Məhkəmə qərarları › İş №2(021)-2875/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2875/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2875/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" KB ASC) Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “Kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4825,83 manat əsas, 981,21 manat faiz, 34,87 manat cərimə borcu olmaqla, cəmi 5841,91 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 78,42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə göndərərək bankla cavabdeh arasında razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 mülki işin baxılmadan iddiaçıya qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyevanın ərizəsini müzakirə edib, hesab edir ki, "xxxx" KB ASCnin iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi qaytarıldığından iş üzrə ödənilmiş 78,42 (yetmiş səkkiz manat 42 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 sentyabr 2023-cü il tarixli 9/6353 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını tələb etdiyindən, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin 12 may 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə dövlət büdcəsinə ödədiyi 78,42 (yetmiş səkkiz manat 42 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Məhkəmənin hakimi: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar