Məhkəmə qərarları › İş №2(021)-2954/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2954/2023

19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2954/2023 19.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsində ona vurduğu 7000 (yeddi min) manat məbləğində maddi ziyanın əvəzi olan pulun və 90 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi ona və qeyrilərinə qarşı dələduzluq cinayətini törədərkən tanımış, əvvəllər aralarında ədavətləri və düşmənçiliyi olmamışdır. Cavabdeh ona məxsus olmuş, ünvan 1 ünvanda yerləşən evini Azərbaycan Respublikası Ali Məhkəməsində iddia qaldırmaqla qaytarılmasına köməklik edəcəyini yalandan vəd edərək aldadıb cəmisi 7.000 (yeddi min) manat məbləğində pulunu vahid niyətlə aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq cinayətini törtərmişdir ki, bu sbəbəbdən cavabdehin əməli Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)- 31/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində çəkir. İbtdai İstintaq müddətində və hazıradək dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh törətdiyi cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanı ödəməmişdir. Ona görə də cavabdehə qarşı ona vurduğu maddi ziyanın əvəzinin ödənlməsi tələbinə dair məlum iddianı qaldırmalı oldu. Beləliklə, şərh etdiyi xüsusatlara əsasən cavabdehin təqsirindən ona vurulmuş maddi zərərin ümumi məbləği 7.000 (yeddi min) manatdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb ərizə tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1959-cu ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur. Bərdə rayonu, Kələntərli Ərazi Dairəsi, Alaçadırlı kəndində yaşayır. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi dairəsi üztə Nümayənəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1323 nömrəli arayışdan görünür ki, X2 hal-hazıerda ünvan 2 ünvanda yaşayır və qeydiyyatdadır. Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanası tərəfindən Akif İsmayılova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-17/39/2-2577/2023 nömrəli sorğuya cavabdan örünür ki, məhkum Cavabdeh hökmlə təyin edilmiş cəzasını hal-hazlrda Prnitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 90 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(076)- 31/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikası CM-nin 178.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsində İddiaçı vurduğu 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurması sübut olunur. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 42 manat dövlət rüsumu cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair ərizəsi təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 90 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar