Məhkəmə qərarları › İş №2(021)-2966/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2966/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2966/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Cavabdeh Qənbər oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçlar İddiaçı1 Həsın oğlu və X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Qənbər oğlundan onlara məxsus olan kartdan çıxarılmış olan 520 manat pul və 30 manat dövlət rüsumuna görə ödədiyi pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçlar İddiaçı1 Həsın oğlu və Nəsirova Ofelya Cahangir qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onların nəvəsidir, onlara dövlət tərəfindən pensiya verilir, yaşlı, ahıl, xəstə insan olduqlarına görə pensiyanı özləri ala bilmirlər. Buna görə də nəvələri Cavabdeh pensiya kartlarını veriblər ki, pullarını alıb onlara versin. Davamlı olaraq nəvələri onların pulunu kartdan alıb vermişdir. Lakin 2021-ci ilin iyul ayında pensiyaları verilən zaman kartlarını nəvələri Cavabdeh veriblər ki, pullarını alıb onlara versin. Hər gün nəvələrindən pullarını tələb etdikdə, hələdə pulu kartda yoxdur deyərək, onları yubatmışdır. Uzun müddət keçdiyi üçün o, banka müraciət etmiş və bank işçiləri, kartdan pulun çıxarıldığını bildirmişlər. Kartları Cavabdeh olduğu üçün nəvələri kartda olan ikisinin birlikdə 520 manat pulunu özü götürərək çıxıb getmişdir. Onlar isə pulu nəvələrindən tələb etdikdə, verməkdən imtina edir və bildirir ki, “kartdana pulu o, çıxarmamışdır”. Halbu ki, kartları hər zaman nəvələrində olmuşdur. Bilirlər ki, pullarını nəvələri çəkmişdir. Hal-hazırda onlar pensiya kartlarını dəyişiblər. Dəfələrlə Cavabdeh cəmi 520 manat pullarını tələb etsələr də, lakin verməkdən imtina edir, Cavabdeh onlara qarşı dələduzluq etmişdir. Onlar bununla bağlı DİN-nin 102 xidmətinə və Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişlər, lakin heç bir nəticə əldə edilməmişdir. Odur ki, Cavabdeh Qənbər oğlundan 520 manat pulun onlara verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacları vardır. Məhkəmə iclasında İddiaçı1 Həsən oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı Nəsirova Ofelya Cahangir qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə iddiaçı Nəsirova Ofelya Cahangir qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Nəsirov Taryel Qənbər oğlu məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1933-cü ildə Bərdə rayonu, ərəblər kəndində doğulmuşdur, Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəsirov Ənvər Həsən oğlu XX.XX.1935-ci ildə Bərdə rayonu, ərəblər kəndində doğulmuşdur, Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 965 saylı, 23 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu Ərəblər kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, iddiaçılar iddia tələbində qeyd etdikləri halları sübut edə bilmədiklərindən iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı1 və X1 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar