Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2794/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qаrşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh maşınına vurulmuş maddi zərərin əvəzi olaraq 2650 (iki min altı yüz əlli) manatın, maşınına vurulmuş ziyan barədə mütəxəssis rəyi alınması üçün ödədiyi 50 manatın, beləliklə, cəmi 2700 (iki min yeddi yüz) manat alınıb ona verilməsinə, həmçinin hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu kimi ödədiyi 47 manatın Cavabdeh tutularaq ona qaytarılmasına dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X4 izahatında cavabdehin Sarıcalıda yaşadığını bildirmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək ailə və maddi vəziyyətiylə əlaqədar məhkəmənin hazırlıq iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2005-ci ildə Bərdə şəhərində anadan olmuşdur, yaşayış yeri Laçın rayonu, Qarabəyli Ərazi Dairəsi, Lolabağırlı kəndidir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda aidiyyət məsələsi həll edilməli, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2794/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2794/2023
10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver