Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2951/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4730 manat pulun və 66 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onunla həmkəndlidir. Cavabdeh1 keçən müddət ərzində ondan müxtəlif vaxtlarda borc pul almışdır. O cavabdehlərə borclu olduğu ümumilikdə 4730 manat pulun qaytarılmasını tələb etməyinə baxmayaraq borcunu ödəməkdən müxtəlif bəhanələr edərək yayınır. Ona görədə məcbur olub məhkməyə müraciət etməli olub. Cavabdehə Elbarisə borc pul verilməsinə digər cavabdehlər Cavabdeh3 və X7 zamin durmuşlar ki, cavabdeh Elbaris pulu qaytarmasa onlar pulu ödəyəcəklər. Ondan mebel alanda nəğd şəkildə aldığı 3000 manat, 2 baş quzu hər birinin dəyəri 200 manat cəmi 400 manat, mal əti alanda 300 manat, 40 ədəd yonca presi hər birinin qiyməti 5 manat olmaqla 200 manat, sement hər birinin dəyəri 8 manat olmaqla 80 manat, 10 kisə kəpək hər birinin qiyməti 7 manat olmaqla 70 manat, 100 kilo arpa bir kilosu 0,70 qəpik olmaqla 70 manat, 50 ədəd kubik hər birinin qiyməti 0,70 manat cəmi 35 manat, ayaq qabı biri cütü 50 manat, evinə gələn qaz kəsiləndə 50 manat, avroma 100 ədəd 50 manat, Məhəbbəti imtahana aparanda 40 manat, Mərhəməti komisarlığa aparanda 60 manat, Mərhəmət opuskaya gələndə 40 manat, Mehtili kəndinə gedəndə 15 manat, Bərdəyə dəmir almağa gedəndə 40 manat, Bərdəyə yenə gedəndə 60 manat, arvadı Məhpubə 100 manat, mebel ustasına 70 manat olmaqla cəmi 4730 manat. Daha sonra İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, borc pulu yalnız cavabdeh kimi Cavabdeh1 tələb etdiyini, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdehə borc pul verdiyinə şahid olduqlarını, buna görə də onların şahid kimi dindirilməsini, Cavabdeh1 1730 manat əmlaka görə hesablanmış borcun və və 3000 manat mebel alması üçün aldığı pulu isə ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ondan aldığı malın dəyərini və 3000 manat mebele alıb verdiyi pulu ödəməmişdir. Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh2 izahatında göstərdi ki, iddiaçı Cavabdeh1 3000 manat borc pul və mal almaq üçün xırda-xırda pullar almışdır. 3000 manatın verilməsində iştirak etmiş, lakin xırda xərclər üçün alınan pulları eşitmişdir. Aldığı borcu qaytarmamışdır. Ailə daxili problemləri olduğu üçün pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh3 izahatında göstərdi ki, tərəflərin hər ikisini tanıyır. Cavabdeh1 İddiaçı 3000 manat borc pul almışdır. Lakin xırda xərclərlə bağlı pul alındığını görməmişdir. Amma eşitmişdir. İlqarın oğlu ilə Elbarisin qızı boşanandan sonra münasibət pisləşmiş və nəticədə Elbaris pulu qaytarmaqdan imtina etmişdir. Bütün kənd bilir ki, Elbaris İlqardan 3000 manat pulu borc almışdır. İş üzrə iddiaçının izahatını, şahid ifadələrini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 xx xxxxxx 1962-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 01 iyun 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli, 2400 saylı məktubdan müəyyən olunur ki, X3 və Cavabdeh1 Bərdə rayonu, Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 nömrəli, 19 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə rayonu, Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 nömrəli, 19 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu, Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 nömrəli, 19 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 88 nömrəli, 04 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 Bərdə rayonu, Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 84 nömrəli, 04 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh3 Bərdə rayonu, Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 66.00 manat dövlət rüsumu ödəmişdir. İddia tələbinə dair məhkəmə aşağıdakı maddi və prosessual hüequq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 ona 3000 manat borclu olduğunu kifayət qədər sübut edə bilmiş, lakin digər xırda xərclərlə bağlı tutarlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə iddiasını əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 4730 manatın 3000 manatını məhkəmə araşdırması zamanı hər iki tərəfi tanıyan kənd sakinləri təsdiq etmişlər. Qalan 1730 manat isə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun 50 manatı Cavabdeh1 alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan 16 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat və 50.00 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 16 manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2951/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2951/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver