Məhkəmə qərarları › İş №2(021)-2911/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2911/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2911/2021 10.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı X12 oğlunun , Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı X2 Cavabdeh oğluna qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək anası Quluyeva Xalidənin ölümünə səbəbkar Cavabdeh hərəkətləri, onun havadarlarının müdafiə etmələri araşdırılaraq onun digər cinayət əməlləri barədə Daxil İşlər Nazirliyinə sorğular verilib düzgün qiymətləndirilərək onu insan həyatına son qoyduğu üçün ən ağır cəzaya məhkum olunaraq bu müddətdə ona vurduğu zərərin ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X12 oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, anası 1658-ci il təvəllüdlü X3 04.02.2021-ci il tarixdə qəflətən halı pisləşdiyinə görə onu Bərdə rayon Diaqnostika Mərkəzinə aparmış onu orada “qanaxma ilə ağırlaşmış babasil” diqanozu qoyularaq Diaqnostikada cərrah Cavabdeh tərəfindən əməliyyat olunmuşdur. Anası əməliyyatdan çıxdıqda cüzi ağrıları olsa da 10.02.2021-ci il tarixdə evə buraxılmışdır. O, anasını evə gətirdikdən sonra günü-gündən halı pisləşdiyinə görə təkrar onu xəstəxanaya geri gətimişdir ki, yenidən müayinə olunsun ağrılarının səbələri bilinsin. Bütün analizlərdən keçniş və bildirmişlər ki, heç bir xəstəliyi yoxdur, əməliyyatı da tam yaxşıdır normal haldır keçib gedəcək. Halı pisləşdikdə onu müayinə etmişlər və onda məlum olmuşdur ki, bağırsaq beş yerindən deşilmiş və çirk qarın boşluğuna dolmuş, bütün orqanları zəhərləyib sıradan çıxarmışdır və iltihabdan çirklənmə qana keçib zəhərlənmə vermişdir. O, həmin vaxt anasının vəziyyətinə görə Diaqnostikanın baş həkimi Vüsal Məmmədova müraciət etmiş, lakin heç bir köməklik etməmiş, hətta gülməli cavab verərək bildirmişdir ki, “hamının səhvi olur neyləyim” . O, onlardan anasının ağır vəziyyətinə göndəriş istəmiş, təcili yardım maşını istəmiş lakin verməmişlər. 20.02.2021-ci iltarixdə özü anasını Gəncə Beynəlxalq Xəstəxanasına aparmışdır. Ona orada bildirmişlər ki, gecikdiyi üçün yaşamasına ümid az qalmışdır. Anasını təcili əməliyyat etmişlər, lakin bütün səylərə baxmayaraq anası 13.03.2021-ci il tarixdə vəfat etmişdir. Bu müddət ərzində həm sarsıntı keçirmiş, mənəvi maddi ziyan almışdır. Həyətdə olan toyuq cücəni satmış, xeyli borc götütmüşdür. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək 50 000 manat pul təzminatı istəmişdir. Məhkəmə iclasında iddiaçı X12 oğlu iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək, ona vurulmuş mənəvi zərərin ödəniməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə Bərdə rayon Qaradırnaq kəndində anadan olmuşdur. Bərdə rayonu Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə şəhər İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 352 saylı 10.08.2021-ci il tarixli Arayışdan görünür ki, X7 Bərdə rayon Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZ-İİ № 152405 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12.03.2021-ci il tarixdə “dəqiqləşdirilməmiş sepsin” səbəbindən vəfat etmişdir. Mülki işə əlavə olunmuş Epikrizdən görünür ki, Xalidə Quliyeva “ümumi halsızlıq, zəiflik, huşun pozulması, qarın içi şiddətli ağrılar, sidik çıxışının azalması, ürəkbulanma, qusma, sarılıq, defokasiyanın olmamaıs, vaginadan pis qoxulu axıntının olması” şikayətləri ilə X5 müraciət etmiş, 20.02.2021-ci ildə əməliyyat olunmuş, 12.03.2021-ci ildə bioloji ölümü təsdiqlənmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Porkurorluğunun cinayət işinin başlanmasının rədd olunması haqqında 30.06.2021-ci il tarixli qərarından görünür ki, X7 anası X6 X11 Mərkəzində düzgün əməliyyat olunmaması və həkim Cavabdeh qanunsuz hərəkətləri bağlı ərizə ilə müraciət etmişdir, aparılmış araşdırma zamanı X6 ölümündə hər hansı həkim səhlənkarlığı olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Bərdə Rayon Porkurorluğunun həmin qərarından görünür ki, aparılmış araşdırma zamanı ekspertiza təyin olunmuş, Komisyon məhkəmə tibb ekpertizasından daxil olmuş 22.06.2021-ci il tarixli KEŞ 548 saylı rəydə qeyd olunmuşdur ki, X6 adına tərtib olunmuş tibbi sənədlərdən görünür ki, 04.02.2021-ci il tarixdə “qanaxma ilə ağırlaşmış daxili babasil İV dərəcə” diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin tarixdə onun üzərində “hemorroidektomiya” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün aparılmışdır. Tibbi sənədlərə əsaslanaraq xəstənin təkrar olaraq 20.02.2021-i ildə Gəncə Beynəlxalq xəstəxanasında təkrar cərrahi əməliyyat olunmasına səbəb xroniki xəstəliklərin kəskinləşməsi olmuş və bunu aparılmış ilkin əməliyyatla səbəli əlaqəsi olmamışdır. Xəstəyə aparılmış müayinə və müalicələr Səhiyyə sistemində müvafiq təlimatlara uyğun olmuşdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə komisyon məhkəmə tibb ekpertizasının 22.06.2021-ci il tarixli KEŞ 548 saylı rəyini əsas götürərək hesab edir ki,iddia təmin oluna bilməz. Belə ki, Komisyon məhkəmə tibb ekpertizasından daxil olmuş 22.06.2021-ci il tarixli KEŞ 548 saylı rəydə qeyd olunmuşdur ki, X6 adına tərtib olunmuş tibbi sənədlərdən görünür ki, 04.02.2021-ci il tarixdə “qanaxma ilə ağırlaşmış daxili babasil İV dərəcə” diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin tarixdə onun üzərində “hemorroidektomiya” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün aparılmışdır. Tibbi sənədlərə əsaslanaraq xəstənin təkrar olaraq 20.02.2021-i ildə Gəncə Beynəlxalq xəstəxanasında təkrar cərrahi əməliyyat olunmasına səbəb xroniki xəstəliklərin kəskinləşməsi olmuş və bunu aparılmış ilkin əməliyyatla səbəli əlaqəsi olmamışdır. Xəstəyə aparılmış müayinə və müalicələr Səhiyyə sistemində müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin Cavabdeh oğlunun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə artıq qanuni qüvvəyə minmiş Bərdə Rayon Prokurorluğunun qərarı vardır. Belə ki, X7 anası X6 X11 Mərkəzində düzgün əməliyyat olunmaması və həkim Cavabdeh qanunsuz hərəkətləri bağlı ərizə ilə müraciət etmiş, aparılmış araşdırma zamanı X6 ölümündə hər hansı həkim səhlənkarlığı olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh oğluna qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar