Məhkəmə qərarları › İş №2(021)-2846/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2846/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2846/2022 24.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X14 iclas kаtibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh, nümayəndəsi X15 və vəkili X10 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı torpaq sahəsinə görə ödənilmiş məbləğə görə əldən çıxmış faydaya görə ödəniş tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü ildə anadan olmuş, Bərdə rayonu Əyricə i.ə.dnin Kərimbəyli kəndində daimi qeydiyyatda olan və yaşayan Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 1,95 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından 2014-2021-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməyə görə cəmi 7000 (yeddi min) manat və iddia tələbinə baxılması üçün ödənilmiş 96 manat dövlət rüsumunun, cəmi 7096 (yeddi min doxsan altı) - manat pulun cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılsın. Vəliyev X13 Rahim Qasım oğluna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək Cavabdeh X11 əldən çıxmış faydaya görə 1155 (min beş yüz əlli beş) manat və dövlət rüsumu üçün ödədiyi 32 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvləridir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə onlara və ailə başçısı, xx.xx.2001-ci ildə vəfat etmiş X17 və onun həyat yoldaşı 2001-ci ildə vəfat etmiş X12 (cəmi 7 nəfər) Bərdə rayonunun Yeni Əyricə kəndində kənd təsərrüfatı təyinatlı 3,76 hektar torpaq sahəsi ayrılaraq ümumi pay torpağı kimi daimi istifadələrinə verilmişdir. Bu barədə onlara “Torpağa mülkiyyət hüququna dair” JN-306, KOD 61006018 saylı Dövlət Aktı da verilmiş və həmin Dövlət Aktında iddiaçıların hər birinin ad, soyadı və ata adı, həmçinin torpağın mülkiyyətçilərindən biri kimi X26 və X18 qeyd edilmişdir. 2013-cü ilədək həmin torpaq sahəsinin hamısından özlərindən birgə istifadə edərək orada müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olmuş və bu fəaliyyətlərindən illik xalis gəlirləri təxminən 3000-3500 manat təşkil etmişdir. Müxtəlif səbəblərdən 2014-cü ilin yanvar ayından etibarən həmin torpaq sahəsinin 1,95 hektarını qeyri-müəyyən müddətdə onlar iddiaçılardan biri olan X6 rayonu Əyricə kənd i.ə.d-nin Kərimbəyli kənd sakini Cavabdeh istifadəsinə vermiş və bunun üçün ondan cəmi 3300 man pul almışdır. (1100 manat beh, daha sonra isə 2200 manat olmaqla). Lakin İddiaçı1 ilə Cavabdeh arasında bu barədə qanunla müəyyən edilmiş qaydada (yəni notariat təsdiqli) hər hansı bir müqavilə o cümlədən də daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, icarə müqaviləsi və s. bağlanmamışdır. Odur ki, Cavabdeh sözügedən 1,95 ha torpaq sahəsindən 2021-ci ilin dekabr aymadək istifadə etmiş, orada müxtəlif kənd təsərrüfat məhsulları əkib-becərməklə qazanc əldə etmişdir. xx.xx.2021-ci ildə sözügedən 1,95 ha torpaq sahəsini hər biri ayrı-ayrılıqla Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisi vasitəsi ilə “Daşınmaz əmlakın alqısatqı müqavilələri bağlamaqla Bərdə rayonu Yeni Əyricə kənd sakini X2. Buna baxmayaraq Cavabdeh həmin torpaq sahəsindən 2021-ci ilin dekabr ayınadək istifadə etməkdə davam etmişdir. Sözügedən 1,95 ha torpaq sahəsini X1 narazı qalan Vəliyev X13 Rahim Qasım oğluna qarşı 2021-ci ildə Bərdə rayon məhkəməsində “pul tələbinə dair” iddia çaldırmış və verdiyi 3300 manat pulun, həmçinin torpağı münbitləşdirməyə görə çəkdiyi xərc olan 1100 manatın İddiaçı1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya baxan Bərdə rayon Məhkəməsi (hakim Əyyub Kərimov) 09 aprel 2021-ci il tarixli, 2(021)-1115/2021 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək İddiaçı1 3300 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsini qət etmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada notariat təsdiqi ilə 1,95 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi və ya icarə müqaviləsi bağlanmamışdır, odur ki, 3300 manat Cavabdeh qaytarılmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)2744/2022 nömrəli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanmış və sözügedən qətnamə artıq qanuni qüvvəyə minmişdir. Beləliklə də, Bərdə rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(021)- 15/2021 saylı qətnaməsi ilə də təsdiq olunur ki Cavabdeh onlara məxsus olan 1,95 torpaq sahəsini 2014-2022-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə edərək qazanc götürüb varlanmışdır. Hazırki mübahisənin faktiki halı da ondan ibarətdir ki, Cavabdeh onların ümumi mülkiyyəti olan 1,95 ha torpaq səhərindən 2014-cü ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək olan müddət ərzində (8 il) istifadə etmiş, orada kənd təsərrüfatı məhsulları yetişdirərək qazanc əldə edib varlanmışdır, lakin torpaqdan istifadəyə görə onlara 1 manat da verməmişdir və verməkdən imtina edir. Ədalətlilik baxımından da yanaşılarsa, 8 il ərzində 1,95 ha torpaq sahəsindən hər hansı bir qanuni əsas və ya müqavilə əsası olmadan istifadə edən Cavabdeh iddiaçılara torpaqlarından istifadəyə görə haqq ödəməkdən imtina etməsi ədalətsizlikdir. Hesab edirlər ki, 8 il ərzində 1,95 ha torpaq sahəmizdən qanuni əsas və ya müqavilə əsası olmadan istifadə edib qazanc əldə etdiyinə, bununla da əsassız varlandığına görə Cavabdeh bizə ödəməli olduğu pul həmin illər ərzində 2-ci kateqoriya kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsini qanuni qaydada 1 illik icarəyə verilməsi qiymətləri ilə tənzimlənməlidir. Bərdə rayonu X25n xx.xx.2022-ci il tarixli, 30 №-li arayışı ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 2014-2022- ci illərdə istifadə edilmiş 1,95 ha torpaq sahəmiz kənd təsərrüfatı təyinatlı torpaq olmaqla münbitliyinə görə 2-ci kateqoriya torpaq hesab edilir, Yeni Əyricə kəndində kənd təsərrüfatı təyinatlı 2-ci kateqoriya torpağın 1 hektarının 1 illik icarə haqqı isə 2014-cü ildə 300 manat, 2015-ci ildə 300 manat, 2016-cı ildə 300 manat, 2017-ci ildə 300 manat, 2018-ci ildə 400 manat, 2019-cu ildə 500 manat, 2020-ci ildə 500 manat, 2021-ci ildə 600 manat və 2022-ci ildə 600 manat olmuşdur. Bu hesabla Cavabdeh 8 il ərzində 1,95 ha torpaq sahəsindən qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməsinə görə ödəməli olduğu pulun məbləği cəmi 7000 manat təşkil edir. Lakin cavabdeh bunu könüllü və ya qarşılıqlı razılaşma yolu ilə ödəməkdən imtina etdiyinə görə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 tanıyır. Ona məxsus olan 1,95 hektar əmlak pay torpağını 3300 manata razılaşaraq cavabdehə 1100 manat beh verib, xx.xx.2014-cü ildə 2200 manat pul ödəyərək torpaq sahəsini Rahimdən Bərdə rayonu, X25 tərəfindən tərtib edilmiş akt üzrə satın almışdır. Torpaq sahəsinə görə cavabdehə ümumilikdə 3300 manat pul ödəmişdir. Hal-hazırda İddiaçı1 ondan mübahisəli torpaq sahəsindən çıxmasını tələb etmişdir. O, torpaq sahəsindən çıxmışdır. Dəfələrlə cavabdehdən alq-satqı müqaviləsi bağlanmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələr edərək torpağın onun adına sanədləşdirilməsindən yayınmışdır. Torpaq sahəsi cavabdehdən satın alındığı üçün torpaq sahəsinin münbitləşməsi üçün xərc çəkmişdir. Cavabdeh İddiaçı1 ödədiyi 3300 manatı tələb etmək üçün Bərdə rayon məhkəməsində iddia qaldırmışdır, xx.xx.2021-ci il tarixli 2(021)-1115/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh X11 3300 (üç min üç yüz) manat məbləğində pulun alınaraq ona verilməsinə qərar verilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 Gəncə Apellyasiya məhkəməsinə şikayət vermiş, Gəncə Apellyasiya məhkəməsinin 01 sentyabr 2021-ci ıl tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmayaraq xx.xx.2021-ci il tarixli 2(021)- 1115/2021 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş, cavabdeh İddiaçı1 1000 manatı ödəmiş, qalan 2330 manatı isə xx.xx.2022-ci il tarixdə ödəməyi öz öhdəsinə götürmüşdür. Hal-hazırda qarşılıqlı iddia tələbi onunla bağlıdır ki, İddiaçı1 ilə onun arasında şahidlərin iştirakı ilə torpaq sahəsinin alqı-satqı aktına görə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günə kimi onu aldadaraq satmaq adı ilə 1.95 ha torpaq sahəsinə görə 3300 manat məbləğində pulu özündə saxlayaraq onun həmin pul ilə əldə edəcəyi faydadan məhrum etmişdir. Ona görə də, əldən çıxmış faydaya görə İddiaçı1 1155 manat məbləğində pul tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh, nümayəndəsi X15 və vəkili X20 ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, İddiaçı1 məxsus olan torpaq sahəsi ilə onun torpaq sahəsi qonşuluqda yerləşir. Torpaq sahəsindən Cavabdeh istifadə etmiş, həmin sahədə kənd təsərüfatı məhsulları əkmişdir. Ancaq Cavabdeh hansı əsaslarla torpaq sahəsini istifadə etdiyini bilməmişdir. Hazırda həmin torpaq sahəsi başqa şəxsə satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, İddiaçı1 torpaq sahəsini icarəyə vermiş, icarə vaxtı qurtardıqdan sonra Xəqani Sofiyevə satmışdır. Tərəflər arasında olan icarə müqaviləsini görməmiş, bu barədə eşitmişdir. İcarə müqaviləsinin illik hansı məbləğdə bağlandığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, torpaqdan Cavabdeh istifadə etmiş, həmin sahədə kənd təsərrüfatı məhsulları əkmişdir. Ancaq Cavabdeh hansı əsaslarla torpaq sahəsini istifadə etdiyini bilməmişdir. Hazırda həmin torpaq sahəsi başqa şəxsə satılmışdır. Məhkəmə tərəfləri dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-306 KOD61006018 nömrəli Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Yeni əyricə kəndində yerləşən 3,76 ha torpaq sahəsi X16, X12, İddiaçı1, İddiaçı2, İddiaçı4 Rəhim oğlunun və İddiaçı5 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bərdə rayonu X32 tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Yeni əyricə kəndində 2014-2022-ci illərdə 1 hektar əkin sahəsinin illik icarə haqqı həqiqətən də 2014, 2015, 2016 və 2017-ci illərdə 300 manat, 2018-ci ildə 400 manat, 2019, 2020-ci ildə 500 manat, 2021-ci və 2022-ci ildə 600 manat təşkil etmişdir. Bərdə rayonu X32 tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan 3,76 ha torpaq sahəsinin 1,94 ha hissəsini ailə üzvləri ilə birlikdə X4, qalan 1,78 ha torpaq sahəsindən isə ailə üzvləri ilə birlikdə istifadə edir. Bərdə Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(021)-1115/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı1 qarşı “pul tələbinə” dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı1 3300 ( üç min üç yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. 21 may 2021-ci il tarixli, AN-İ0938232 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə İddiaçı1 verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 3/14 hissə, 0,4168 ha torpaq sahəsini X3. 21 may 2021-ci il tarixli, AN-İ0938233 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə adına verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0,2779 ha torpaq sahəsini X3. 21 may 2021-ci il tarixli, AN-İ0938234 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdə adına verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0,2778 ha torpaq sahəsini X3. 21 may 2021-ci il tarixli, AN-İ0938234 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.2021-ci il tarixdə adına verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 3/14 hissə, 0,4168 ha torpaq sahəsini X3. 21 may 2021-ci il tarixli, AN-İ0938236 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2021-ci il tarixdə adına verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0,2779 ha torpaq sahəsini X3. 21 may 2021-ci il tarixli, AN-İ0938237 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.2021-ci il tarixdə adına verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0,2779 ha torpaq sahəsini X3. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli, AZ-İ 935663 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydi kitabında 28 dekabr 2020-ci il tarixdə 1103 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, AZ-İİ 201039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydi kitabında 30 avqust 2021-ci il tarixdə 849 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu X32 tərəfindən təsdiq edilmiş 01 aprel 2013-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı1 1,95 ha pay torpaq sahəsini Cavabdeh cəmi 3300 manata ömürlük satmış, Cavabdeh 3300 manat pulu 1100 manatını İddiaçı1 nağd ödəmiş, qalan 2200 manatı isə gələcəkdə ödəmək şərti ilə razılaşmışlar. İş materiallarına əlavə edilmiş Bərdə X32 tərəfindən təsdiq edilmiş 05 yanvar 2014-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı1 1,95 ha pay torpaq sahəsini Cavabdeh cəmi 3300 manata ömürlük satmış, Cavabdeh 3300 manat pulu nəğd ödəmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(104) 2744/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(021) 1115/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 3300 (üç min üç yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.1984-cü ildə anadan olmuş, Bərdə rayonu Əyricə i.ə.d-nin Kərimbəyli kəndində daimi qeydiyyatda olan və yaşayan Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 1,95 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından 2014-2021-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməyə görə cəmi 7000 (yeddi min) manat və iddia tələbinə baxılması üçün ödənilmiş 96 manat dövlət rüsumunun, cəmi 7096 (yeddi min doxsan altı) manat pulun cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. X5 Rahim Qasım oğluna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək Cavabdeh X11 əldən çıxmış faydaya görə 1155 (min beş yüz əlli beş) manat və dövlət rüsumu üçün ödədiyi 32 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, hər iki iddia tələbi üzrə iddiаçılar iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin, iddiaçılar iddia tələbinin əsası kimi məhkəməyə hər hansı sənəd təqdim etməmişlər. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin ödənilməsini nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin maddi ziyanla bağlı hissəsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən həm ilk iddia üzrə iddiaçıların, həm də qarşılıqlı iddia üzrə iddiaçının iddiası iş materialları ilə sübut olunmadığından iddia tələbləri əsassız hesab edilərək təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hər iki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı1 qarşı Torpaq sahəsinə görə ödənilmiş məbləğə görə əldən çıxmış faydaya görə ödəniş tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar