Məhkəmə qərarları › İş №2(021)-2852/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2852/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2852/2021 17.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 ABŞ dollarını (1400 manat) 3 dəfəyə vurularaq, cəmi 4200 manatı və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul olnmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum əri X3 Cavabdeh məxsus olan Bərdə rayon Kətəlparaq kəndində yerləşən 0.67 ha torpaq sahəsini onun və əlavə şahidlərin yanında 700 ABŞ dollarına satmışdır. Bu akt 26 iyun 2006-cı ildə bağlanmışdır. Son illərə qədər həmin torpaq sahəsindən özləri istifadə etmişdir. Ancaq hazırda cavabdehin övladları mərhum həyat yoldaşı vəfat etdikdən sonra hədə-qorxu gələrək torpaqdan çıxmalarını tələb edirlər. Cavabdehə 700 ABŞ dollarının qaytaracağı halda torpaqdan çıxacaqlarını bildirmişdir. Hətta cavabdeh 700 ABŞ dollarını geri qaytardığı təqdirdə 2100 ABŞ dolarını qaytaracağına söz vermişdir. Hesab edir ki cavabdeh ümumilikdə 2100 ABŞ dollar ödəməlidir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olnmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 629 saylı 14.07.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kətəlparaq kəndində yaşayır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh ailələrinə məxsus olan torpaq payını bir dəfəlik X2 700 ABŞ dollarına satdığını, əgər həmin torpağı qaytararsa onun istədiyi qiymətə geri alacağını qeyd edərək imzalamışdır. Mülki işə əlavə edilmiş AZ-İİ № 152514 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 18.04.2021-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 04.08.201-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh Cavabdeh İddiaçı mərhum əri X2 700 ABŞ dollarına torpaq sahəsini satmış, lakin rəsmi olaraq sənədləşdirilməmişdir. Hazırda cavabdeh torpaq sahəsini geri aldığı üçün mərhum X1 arvadı İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdə qeyd olunmuşdur ki, “əgər bu torpağı qaytarsam onda onu istədiyim qiymətə geri alacam”. Bu şərt qeyri-müəyyən olduğundan məhkəmə hesab edir ki, iddia tələbində torpağın qiymətinin 3 dəfə istənilməsi hissəsində haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin xahiş etdi hissəsində Cavabdeh 700 ABŞ dollarını (1400 manat) 3 dəfəyə vurularaq, cəmi 4200 manatın qaytarılması qeyd olunmuşdur. Bu yanlışlığa iddiaçı tərəfindən düzəliş edilməmişdir. Belə ki, 700 ABŞ dollarının 3-ə vuranda 2100 ABŞ dolları edir. Lakin iddia ərizəsinin əsaslandırıcı hissəsində isə 2100 ABŞ dolları qeyd olunmuşdur. Bu ziddiyətlər isə iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və işdə olan qəbz nəzərə alınmaqla iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 700 (yeddi yüz) ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq iddiaçı İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar