Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2913/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı Fəzi oğlunun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Fəzi oğlunun cavabdeh Məmmədzadə Qədir Faiq oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 12 000 (on iki min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı Fəzi oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır, həmin kənddə ona məxsus ərzaq mağazası vardır. Cavabdeh Məmmədzadə Qədir Faiz oğlu həmkəndlisidir. 2019-cu ilin dekabr ayında Cavabdeh həmin mağazaya satıcı kimi işə götürmüşdür. Cavabdeh hər ay mağazada işlədiyinə görə 250 manat əmək haqqı almışdır. 2020-ci ilin mart ayında Qədirlə birlikdə həmin mağazada haqq-hesab aparan zaman 8240 manat əskik gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, mağazada əskik gəlmiş pulu cavabdeh yeni doğulmuş övladının xəstəliyi ilə əlaqədar xərcləmişdir. O, Qədirə bildirmişdir ki, borcun yaranması barədə valdeynlərinə məlumat verəcəkdir. Həmin vaxt Qədir ona bildirmişdir ki, Türkiyə Respubliksında yaşayan qohumu (xalası) ona 4000 manat göndərəcək, həmin pulla borcun bir hissəsini ödyəcəkdir. Lakin pandemiya ilə əlaqədar xalası tərəfindən Qədirə pul göndərilməmişdir. Bundan sonra Qədirlə razılığa gəlmişdirlər ki, tanıdıqları şəxslərin adına kredit götürüləcək, həmin kredit borcu Qədir tərəfindən ödəniləcəkdir. 2020-ci ilin iyul ayında təkrarən Qədirlə birlikdə mağazada haqq hesab aparmışlar. Yenidən Qədirin müəyyən məbləğdə borcu yarandığından onu işdən çıxartmışdır. Həmin ərəfədə o, Qədirin yaşadığı ünvana gedib qardaşı Şamxalla görüşmüş və bildirmişdir ki, Qədirin 18000 manat borcu yaranmışdır. Həmin puldan 6000 manatını bağışlayır, qalan 12000 manat borcun 7000 manatı kreditlə ödəniləcəkdir, Şamxal ona bildirmişdir ki, həmin krediti hər ay öz maaşı hesabına ödəyəcəkdir. Lakin keçən müddət ərzində cavabdeh borclu olduğu pulu ödəməmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Məmmədova Sənubər Fəzi qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etdiyini bildirərək, göstərdi ki, həqiqətən iddiaçı Kərimov Vasif Fəzi oğlunun ərzaq mağazasında işləmiş, işlədiyi dövrdə pulu xərcləmiş və iddiaçıya 18.000 manat borcu yaranmışdır. İddiaçı həmin pulun 6000 manatını bağışlasa da qalan pulu yenə də ödəməmişdir. İmka tapan kimi tez bir zamanda borcu ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Fəzi oğlu 20 may 1974-cü ildə doğulmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE 09626481 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 26 yanvar 1962-ci ildə Bərdə rayonunda doğulmuş, Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 26, ev 181-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdaır. Mülki işə əlavə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı ilə Məmmədzadə Qədir Faiq oğlu ilə aralarında olan mülkui xarakterli mübahisə ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun izah olunması qəraralınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Fəzi oğlunun cavabdeh Məmmədzadə Qədir Faiq oğluna qarşı 12 000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, Cavabdeh Faiq oğlu iddiaçı İddiaçı borcunun olmasını məhkəmə iclasında etiraf etmişdir. Azırbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh Faiq oğlundan iddiaçı İddiaçı xeyrinə 12.000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduğu təqdirdə ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 12 000 (on iki min) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2913/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2913/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver