Məhkəmə qərarları › İş №2(021)-2794/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2794/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2794/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər X9, X5 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X6 və X3 müştərək qaydada 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat kredit borcu və 20 manat dövlət rüsumunun "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli 2(021)-6269/2017 nömrəli əmri ilə borclular X6 və X3 müştərək qaydada 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat kredit borcu və 20 manat dövlət rüsumu tutular "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi qərara alınmışdır. X2 09 oktyabr 2017-ci il tarixli 2(021)-6269/2017 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(021)-6169/2017 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-6269/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, X2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 16 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə kredit xətti açılmış və xətt daxilində X9 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinin 2-ci hissəsinin 2-ci abzasına görə borcalan kredit məbləğini və ona hesablanmış faizləri müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun həyata keçirməlidir. Həmin müqavilənin 4-cü bəndinin 1-ci hissəsinin 4-cü abzasına əsasən, borcalan bu müqavilə üzrə ğhdəliklərini yerinə yetirmədikdə, borcalana verilməsi nəzərdə tutulan növbəti kredit məbləğinin ödənişini dayandırmaq, sub-borcalan tərəfindən istifadə olunmuş kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Kredit müqaviləsinin 5-ci bəndinin 3-cü abzasına görə kredit verən borcalandan kreditlə əlaqədar digər xərclərin də ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinə əsasən, borclu tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş, onun vurduğu zərər nəticəsində kreditorun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablamaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliiyinə müvafiq olaraq "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə “Vahid və X14 Nuranə Kredit İttifaqı” MMC arasında Hüquqlara və tələblərə mülkiyyət hüqunun əldə edilməsi barədə bağlanmış 14 iyun 2017-ci il tarixli 32 saylı müqaviləyə əsasən “Vahid və X14 Nuranə Kredit İttifaqı” MMC kredit borcu ilə bağlı tələb sahibi kimi, bütün hüquq və tələblərini "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına güzəşt etmişdir.Bu barədə borcluya müvafiq bildiriş verilmişdir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Borcluya göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Borcluların 16 aprel 2014-cü il tarixli 09-14/SKMF nömrəli kredit müqaviləsinə əsasən hazırda 10.000 manat əsas borc, 850 manat məbləğində faiz borcu, 425 manat cərimə borcu olmaqla cəmi 11.275 manat təşkil edir ki, bu borcun da borclular tərəfindən ödənilməsi təmin edilməlidir. Bərdə rayon sakini X10 ilə “Vahid və X14 Nuranə Kredit İttifaqı” MMC arasında bağlanmış 16 aprel 2014-cü il tarixli 09-14/SKMF saylı zaminlik müqaviləsinə əsasən zamin olmuş şəxslər kredit müqaviləsində göstərilən məbləği kredit verənin ilk tələbi əsasında heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdələrinə götürür və buna görə ğdlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X9, X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2014-cü il tarixli 09-14/SKMF nömrəli kredit xətt müəyyən olunur ki, "xxxx" MMC Bank olmayan Kredit X1 36 ay müddətinə, illik 6% dərəcəsi ilə, 10.000 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan 16 aprel 2014-cü il tarixli 09-14/SKMF nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə X11 arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, X12 xx xxxxxxxx 1971-ci ildə Bərdə rayonu, Tumaslı kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, X10 xx xxxx 1970-ci ildə Bərdə rayonu, Tumaslı kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx xxxxxxxx 1971-ci ildə Bərdə rayonu, Tumaslı kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 xx xxxx 1970-ci ildə Bərdə rayonu, Tumaslı kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, X12 16 aprel 2014-cü il tarixli 09- 14/SKMF nömrəli kredit sazişinə əsasən ona verilmiş kredit məbləği üzrə 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh X8 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat borcu yaranması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdeh X8 10.000 kredit alması və həmin kredit üzrə 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, X6 və X3 müştərək qaydada 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlər X6 və X3 alınaraq iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər X9 və X5 qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər X6 və X3 müştərək qaydada 10.000 manat əsas, 850 manat faiz, 425 manat cərimə olmaqla, cəmi 11275 manat (on bir min iki yüz yetmiş beş) kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar