Məhkəmə qərarları › İş №2(021)-2791/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2791/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2791/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və əmlak ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı ilk iddianın rədd edilməsi və əqdin etibarsız hesab olunması qarşılıqlı iddia tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 17413,80 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 25 yanvar 2020-ci il tarixli, GT/2020/01/25 nömrəli Adistribütorluq müqaviləsinə əsasən ona Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında «ÇİT-A-ÇİT» (20 qram, 35 qram, 80 qram, 100 qram, duzlu 80 qram və.s) tumlarının satışı ilə bağlı ona 25 yanvar 2020-ci il tarixli, 03 nömrəli AKT-a və 25 yanvar V-65 nömrəli Qaiməyə, V-50 nömrəli Qaiməyə, V-44 nömrəli Qaiməyə, V-73 nömrəli Qaiməyə əsasən cəmi 227 ədəd (beş gözlü) vitrinlər təqdim edilmişdir. Hazırda cavabdeh həmin vitrinləri işlətsədə vitrinlərin geri təhvil verilməsini təmin etməmişdir. O, cümlədən cavabdehin yuxarda göstərilən 25 yanvar 2020-ci il tarixli, GT/2020/01/25 nömrəli Adistribütorluq müqaviləsinə əsasən 17.09.2020-ci il tarixli mühasibatlıq hesablamasına əsasən 17413,80 (on yeddi min dörd yüz on üç manat səksən qəpik) borcu yaranmışdır ki, cavabdeh hazırda həm qalıq borcunu həmçinin 227 ədəd vitrinləri qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlə aralarında bağlanmış 25 yanvar 2020-ci il tarixli, GT/2020/01/20 nömrəli Adistribütorluq müqaviləsinin 1.2-ci bəndinə əsasən distributor (gələcəkdə; iddia ərizəsində adistribiyutor -cavabdeh adlandırılacaqdır) müqavilədə göstərilmiş Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında minimal illik satış hədəfi 12.000 qutu olmaqla satışı təşkil etməlidir. Həmin müqavilənin 2.1, 2.3, 3.2.9-cu bəndlərinə əsasən cavabdeh malın satışını təmin etməklə, ayın sonuna öz borcunu sıfırlamalı, ümumiyyətlə isə cavabdeh borc öhdəliyini 30 dekabr 2020-ci il tarixədək tam icra etməlidir. Həmin müqavilənin 3.2.11-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 3.1.9-cu bəndinə əsasən istehsalçıdan aldığı vitrinləri təhvil götürməklə paylayır və həmin vitrinlərin vəziyyətinə nəzarət edir və əgər vitrinlərdə hər hansı zərəri müəyyən edərsə həmin zərəri alıcılardan tələb etmək hüquqna malikdir. Müqavilənin 6-cı maddəsinə əsasən tərəflərə arasında malın qəbulu, onun satışı aylıq dövriyyəsi üzrə malın qalığı və borc məbləği müqavilə tərəflərinin iştirakı ilə üzləşmə aktına və qaiməyə əsasən hesablanmaqla haqq-hesablaşma aparılır. Hazırda iddia ərizəsinə əlavə edilmiş qaimə fatura, Akt-dan və göndərdiyi pul ödənişləri və mühasibatlıq sənədlərindəndə məlum olur ki, cavabdehin ona 17413,80 (on yeddi min dörd yüz on üç manat səksən qəpik) borcu qalmaqla ödənilməli və 227 ədəd vitrinlər alındığı kimi təhvil verilməlidir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək fərdi sahibkar İddiaçı ilə aralarında bağlanmış 25 yanvar 2020-ci il tarixli GT/2020/01/25 saylı “Qovrulmuş günəbaxan tumlanının qəbul edilməsinə və Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi və Beyləqan rayonlarında satışının təşkil edilməsinə dair” müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə ona qarşı pul və əmlak tələbinə dair iddia qaldırıb tələb qoymuşdur ki, ondan 17413,80 (on yeddi min dörd yüz on üç) manat pul alınıb ona ödənilsin və 227 (iki yüz iyirmi yeddi) beş gözlü vitrinin alınıb ona verilsin. 25 yanvar 2020-ci il tarixində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh fərdi sahibkar İddiaçı (VÖEN **********, bundan sonra “Cavabdeh”) onunla fərdi sahibkar kimi aralarında Samux şəhərində GT/2020/01/25 saylı “Qovrulmuş günəbaxan tumlarının qəbul edilməsinə və Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi və Beyləqan rayonlarında satışının təşkil edilməsinə dair” Müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanan anda cavabdeh İddiaçı ona bildirmişdir ki, 7 (yeddi) rayonda məhsulun satışın təşkil etmək üçün ona işçilər götürməyə səlahiyyət verəcək, həmin işçilərə minimum əmək haqqı ödəyəcək, malın və vitrinlərin paylanması üçün maşın ayıracaq və həmin maşının yanacağını təmin edəcək. Lakin sonradan ona məlum olmuşdur ki, o, bu şərtləri müqaviləyə daxil etməyib, yalnız Müqavilənin 2.2-ci maddəsinə əsasən nisyə alacağı malın ona ümumi məbləğini maksimum 10000 (on min) manat və il ərzində minimal aylar üzrə bölməklə illik satış hədəfini 12000 (on iki min) qutu müəyyən etmişdir. Bundan başqa, cavabdeh İddiaçı müqavilə bağlamamışdan əvvəl ona bildirmişdir ki, kənd təsərrüfatında fərdi sahibkar kimi fəaliyyətini dayandırdımışdır. Ona görə də onun VÖEN-ni müqavilədə əks etdirməmiş və bildirmişdir ki, onun işçisi kimi fəaliyyət göstərəcək, ona qoyduğu satış qiymətinin 10 faizi məbləğində əmək haqqı verəcək. Bütün bu halların müqavilədə qeyd olunmamasını cavabdeh ona bildirməmiş, yalnız ona Müqavilənin 2.4.1ci maddəsini göstərmiş və onu başa salmışdır ki, bax müqavilədə qeyd olunub ki, müqavilə şərtlərinə görə görəcəyi işlərin müqabilində satdığı malın 10 faizini əmək haqqı kimi alacaq. Qeyd olunan hallara inanıb müqaviləni imzalamış və işləməyə başlamışdır. Cavabdeh İddiaçı ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra məcburiyyət qarşısında qalıb vəkilə müraciət etmişdir. Vəkilə yuxarıda qeyd etdiyi şərtlərlə bağlı məlumat verikdən sonra ona məlum olmuşdur ki, onların əksəriyyəti müqavilədə qeyd olunmayıb. Ona görə də məcburiyyət qarşısında qalıb bu qarşılıqlı iddia ərizəsini vermişdir. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Onunla Müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək ona qarşı olan etimadından sui-istifadə etmişdir. Yuxarıda qeyd olunan hallarla təsdiq olunur ki, mübahisəli Müqavilə məhz aldatma nəticəsində onda formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı aldatması olmasaydı mövcud müqaviləni bağlamazdı. Buna görə də Müqavilə etibarsız hesab olunmalıdır. Məhkəmənin iclasında müəyyən edilmişdir ki, iş üzrə tərəflərdən İddiaçı və Cavabdeh fiziki şəxslərdir. Belə ki, iş materiallarında olan ********** VÖEN nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı 17 oktyabr 2019-cu ildə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan ********** VÖEN nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 05 may 2010-cu ildə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə hesab edir ki, mülki iş Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 45, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul və əmlak ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı ilk iddianın rədd edilməsi və əqdin etibarsız hesab olunması qarşılıqlı iddia tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar