Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2842/2022 04.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 22600 manat pulun, 157.80 manat dövlət rüsumunun alınıb ona verilməsi, 5 ha torpaq sahəsindən qeyri qanuni istifadə etmələrinin qadağan edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona məxsus 5 ha torpaq sahəsini mənimsəyərək əkdiyi yonca sahəsinin 1 ildə 4 dəfə biçilməklə ona 2012-ci ildən bu günə kimi 22600 manat dəyərində ziyan vurmuşdurlar. O, dəfələrlə bu barədə şikayət etsə də təssüf ki, cavabdehlər əhəmiyyət verməmiş, mülki məsələ kimi rədd edilərək, məhkəməyə verməsi bildirilmişdir. Cavabdehlər özlərinə təsərrüfat saxlamaqla ona ziyan vurublar. Belə ki, o, illərdir 5 ha torpağından və orda olan əmlakından istifadə edə bilmir. Bununla bağlı olaraq mütəxəssis rəyində ona vurulmuş ziyan aşağıdakı şəkildə qiymətləndirilmişdir: 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi. 1 ha torpaq sahəsindən 1 il müddətində 400 bağ yonca kipi əldə edilə bilər. 1. 2012-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2012ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 2. 2013-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2013-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 3. 2014-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2014-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 4. 2015-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2015-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 5. 2016-cı il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2016-cı il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 6. 2017-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2017-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x 2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 7. 2018-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2018-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=4000 manat, 3000 manat-1800 manat=2200 manat. 8. 2019-cu il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2019-cu il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 9. 2020-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2020-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 10. 2021-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2800 manat. 2021-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx3 manat=6000 manat, 6000 manat-2800 manat=3200 manat. Ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxarıldıqdan sonra cəmi dəyəri 22600 AZN. Beləliklə cavabdehlər öz qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 22600 (iyirmi iki min altı yüz) manat ziyan vurmuşlar. O, da həmin pulun ödənilməsi və qanunsuz hərəkətlərinin qadağan edilməsinə dair məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş Seriya ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü ildə doğulmuşdur, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyun 2002-ci il tarixli, 10 saylı müqavilənin surətindən müəyyən olunur ki, Qaraqoyunlu bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı qərarı ilə 5 hektar torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, 5 ha torpaq sahəsində yonca bitkisi 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi. 1 ha torpaq sahəsindən 1 il müddətində 400 bağ yonca kipi əldə edilə bilər. 1. 2012-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2012-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 2. 2013-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2013-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 3. 2014-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2014-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 4. 2015-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2015-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 5. 2016-cı il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2016-cı il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat.
6. 2017-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2017-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x 2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 7. 2018-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2018-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=4000 manat, 3000 manat-1800 manat=2200 manat. 8. 2019-cu il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2019-cu il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 9. 2020-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2020-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 10. 2021-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2800 manat. 2021-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx3 manat=6000 manat, 6000 manat-2800 manat=3200 manat. Ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxarıldıqdan sonra cəmi dəyəri 22600 AZN. Beləliklə cavabdehlər öz qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 22600 manat qiymətləndirilmişdir.
Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1475/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(021)-72/2022saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş ümumi sahəsi 864.7 kv.m olan daşınmaz əmlak və 0.09675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçı xüsusi mülkyyətinə verilmiş ümumi sahəsi 864.7 kv.m olan daşınmaz əmlak və 0.09675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütöv şəkildə zəbt edilmişdir, İddiaçı Bərdə rayonu, Qaraqoyunlu Bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı iclas protokoluna və 10 iyun 2022-ci il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə verilmiş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən zəbt olunaraq istifadə edilir, İddiaçı Bərdə rayonu, Qaraqoyunlu Bələdiyyəsinin 10 iyun 2022-ci il tarixli 10 saylı iclas protokoluna və 10 iyun 2022-ci il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə verilmiş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu bütöv şəkildə istifadə edilir. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 882 nömrəli, 29 iyul 2022-ci il tarixli 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 1953-cü ildə anadan olmuşdur, ailə üzvləri arvadı X3, oğlu X6, gəlini X5, nəvəsi X4 ibarətdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı 158 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı məxsus olan Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 5.0 ha pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir, torpaqdan istifadə etməklə iddiaçıya mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə ziyan vurmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı ziyan tələbinə dair iddiası ilə bağlı məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə dəymiş ziyan 22600 manat müəyyən edildiyindən, 22600 (iyirmi iki min altı yüz) manat və 158 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin və iddiaçının mülkiyyətində olan 5 ha torpaq sahəsindən cavabdehlərin qeyri qanuni istifadə etmələri qadağan edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22600 (iyirmi iki min altı yüz) manat və 158 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin və iddiaçının mülkiyyətində olan 5 ha torpaq sahəsindən cavabdehlərin qeyri qanuni istifadə etmələri qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
HakimElsun Əhmədov