Məhkəmə qərarları › İş №2(021)-2844/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2844/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2844/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 14.500 (on dörd min beş yüz) manat alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il tarixdə Cavabdeh Bərdə Rayonu Qarabağ qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evini satdığını eşidib. Cavabdehla görüşüb evin 14 500 manat alqı-satqısı barədə razılaşıblar. Belə razılaşıblar ki, 14 500 manat məbləğində pulu ona verəcək və evdə yaşayan kirayəşin çıxdıqdan sonra 2019-cu ilin iyun ayında sözü gedən evə köçəçək. O, 2018-ci ilin dekabr ayında 14 500 manat məbləğinə pulu Cavabdeh verib. O isə öz növbəsində öz xətti ilə “ona aid olan 0.6 ha torpaq sahəsinin daxilində olan 2 otaqlı fərdi yaşayış evini ona satır və bunun müqabilində 14 500 manat məbləğində pulu aldığını təsdiq edir” qəbzini yazmışdır. 2019-cu ilin iyun ayında sözüqedən fərdi yaşayış evinə köçən zaman Cavabdeh bacısı ona bildirmişdir ki, ev mübahisəlidir və mərhum atalarından miras qalmışdır. Bu səbəbdən də onun orda yaşamağına icazə verməyəcək, bundan sonra o, A. Məmmədovla əlaqə yaradıb bu haqda məlumat verdikdən sonra onun pulunu 3-4 aya qaytaracağını bildirdi. O, pulu qaytarmadığını görüb dəfəflərlə əlaqə yaratsa da hər dəfə müxtəlif bəhanələrlə pul verməkdən yayınmışdır. Hətta Bərdə Rayon Polis Şöbəsinə etdiyi şikayət ərizəsi əsasında araşdıılma aparılmış və Cavabdeh ona olan borcunu etiraf etmişdir. Daha sonra Şöbədən şikayətin mülki xarakterli olması barədə cavab verilmişdir, ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında iddianı qəbul edərək, 0.6 ha torpaq sahəsinin daxilində olan 2 otaqlı fərdi yaşayış evi iddiaçıya satdığını, lakin ev mübahisəli olduğundan aldığı pulu qayara bilməyini göstərdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1977-ci ildə doğulmuşdur Zərdab rayonu Gəlmə kəndində qeydiyyatdadır. Belə ki, mülki işə əlavə olunmuş Vəsiqənin surətindən gprünür ki, İddiaçı N nömrəli hərbi hissədə işləyir. Mülki işə əlavə olunmuş qəbzdən müəyyən olunur ki, Cavabdeh “ona aid olan 06 sotun içərisində olan iki otaqlı mənzilini satıb İddiaçı 14 500 manat pul alıb, öz adına (qaz, su, işıq) bələdiyyə, çek əsasında satıb.” Yuxarıda göstərilənləri satmağa etirazı yoxdur, yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 14.500 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, Cavabdeh iddiaçı İddiaçı borcunun olmasını məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı İddiaçı xeyrinə 14500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 14.500 (on dörd min beş yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar