Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2898/2023 14.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 6000 (altı min) manat və Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən ilə görə borcun 5%-i olmaqla 13 ay ərzində 325 manat pulu, ümumilikdə 6325 (altı min üç yüz iyirmi beş) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı dostu Rəşad ona zəng vuraraq maşınının satılması ilə maraqlanmışdır. Ona bildirmişdir ki, özünə məxsus olan avtomaşını satmışdır. Rəşad ona bildirmişdir ki, Sənan adlı yaxın dostunu işdən çıxarmışlar, işlərini həll etmək üçün ona 6000 manat pul lazımdır. Sənanın FORT- TRANZİT markalı **-TM-*** nömrəli avtomaşınının olduğunu, həmin avtomaşını onun həyətinə qoyacaqlarını bildirmişdir. Onun əvəzinə Sənana 6000 manat borc pul verməsini, 15 günə pulunu qaytaracağını demişdir. Rəşad ona demişdir ki, Sənan ona 6000 manatdan əlavə 500 manat da pul verəcək. Rəşadla razılaşıb Sənana 6000 manat pulu yaşadığı ünvanda vermişdir. Sənan FORD-TRANZİT markalı avtomaşını onun həyətində saxlamış və bildirmişdir ki, 15 günə gəlib 6500 manat pulunu verib maşınını aparacaq. 15 gündən sonra Sənana zəng etmiş, Sənan 2 gündən sonra gələcəyini bildirmişdir. Sənana 3-4 gündən sonra dəfələrlə zəng etməsinə baxmayaraq telefonunu açmamışdır. Bir aydan sonra Rəşad və o, Sənanın atasının evinə getmiş, atası ilə görüşüb əhvalatı ona danışmışlar. Atası ona bildirmişdir ki, Sənan gəlib pulunu verəcək maşınını götürəcək. Bir müddət sonra nə Sənan, nə də atası onun telefon zənglərinə cavab verməmişlər. Daha sonra Sənanın dayısı ona zəng etmişdir. Dayısı bildirmiş və söz vermişdir ki, bir aya pulu qaytarılacaq, icazə versin Sənan gəlib maşını götürsün, işləsin. Sənan gəlib maşını götürmüş və demişdir ki, dayısı söz verib, pulunu çatdıracaq. Ancaq bu günə qədər pulu qaytarılmamışdır. Pulunun qaytarılmadığını başa düşərək xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Hesab edir ki, Cavabdeh1 borc verdiyi 6000 manat pul tutularaq ona qaytarılmalıdır. Habelə həmin borc 2022-ci ilin may ayında yarandığına və bu günədək ödənilmədiyinə görə cavaqdeh (borclu) Azərbaycan Respublikasının MM-nin 445-7-ci maddəsinə əsasən hər gecikən ilə görə 5 % pul ödəməlidir. Yəni, hazırkı vaxtadək 13 ay ərzində Cavabdeh1 6000 manat 5,41% (5 : 12 x 13=5,41) 325 manat məbləğində pulu ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Verilən suallara cavabında göstərdi ki, Cavabdeh1 pulu ondan 2022-ci ilin may ayında almış, 15 günə kimi qaytaracağına söz versə də qaytarmamışdır. Pulu öz evinin həyətndə şəxsən Sənanın özünə vermiş, həmin vaxt X1 orada olmuş, pulun verilməsini ailə üzvləri də bilmiş, başqa hər hansı şəxs orada olmamış, o cümlədən Cavabdeh2 həmin yerdə olmamış və pulun Sənana verilməsini görməmişdir. Cavabdeh2 pul verməmişdir. Aralarında olan razılığa əsasən pulu ona Sənan qaytarmalı idi. Lakin Sənan pulun qaytarılmasını gecikdirdikdə, bu barədə Rəşadla telefonla danışan zaman Rəşad ona əgər Sənan pulu qaytarmasa özünün qaytaracağını bildirmişdir. Ona görə də hesab edir ki, onun pulunu Sənan və Rəşad müştərək qaydada ona qaytarmalıdırlar. Cavabdeh1 əvvəllər də bir dəfə ondan 2000 manat məbləğində borc pul almış, lakin həmin borcunu vaxtında qaytarmışdır. Sənanı Rəşadın vasitəsi ilə tanımışdır. İddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, köhnə avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olur. İddiaçı xeyli vaxtdır tanıyır. Cavabdeh1 onların ümumi tanışlarıdır. Cavabdeh1 özünə məxsus “Ford Tranzit" markalı kiçik yük avtomobili ilə “Ciko” semıçkalarının alqı-satqısı ilə məşğul olmuş, eyni zamanda hər həftə onun lazımi yüklərini də daşımışdır. Bunun müqabilində Cavabdeh1 hər həftə 120 manat pul vermişdir. Sənan işində problemlər olduğunu və ona 10-15 günlük pul lazım olduğunu, alver edərək həmin pulu qaytaracağını bildirmişdir. Cavabdeh1 həmişə alver edərək dövriyyədə xeyli pulunun olduğunu bildiyindən ona inanmış və İddiaçı zəng edərək xahiş etmişdir ki, ümumi tanışları olan Cavabdeh1 10-15 günlük 6000 manat pul versin, Sənan pulu qaytararkən 6000 manat deyil, 6500 manat qaytaracaq, pulu qaytarana kimi Cavabdeh1 özünə məxsus "Ford Tranzit” markalı kiçik yük avtomobilini onun qapısında saxlayacaq. İddiaçı razılaşaraq Sənana onun xahişi ilə 6000 manat pul verəcəyini bildirmişdir. Sonradan pulun verilib-verilməməsindən xəbəri olmamışdır. Bir müddətdən sonra iddiaçı ona zəng edərək 6000 manat pulu Cavabdeh1 verdiyini, lakin bu günə kimi qaytarmadığını bildirmişdir. Dəfələrlə Sənana zəng edərək iddiaçıdan borc aldığı 6000 manat pulu qaytarmasını xahiş etmişdir. Sənan hər dəfə onu aldadaraq borcunu qaytaracağını bildirmiş, daha sonra isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bu barədə Cavabdeh1 atasına, qaynına, qaynanasına bildirmiş, yaşadığı ünvana gedərək onu gözləmişdir. Hər dəfə Sənanın qaynanası onun həyət qapılarının ağzından çıxıb getməsini, orada durmamasını demişdir. İddianı özünə aid hissədə qəbul etmir və özünü iddiaçıya borclu hesab etmir. Çünki o, Sənana borc verilməsini xahiş etsə də, pulu şəxsən almamış, ümumiyyətlə pulun Sənana verilməsində iştirak etməmiş və bunu şəxsən görməmişdir. O cümlədən, sonralar bu barədə Cəmil ilə telefonla danışan zaman əgər Sənan pulu qaytarmasa özünün qaytaracağını Cəmilə deməmişdir. Cavabdeh1 əvvəllər də iddiaçıdan borca pul almış, lakin həmin borcunu vaxtında qaytarmışdır. Yəni, İddiaçı və Cavabdeh1 bir-birlərini əvvəldən tanımışlar. Ona görə də iddia tələbinin özünə aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyindən işin baxılmasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsi, yəni xəstəliyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq və tədqiq edərək yoxlayıb, iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, İddiaçı qohumudur. İddiaçının evində qonaq olarkən, onlara sonradan adını bildiyi Sənan adlı şəxs gəlmiş və İddiaçı 6000 manat pul borc alacağını bildirmişdir. Həmin şəxs “Ford Tranzit” markalı kiçik yük avtomobili ilə gəlmişdir. İddiaçı yaşadığı evin həyətində, onun yanında, Sənan adlı şəxsə 6000 manat pul sayıb vermişdir. İddiaçı Sənan adlı şəxsə pul verərkən orada digər şəxs olmamış, o cümlədən, Rəşad adlı şəxs də orada olmamışdır. İddiaçı 6000 manat pulu Sənana vermiş, sonuncu isə “Ford Tranzit” markalı kiçik yük avtomobilini girov kimi iddiaçının həyətinə qoymuş və bildirmişdir ki, 10-15 günə borc aldığı 6000 manat pulu qaytaracaq və borcunu qaytaranda gəlib “Ford Tranzit” markalı yük avtomobilini aparacaq. Sonradan bilmişdir ki, Sənan borcunu qaytarmayıb. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, Yevlax şəhəri C.Cabbarlı küçəsi 91-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1982-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. 20 iyun 2023-cü il tarixli ********** nömrəli və 24 iyun 2023-cü il tarixli ********** nömrəli qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 84 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh1 2022-ci ildə iddiaçıdan 15 gün müddətində qaytarmaq şərti ilə 6000 manat məbləğində borc pul almış, lakin borcunu qaytarmamışdır. İddiaçı iddia ərizəsində Cavabdeh2 da cavabdeh qismində göstərsə də, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh2 iddiaçıdan Cavabdeh1 borc verməsini xahiş etsə də, həmin borcun qaytarılması ilə bağlı iddiaçının qarşısında üzərinə heç bir öhdəlik götürməmiş, iddiaçı 6000 manat məbləğində pulu Cavabdeh1 vermişdir. İddiaçı məhkəmə iclasında Cavabdeh2 borcla bağlı üzərinə hər hansı öhdəlik götürməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilmədi. Həm iddiaçının, həm Cavabdeh2, həm də şahid Mehdi Səlimovun izahatlarından da görünür ki, iddiaçı 6000 manat məbləğində pulu yaşadığı evdə Cavabdeh1 vermiş, sonuncu aldğı pulu 10-15 gün müddətində qaytaracağına söz vermişdir. Ona görə də məhkəmənin qənaətinə görə, iddianın Cavabdeh2 aid hissədə təmin olunması üçün əsas yoxdur. İşin gerçək hallarından görünür ki, Cavabdeh1 iddiaçıdan 15 gün müddətində qaytarmaq şərti ilə 6000 manat məbləğində borc pul almış, lakin hazırkı vaxtadək borcunu qaytarmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə, Cavabdeh1 6000 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. İddiaçının Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən ilə görə borcun 5%-i olmaqla 13 ay ərzində 325 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələbinin əsaslı olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı Cavabdeh1 6000 manat pulu borc verərkən tərəflər arasında qeyd olunan tələblə bağlı heç bir razılaşma olmamış, Cavabdeh1 üzərinə belə bir öhdəlik götürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən ilə görə borcun 5%-i olmaqla 13 ay ərzində 325 manat məbləğində pul tələbinə dair hissədə də təmin edilməməlidir. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 84 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 6000 (altı min) manat məbləğində pul və 80 (səksən) manat dövlət rüsumu, cəmi 6080 (altı min səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2898/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2898/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver