Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-289/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul, verilmiş borcun qaytarılması. Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 (üç min yeddi yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, yaxın münasibətləri olmuşdur. O, onu etibarlı bir insan kimi tanıyıb inanmışdır. Bir gün cavabdeh onların evlərinə gəlmişdir. Həmin an evdə qardaşı oğlu Rəşad və qohumu Elburus da orda olub. Cavabdeh pula ehtiyacı olduğunu, ticarətini genişləndirmək istədiyini və 15 günə pulunu qaytaracağını bildirmişdir. Ona inanaraq pulu vermiş və buna dair öz imzası ilə qəbz də yazmışdır. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia həcminin azaldılması barədə ərizə verərək, bildirmişdir ki, cavabdeh ondan 2300 manat borc pul almışdır. İddia tələbində texniki səhvlik olaraq 3700 manat borc qeyd edilmişdir. Odur ki, Cavabdeh 2300 (iki min üç yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 (bir min dörd yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, yaxın münasibətlər olmuşdur. O, onu etibarlı bir insan kimi tanıyıb inanmışdır. Cavabdeh ona zəng edərək pula ehtiyacı oluğunu bildirmişdir. O da ona inandığından qohumu Yeganə adlı şəxsdən 1400 manat pul alıb vermişdir. Cavabdeh öz imzası ilə qəbz də yazmışdır. Lakin cavabdeh aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)433/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair 2(021)289/2025 saylı mülki iş və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair 2(021)433/2025 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-289/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Cavabdeh məhkəməyə ərizə verərək Bərdə Rayon Məhkəməsinin 2(021)-289/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-289/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair Bərdə Rayon Məhkəməsinin 2(021)-289/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh düzgün danışmır. Cavabdeh Elbrusudan 1400 manat, ondan isə 2300 manat pul almışdır. Cavabdeh 2300 manatlıq qəbz yazdıqdan sonra ona hissə-hissə 800 mant ödəməyib. xx.xx.2025-ci il tarixdə 392 manat pul ödəyib. Hazırda cavabdehin ona 1908 manat bocu qalıb. Həmin borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan 1400 manat pul alıb. Ondan pulunu tələb etsə də borcunu qaytarmır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələblərini qəbul etmir. 1400 manatı İddiaçı1 almış, lakin qəbzi İddiaçı2 adına yazmışdır. O, ödənişləri edə bilməmişdir. Ona görə İddiaçı1 müraciət etmişdir. Elbrus, Yeganə və o, 1400 manat əvəzinə 2300 manat ödənilməsi barədə razılaşmışdırlar. Razılaşmaya əsasən 1400 manat pulu onlardan faizə götürmüş və 1400 manat əvəzinə faizlə birikdə 2300 manat ödəməli idi. Buna görə də Yeganənin adına 2300 manatlıq qəbz yazıb vemişdir. Yeganəyə 2300 manatlıq qəbz yazandan sonra müxtəlif vaxtlarda 800 manat pul ödəmişdir. 1400 manat puldan 800 manat pulu qaytarmış, 600 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixdə isə 392 manat pul ödmişdir. Həmçinin bildirdi ki, Yeganəyə çatası 815 manat pulu oğlu Rəşadın adın olan kart hesabına ödəmişdir. O, ümumilikdə 1100 manat borcu olduğunu etiraf edir. Faiz olmasaydı təxminən 200 manat borcu qalmışdır. İddiaçılar Yeganə və Elbrusun adına yazılan qəbzlərin hər ikisindəki olan yazılar onun tərfindən yazılmışdır. İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Seriya AA198400 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 məcburi köçkün statusu verilmişdir. Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı1 xx.xx.2024-cüil tarixində borc olaraq 2300 manat aldığını, aprel ayından başlayaraq hər ay 400 AZN məbləğində 6 ay ərzində qaytaracağını qeyd etmişdir. Qəbzdən görünür ki, Cavabdeh İddiaçı2 xx.xx.2023-cü il tarixində 1400 manat aldığını və 15 sentyabr tarixinə kimi qaytaracağını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Mülki Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh iddaçı İddiaçı1 2300 manat və İddiaçı2 isə 1400 mabat borc almış, borc almasına dair qəbzlər yazmışdır. Lakin cavabdeh aldığı borcdan İddiaçı1 392 manat qaytarmış, 1908 manat borcu qalmışdır. İddiaçı2 isə 1400 manat borc alaraq geri qaytarmamışdır. Cavabdeh də yuxarıda göstərilən məbləğlərdə pulların alınmasına dair qəbzlərin özü tərəfindən yazılmasını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh 1400 manat borcunun əvəzinə yenidən 2300 manat borcu olmasına dair qəbz yazdığını və borcundan hissə-hissə 800 manat ödədiyini bildirsə də bunları sübut edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 cavabdeh tərəfindən 2300 manat borcundan 392 manat ödədiyini, hazırda 1908 manat borcu qaldığını bildirmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış qəbzlər nəzərə alınmaqla Cavabdeh 1908 manat pul alınaraq İddiaçı1, 1400 manat isə İddiaçı2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, idida tələbi İddiaçı2 münasibətdə təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh tərəfindən iş üzrə ödənilmiş 35 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi İddiaçı1 münasibətdə də təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 39 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1908 (min doqquz yüz səkkiz) manat alınaraq İddiaçı1 verilsin. İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat alınaraq İddiaçı2 verilsin. İddiaçı2 tərəfindən iş üzrə ödənilmiş 35.00 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı2 ödənilsin. İş üzrə ödənilməmiş 39.00 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fərman Abdullayev