Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-295/2021 01.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Dəmir Yolları QSC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Dəmir Yolları QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh oğlundan maddi ziyana görə 1974.70 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.06.2020-ci il tarix saat 20:35 radələrində dəmir yolunun Mingəçevir baş-Mingəçevir şəhər mənzilinin 2 km pk9-da Cavabdeh oğlu sərxoş vəziyyətdə idarə etdiyi “KİA Stinger” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozaraq qatarın olmadığı vaxt dəmir yolu keçidinə çırpılmışdır. Yevlax XPŞ-nin İstintaq və Təhqiqat Bölməsinin 29 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti Cavabdehun inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Yevlax rayon PŞ-nə göndərilmiş, həmin şöbənin MN № ******* saylı 15.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətəanı törətdiyinə görə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Vurulmuş maddi ziyanla bağlı Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin və Yevlax XPŞ-nin müstəntiqi tərəfindən 18.06.2020-ci il tarixdə akt tərtib edilmiş, dəmir yolu keçidin sol tərəfdə yerləşən 2 ədəd qoruyucu məhəccəri (çəpəri) 1 ədəd svetofor işarəverici qurğusunu, 1 ədəd “birxətli dəmiryol keçidi ” nişanı , 1 ədəd “dayanmadan keçmək qadağandır” yol nişanın yararsız vəziyyətə düşməsi müəyyən olunmuşdur . Ümumilikdə ədmir yolu təsərrüfatına 1974.70 manat maddi ziyan dəymişdir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi X2 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş AP № ******* saylı 15 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Cavabdeh Yevlax-Mingəçevir –Bəhramtəpə yolunun Salahlı kənd ərazisinə düşən hissəsində dəmiryol keçidində mühəccərlərə dəyərək sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətmişdir. Mülki işə əlavə edilmiş MN № ******* saylı 15.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh Yevlax-Mingəçevir –Bəhramtəpə yolunun Salahlı kənd ərazisinə düşən hissəsində dəmiryol keçidində mühəccərlərə dəyərək sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsini törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.3 və 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Mülki işə əlavə edilmiş Yevlax XPŞ-nin İstintaq və Təhqiqat Bölməsinin 29 iyun 2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində HK-1/2458 saylı material üzrə cinayət işinin başlanaması rədd olunmuşdur. Mülki işə əlavə edilmiş 18.06.2020-ci il tarixli aktdan göürünür ki, 18.06.2020-ci il tarixdə saat 20:30-da Mingəçevir baş-Mingəçevir şəhər mənzilinin 2 dövlət nm pk9-da yerləşən qorunmayan dəmiryolu keçidində qatarın olmadığı vaxt Mingəçevir şəhər tərəfdən sürətlə gələn ** BM *** dövlət nömrə nişanlı KİA markalı minik avtomobili yol nişanlarına xüsusilə “dayanmadan keçmək qadağandır” nişanına məhəl qoymadan keçidi keçmək istəmişdir. Nəticədə keçidin sol tərəfdə yerləşən 2 ədəd qoruyucu məhəccəri (çəpəri) 1 ədəd svetofor işarəverici qurğusunu, 1 ədəd “birxətli dəmiryol keçidi ” nişanı , 1 ədəd “dayanmadan keçmək qadağandır” yol nişanı dağıdaraq yararsız vəziyyətə salmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsinin arayışdan görünür ki, 18.06.2020-ci il tarixdə saat 20:30-da Mingəçevir baş-Mingəçevir şəhər mənzilinin 2 km pk9-da yerləşən qorunmayan dəmiryolu keçidində baş vermiş hadisə nəticəsində ** BM *** dövlət nömrə nişanlı KİA markalı minik avtomobilin keçidin yol təsərrüfatına aid qurğulara vurduğu maddi ziyan 606.90 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və Rabitə Sahəsinin 21 iyul 2020-ci il tarixli arayışdan görünür ki, 18.06.2020-ci il tarixdə saat 20:30-da Mingəçevir baş-Mingəçevir şəhər mənzilinin 2 dövlət nm pk9-da yerləşən qorunmayan dəmiryolu keçidində baş vermiş hadisə nəticəsində ** BM *** dövlət nömrə nişanlı KİA markalı minik avtomobili hərəkətdə olarkən keçidin svetoforlarına çırpılması nəticəsində svetofor işarəvermə qurğusunu sıradan çıxarmışdır. Nəticədə Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və Rabitə Sahəsinə 1367.80 manat dəyərində maddi ziyan dəymişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışından görünür ki, Cavabdeh 03.02.1983-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdən müəyyən edilir ki, 18.06.2020-ci il tarix saat 20:35 radələrində dəmir yolunun Mingəçevir baş-Mingəçevir şəhər mənzilinin 2 km pk9-da Cavabdeh oğlu sərxoş vəziyyətdə idarə etdiyi “KİA Stinger” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozaraq qatarın olmadığı vaxt dəmir yolu keçidinə çırpılması nəticəsində dəmir yolu təsərrüfatına 1974.70 manat maddi ziyan dəymişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində dəmir yol təsərrüfatına vurduğu ziyan tam sübut olunur. Həmçinin Cavabdeh oğlu bu əməlinə görə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda qanunvericilyin tələblərinə əsasən iddiaçı əmlakına zərər yetirilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu əsasla məhkəmə hesab edir ki, dəmir yol təsərrüfatına dəymiş zərərə görə 1974.70 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsümu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan 1974.70 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Dəmir Yolları QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-295/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-295/2021
01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver