Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-284/2022 19.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtoqəza nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun, hüquqi yardımla əlaqədar cəmi ödənilmiş 30 manat tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus “VAZ-21074” minik markalı 90 EP-067 dövlət qeydiyyat nişanlı avtomobilə görə vurduğu 7500 manat maddi zərərin əvəzinin, həmçinin ödənilmiş 105 manat dövlət rüsumunun və ödənilmiş 30 manat hüquqi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 iyun 2021-ci il tarixində saat 15:30 radələrində özünə məxsus “QAZ-24” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir-st-Bəhramtəpə yolunun ərazisində keçən 54-cü kilometrliyində hərəkətdə olarkən, qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn, ona məxsus “VAZ-21074” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ona məxsus avtomobil tamamilə yararsız vəziyyətə düşüb, 7500 manat zərər dəymişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilə Ağcabədi Avtoservis və Ticarət Müəsissəsində baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobil hadisə nətivəsində güclü deformasiyaya uğramış, hətta təmirdən sonra zavod standartlarına cavab verməyəcək və tamamilə istismara yararsız vəziyyətdədir. Avtomobilin hal-hazırda bazar pərakəndə satış qiymətinin 7500 manat olması müəyyən edilmişdir. Cavabdeh törətdiyi hadiəs ilə bağlı Azərbaycan Respublikası DİN-İN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, X8 tərəfindən araşdırma aparılmış və 26 iyul 2021-ci il tarixində cinayət işi başlanılmasının rədd edilməsi barəsində qərar çıxarmışdır. Həmin qərarda cavabdehin yol nəqliyyat hadisəsinə görə cavabdehin barəsində məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.Bundan sonra cavabdehin barəsində 09 sentyabr 2021-ci il tarixində AP0165645 saylı X11 iş üzrə qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Lakin Cavabdeh törətmiş olduğu hadisə ilə bağlı ona məxsus avtomobilin tam yararsız hala düşməsinin səbəbkarı olsa da hazıra kimi vurduğu maddi zərərin əvəzini ödəməmişdir. Avtomobil hazırda da onun yaşadığı ünvanda yəni Ağcabədi rayonu Hacıbədəlli istismara yararsız vəziyyətdə qalmaqdadır. Qeyd etdi ki, qeyd edilən “VAZ-21074” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və o dəfələrlə cavabdehdən vurduğu maddi zərərin əvəzini ödəməsini, yaxud başqa minik avtomobil alıb ona verməsini tələb edib, lakin cavabdeh hazıra kimi bir manat da olsa həmin zərərdən ödəməmişdir. Yəni Orxanın vurduğu maddi zərərin əvəzini könüllü olaraq ödəmək fikri yoxdur. Ona görə də caabdeh X2 avtoqəza nıəticəsində ona mxəsus “VAZ-21074” minik markalı **-EO-*** qeydiyyat nişanlı avtomobilə vurduğu 7500 mantlıq maddi zərərin əvəzinin, allınaraq ona verilməsi, həmçinin ödənilmiş 105 manat dövlət rüsumunun və ödənilmiş 30 manat hüquqi xidmət haqqının ona verilməsi barədə qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili X7 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə iddiaçının və nümayəndənin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Mİ 006647 nömrəli Azərbaycan Qarabağ Mühraibəsi Əlilləri, Veteranları və X10 Birliyinin vəsiqəsinin surətindən müəyyən olunur İddiaçı müharibə iştirakçısıdır. Mülki işə əlavə edilmiş Ağcəbədi rayon Hacıbədəlli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 501 saylı, 10 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Rüstəmli X6 rayonu, Hacıbədəlli kəndində yaşayır. Mülki işə əlavə edilmiş AD 493358 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ 21074 minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Ağcəbədi rayon Polis Şöbəsi tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli 138-32570 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Ağcabədi Avtoservis və Ticarət MMC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli rəydə göstərilmişdir ki, VAZ 21074 minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə istismara yararsız olduğu müəyyən edilmişdir, avtomobilin halhazırda bazar pərakəndə satış qisməti 7500 manat təşkil edir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)-1103/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli X11 iş üzrə qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan X11 AP ******* nömrəli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törtəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin 26 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətindən müəyyən olunur ki, İddiaçı barədə cinayət təqibinin başlanmasının rədd edilməsi, Cavabdeh inzibati məsuliyyətə cəlb olunması və qərarın surətinin inzibati tənbeh tədbiri görülməsindən ötrü BDYPİ-yə göndərilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Ağcabədi Avtoservis və Ticarət MMC tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli rəydə göstərilmişdir ki, VAZ 21074 minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4677 manat müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-284/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/4171 nömrəli ekspert rəyi ilə VAZ 21074 markalı, ** BD *** dövlət qeydiyyat nişamlı avotomobilin dəyişilməli hissələrinin qiyməti 2837,0 manat, təmir bərpa işlərinin qiyməti 1640,0 manat, ümumilikdə təmir bərpa xərci təxminən 4477,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, İddiaçı Cavabdeh qarşı avtoqəza nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun, hüquqi yardımla əlaqədar cəmi ödənilmiş 30 manat tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4477 manat, 105 manat dövlət rüsumuna, 30 manat hüquqi yardıma görə alınıb verilməli, 100 manat ekspertiza xərci isə X1 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 4477 (dörd min dörd yüz yetmiş yeddi) manat, dövlət rüsumuna görə 105 manat və hüquqi yardıma görə 30 manat alınaraq İddiaçı verilsin. Cavabdeh ekspert rəyinə görə 100 (yüz) manat tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-284/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-284/2022
19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver