Məhkəmə qərarları › İş №2(021)-2884/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2884/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2884/2024 02.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada borclu olduqları 1142.09 (bir min yüz qırx iki manat doqquz qəpik) manat pulun, 32 (otuz iki) manat dövlət rüsumuna görə ödənilmiş pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu Lək kəndində yaşayanlar X27, X18, Cavabdeh5, X17, X14, X11, Cavabdeh3, X24, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, İddiaçı, X19, X20, X7, Cavabdeh4 ilə qrup şəklində Yelo Bank ASC ilə xx.xx.2010-cu il tarixli RBB 12144621 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə hər birinə 600 AZN, cəmi 11400 AZN kredit götürmüşdürlər. Lakin borclular borc pul məbləğini ödəmədiklərindən bank onlardan borcun və cərimənin tutulması haqqında məhkəməyə iddia ərizəsi vermiş və 5075.18 manat əsas borc, 5680.04 manat faiz borcu, 537.76 manat dəbbə borcu olmaqla, cəmi 11292.98 manat borc və 10 manat ödənilmiş dövlət rüsum pulunu tələb etmişdir. Bərdə Rayon Məhkəməsi iddia ərizəsini təmin etmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli , 2(021)- 1677/2013 nömrəli qətnaməsi ilə borclular- X15, X8, Cavabdeh5, X5, X4, X2, Cavabdeh3, X12, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, İddiaçı, X9, X10, X3, Cavabdeh4, X21, X6, X13 və subsidar zamin X16 müştərək qaydada 5071.18 manat əsas kredit borcu, 5680.04 manat faz borcu, 537.76 manat dəbbə pulu olmaqla, cəmi 11292.98 manat borc və ödənilmiş 10 manat dövlət rüsumu alınaraq Yelo Bank ASC hesabına köçürülməsi qət edilmişdir. Borclular borc pul məbləğini ödəməkdən yayındıqları üçün borc pul onun əmək kartına yönəldilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, borcu olmaya-olmaya borc pul tələbi onun əmək haqqında yönəldilmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı teleqram ünvanlayaraq məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bərdə rayonu Lək kəndində anadan olmuşdur. Bərdə rayonu Lək kəndində yaşayır. Sorğu məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Sorğu məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Sorğu məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Sorğu məlumatlarından görünür ki, Cavabdeh5 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Sorğu məlumatlarından görünür ki, Cavabdeh6 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Sorğu məlumatlarından görünür ki, xx.xx.2013-cü il tarixli Bərdə Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, iddia təmin edilərək cavabdehlər X15, X8, Cavabdeh5, X5, X4, X2, Cavabdeh3, X12, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, İddiaçı, X9, X10, X1, Cavabdeh4, X21, X6, X13 və subsidiar zamin X16 müştərək qaydada 5075.18 manat əsas kredit borcu, 5680.04 manat faiz borcu, 537.76 manat dəbbə pulu olmaqla, cəmi 11292.98 manat borc pul və ödənilmiş 10 manat dövlət rüsumu tutularaq Nikoyl İKB ASC-nin hesabına keçirilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı Yelobank ASC tərəfindən ünvanlanmış məktubdan görünür ki, icra tədbiri nəticəsində əmək haqqından 183.85 AZN Cavabdeh1, 444.67 AZN Cavabdeh2, 75 AZN Cavabdeh3, 163.02 AZN Cavabdeh4, 75 AZN Cavabdeh5, 200.55 AZN məbləğində vəsait Cavabdeh6 xx.xx.2010-cu il tarixli RBB (M) 12144621 saylı kredit müqaviləsi üzrə Banka olan borc məbləğində silinmişdir. xx.xx.2024-cü il tarixli Bərdə rayon İcra və Probasiya şöbəsinin məlumat məktubundan görünür ki, borcun ödənilməsi üçün xx.xx.2023-cü tarixdə İddiaçı əmək haqqında yönəlmə olmuşdur. Ödəniş kartı üzrə çıxarışlardan görünür ki, İddiaçı kartından 1800.70 manat, 2736.36 manat,1549.72 manat və 1350.83 manat pul məxaric edilmişdir. xx.xx.2024-cü il tarixli 600 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Lək kəndində yaşayır. xx.xx.2024,xx.xx.2024,xx.xx.2023,xx.xx.2023, tarixli inkasso sərəncamından görünür ki, İddiaçı hər dəfə 75 manat məbləğində ödənişlər etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, iş materiallarında olan icra tədbiri nəticəsində iddiaçının əmək haqqından tutulmuş olan 183.85 AZN Cavabdeh1, 444.67 AZN Cavabdeh2, 75 AZN Cavabdeh3, 163.02 AZN Cavabdeh4, 75 AZN Cavabdeh5, 200.55 AZN məbləğində vəsait Cavabdeh6 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 32 (otuz iki) manat dövlət rüsumuna ödənilmiş pul müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. 183.85 AZN Cavabdeh1, 444.67 AZN Cavabdeh2, 75 AZN Cavabdeh3, 163.02 AZN Cavabdeh4, 75 AZN Cavabdeh5, 200.55 AZN məbləğində pul Cavabdeh6 tutularaq İddiaçı xeyrinə ödənilsin.

3. 32 (otuz iki) manat dövlət rüsumuna ödənilmiş pul müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq İddiaçı xeyrinə ödənilsin.

4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar