Məhkəmə qərarları › İş №2(021)-2876/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2876/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2876/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “ziyan ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun istifadəsində olan Bərdə rayon Qarağacı kəndində yerləşən bərbərxanasına traktorla vurması nəticəsində vurmuş olduğu 2088 manat maddi ziyanın və 27 iyul 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixə qədər işlədiyi üçün qazana bilmədiyi 225 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə razılaşdıqlarına görə iddia ərizsinin baxılmamış saxlanılmasını və sənədlərinin qaytarılmasını xahiş etdi. Məhkəmə mülki işin materialları və ərizəni nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya qaytarılmalıdır. MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1,261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh qarşı “ziyan ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci ,263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Cavabdeh qarşı “ziyan ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar