Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2817/2021 07.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Əzizov Şakir Əziz oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Əliyev İlkin Şamil oğluna qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Əzizov Şakir Əziz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev İlkin Şamil oğlundan ümumilikdə 4.090 manat pul vəsaiti alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Əzizov Şakir Əziz oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Əliyev İlkin Şamil oğlu bazarda hinduşqa alqı-satqısı ilə məşğul olub, bu səbəbdən də ona yaxınlaşaraq hinduşqa lazım olduğunu bildirmişdir, sözgüedən hinduuşqaları alıb özü qulluq edərək sonradan daha yuxarı qiymətə sataraq ailəsini dolandırmaq istəmişdir. Cavabdeh İlkin Əliyev bu məqsədlə 2.000 manat, daha sonra isə əlavə olaraq 1.470 manat olmaqla ümumilikdə ondan 3.470 manat pul almışdır. Lakin sonradan nə hinduşqaları nə də ona verdiyi pulu ona qaytarmamışdır. Cavabdeh onun xəbəri olmadan ona məxsus 1520 manat dəyərində olan 76 ədəd hinduşqanı satmış, onların dəyərindən 900 manat pulunu vermiş, yerdə qalan 620 manatı isə verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də Polis Şöbəsinə müraciət etmişdir. PŞ-dən ona şifahi olaraq bildirmişlər ki, mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Əzizov Şakir Əziz oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Əliyev İlkin Şamil oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Əliyev İlkin Şamil oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əzizov Şakir Əziz oğlu 06 may 1984cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Asan-Mingəçevir tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunuur ki, İddiaçı oğlu Ağdam rayonu, Böyəhmədli ərazi dairəsi , Qızıl Kəngərli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, Cavabdeh 01 mart 1991-ci ildə doğulmuş, Bərdə şəhəri, Koroğlu küçəsi ev 59 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş İddiaçı Əziz oğlunun şikayət ərizəsi əsasında Bərdə Rayon Polis Şöbəsində toplanmış materiallarda olan Əliyev İlkin Şamil oğlunun izahatının surətindən müəyyən olunur ki, 2020-ci ilin sentyabr ayında Bərdə rayonunda yerləşən “Təzə Bazarda” toyuq cücə alveri etmişdir. Həmin vaxt tanımadı bir nəfər ona yaxınlaşaraq, hinduşqa lazım olduğunu bildirmiş, o, isə nə qədər hinduşqa lazım olduğunu soruşmuşdur. Həmin şəxs ona 300- 400 hinduşqa lazım olduğunu demişdir, o, isə 400 yox 200-ə qədər hinduşka təşkil etmiş, həmin hinduşqaları yığıb aparmış, ona 300 manat borcu qalmışdır. Ona demişdir ki, yenə ona hinduşka təşkil etsin, gəlib aparıb, borcunu da verəcəkdir. Ona yenidən 200 hinduşka təşkil etmiş, zəng edib, gəl hinduşqaları apar demişdir, o, isə demişdir ki, sənə 500 manat pul göndərəcəm, hinduşqaları saxla gəlib götürəcəm, bundan sonra dəfələrlə zəng etsə də gəlməmişdir, xəsdəlikdən toyuq cücə, hinduşka xəstəlikdən qırılmışdır, hətda öz mayası da batmışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsində toplanmış materiallarda olan Qarayev Aqil Mürşüd oğlunun oğlunun izahatının surətindən müəyyən olunur ki, 2020-ci ilin sentyabr ayında həmkəndlisi Əliyev İlkin Şamil oğlu ona demişdir ki, bir tanışı var, ona 200 ədəd hinduşqa lazımdır, o, da ona demişdir ki, onda var, beş gündən sonra Əzimov Şakir ona 1200 manat pul vermişdur və ona demişdir ki, 10 gündən sonra gəlib aparacaqdır, 3 ay keçməsinə baxmayaraq İddiaçı oğlu gəlib hinduşqaları aparmamışdır. Dəfələrlə zəng etmiş, ona pulu düzəltməyini, gəlib götürəcəyini bildirmişdir. Təxminən bir həftədən sonra hinduşqalar xəstəlikdən qırılmışdır. Qalan hinduşqaları gəlib aparmasını desə də Şakir həmin hinduşqalarının ətinin qırmızı olduğunu, ona görə də ona lazım olmadığını bildirmişdir, bir ilə yaxın vaxt keçməsinə baxmayaraq Şakir ondan pul tələb edir, özüdə bilmir ki, ondan nə pulu tələb edir, Şakirə borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu olduğunu və öz iddia tələbinin 3100 manat borc pul hissəsini kifayət qədər dəlillərlə sübut etmiş, iddianın qalan hissəsini sübut edə bilməmiş, müvafiq dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Əliyev İlkin Şamil oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3.100 manat tutulub İddiaçı Əziz oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2817/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2817/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver