Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2868/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şirinov Səbuhi Çingiz oğlundan ona 10600 manat əsas borc, 1300 manat özgə vəsaitini qanunsuz saxlamaqla vurmuş olduğu ziyan, hüquqi yardıma ödənilmiş 100 manat, cəmi 12000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Çingiz oğlu 18 sentyabr 2020-ci il trixdə Bərdə mal bazarında ona yaxınlaşaraq satdığı iri buynuzlu malların qiymətini öyərənib və almaq istəmişdir. O, Cavabdeh bildirmişdir ki, bu mallar şərik olduğu üçün Əhmədov Fərmanla məsləhətləşməlidir. O, Fərmanla görüşmüşdür. 20 baş iribuynulu cöngəni 980 manatla Fərmanla razılaşmışdır ki, pulu çatmadığından 9000 pulu onlara ödəyib, yerdə qalan 10600 manatı isə onu zamin qoyaraq sonra ödəyəcəyi barədə razılaşmışdırlar. Şamo adlı şəxslə 20 baş iribuynuzlu malı maşına mindirib aparmışdır. Cavabdeh öz imzası ilə ona alver etdiyi barədə və 10600 manat borclu olduğu barədə qəbz yazıb vermişdir. Lakin bir müddət keçdikdən sonra Səbuhiyə zəng etmiş, qalıq borclarını istəmişdir. Onlar bildirmişdir ki, onlarda malı kiməsə nisyə verib pulunu ala bilmirlər. O, dəfələrlə Səbuhi və Şamogilin evində olmuşdur, borcunun geri qaytarılmasını tələb etmişdir, o, kredit götürüb malı aldığı şəxsin borcunu bağlamışdır. Polisə müraciət etmişdir. Polis isə Səbuhini bu günə qədər axtarır. Bu hər iki şəxs dələduzluqla məşğul olur. Onun bu məsələyə görə şahidləri də var. Bu hər iki şəxsin barəsində Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılmışdır. Dəfələrlə pulu istəsə də heç bir faydası olmamışdır. O, polisə müraciət etdikdən sonra yazdığı qəbzi sübut kimi təqdim etmiş, ona bu məsələ mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında İddiaçı Kamran oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirirlmiş Əhmədov Fərman Mustafa oğlu izahatında göstərdi ki, mal bazarında alver edən zaman Cavabdeh gəlmiş, onunla 20 baş malı 980 manatdan danışmışdır. Səbuhi 9000 manatı verib, qalan 10600 manatı verəcəyi barədə qəbz yazmışdır. İddiaçı İddiaçı Kamran oğlu Cavabdeh qalan 10600 manat pulu qaytaracağına zamin durmuşdur. Cavabdeh onun pulunu ödəmədiyindən iddiaçı İddiaçı 10600 manatı ona ödəmişdir. İş üzrə iddiaçının izahatını, şahid ifadəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kamran oğlu xx xxxx 1965-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş 30 oktyabr 2020-ci il tarixli iltizamda yazılmışdır: “ Mən Cavabdeh verirəm, həmin iltizamı ondan ötəri ki, Qarayusifli kənd sakini İddiaçı zaminliyi ilə yaranmış olan 10600 (on min altı yüz) manat borcunu 27 noyabr 2020-ci il tarixdə verəcəyimə söz verirəm, əgər həmin borcu qeyd etdiyim vaxtda verməsəm qanunla müəyyən olunmuş məsuliyətə cəlb olunmağıma etiraz etmirəm, iltizamı verərkəm aşağıdakı şəxslər iştirak etdilər. Əhmədov Fərman Mustafa oğlu, İddiaçı, Şirinov Səbuhi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindəki Cavabdeh 10600 manat borclu olduğunu cavabdehin yazdığı iltizamla sübut etmiş, özgə əmlakını qanunsuz saxlamağa görə 1300 manat ziyan və hüquqi yardıma görə 100 manat ödəmiş olduğunu sübut edə bilməmiş, müvafiq dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh Çingiz oğlundan 10600 manat pul alınaraq iddiaçı İddiaçı Kamar oğluna verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabeh Cavabdeh Çingiz oğlundan 10600 manat pul alınaraq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2868/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2868/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver