayış minimumunun artmasını, habelə cavabdehin maddi imkanlarını və uşaqlar üzrə xərclərin hər il artdığını nəzərə alaraq hesаb edir ki, ilk iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində müəyyən edilməli və qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehdən alimentin tutulmasına başlanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, valideynlər uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas meyar olaraq qəbul etməlidirlər. Buna görə uşaqların əvvəlki təminatının səviyyəsi və dolayısı ilə aliment məbləği aşağı salına bilməz. Çünki, uşaqların yaşı artdıqca onların xərcləri də artır. Belə olan halda qarşılıqlı iddia əsassızdır. Məhkəmə yuxarıda qeyd olunan alimentin miqdarının artırılması məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, alimentin miqdarının artırılması alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli оlduğu hаldа, cаvаbdeh Cavabdeh dövlət rüsumu hesаbınа 56 manat аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Cavabdeh qarşılıqlı iddiası təmin edilmədiyindən onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə iddiаçı İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2165/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində müəyyən edilsin və artırılmış məbləğ qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn hesablanaraq cаvаbdeh Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ilkin iddia üzrə İddiaçı ondan 220 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsinə” dair qarşılıqlı iddiа ərizəsi təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2788/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2788/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver