Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2953/2023 19.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Taıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi olaraq 1800 (bir min səkkiz yüz) manat məbləğində olan pulun və 38 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona və qeyrilərinə qarşı dələduzluq cinayətini törədərkən tanımış, əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. Cavabdeh, mülkiyyətində olan torpaq sahəsinin Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun inşası ilə əlaqədar həmin tikinti sahəsinə düşdüyünə "xxxx" ASC-dən ona verilməli olan kompensasiya pulunun alınmasına kömək edəcəyini yalandan vəd edərək aldadıb, cəmisi 1800 (bir min səkkiz yüz) manat məbləğində pulunu vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq cinayətini törətmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-3112022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2. və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. İbtidai istintaq müddətində və hazıradək dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh törətdiyi cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanı ödəməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh iddia ərizəsi göndərilərək öz etiraz və mükahizəsini Bərdə Rayon Məhkəməsinə gönədərməsi barədə məlumat verilsə də, o, məhkəməyə öz etiraz və mülahizəsini göndərməmişdir. İşdə iştirak edən şəxsin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Şəmkir rayon Əliyaqublu kəndində anadan olmuşdur. Şəmkir rayon Əliyaqublu kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 1(076)31\2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən müəyyən olunur ki, Cavabdeh İddiaçı ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı təərfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmiş, Şəmkir Rayon Məhkəməsinin 1(076)31\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Şəmkir Rayon Məhkəməsinin 1(076)31\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınmaqla, Cavabdeh 1800 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 39 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2953/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2953/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver