Məhkəmə qərarları › İş №2(021)-2870/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2870/2024

02.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2870/2024 02.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçılar İddiaçı* və İddiaçı2 Cəlal qızının, cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı “Gediş-gəliş yolunun üzərində olan körpünün cavabdehlərin vəsaiti hesabına bərpasına və cavabdeh tərəfindən su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçılar İddiaçı* və İddiaçı2 Cəlal qızı məhkəməyə müraciət edərək, gediş-gəliş yolunun üzərində olan körpünün cavabdehlərin vəsaiti hesabına bərpasına və Cavabdeh* tərəfindən su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) *49.2.3-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb düzgün göstərilməmişdir. Belə ki, iddiaçılar İddiaçı* və İddiaçı2 Cəlal qızı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Belə ki, sözügedən körpünün kimə məxsusluğu, su arxı üzərində inşa edilmiş tikilinin qanunsuzluğunu müəyyən edən hallar iddia ərizəsində sübutlar siyahısı ilə əks etdirilməmişdir. *52.* və *52.*.*-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. *52.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçılar İddiaçı* və İddiaçı2 Cəlal qızının, cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı “Gediş-gəliş yolunun üzərində olan körpünün cavabdehlərin vəsaiti hesabına bərpasına və cavabdeh tərəfindən su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin *49-*52-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı* və İddiaçı2 Cəlal qızının, cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı “Gediş-gəliş yolunun üzərində olan körpünün cavabdehlərin vəsaiti hesabına bərpasına və cavabdeh tərəfindən su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi” tələbinə dair ərizə geri qaytarılsın. Qərardaddan *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar