Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-297/2021 17.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X14 katibliyi İddiaçı X11 İddiaçının nümayəndəsi X15. Cavabdeh X41 Cavabdehin nümayəndəsi və vəkili X12 iştirakları ilə İddiaçı X13 cavabdehlər X55, X35, Abşeron rayon 2 saylı notariat kontoru və üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak tələbi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X28 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 30265 (otuz min iki yüz altmış beş) manat dəyərində qızıl-zinət əşyalarının özünün və ya dəyərinin cavabdeh X29 alınıb ona qaytarılması, Abşeron rayon 2 saylı notariat kontorunda X55 ilə X35 arasında ünvan 7ində yerləşən fərdi yaşayış evinə dair 21.01.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 7ində yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evi və ünvan 1kı 29 saylı mənzilə onun 1/2 və cavabdehin 1/2 hissədə paylarının müəyyən edilməklə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X28 iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Ələbkər Əliyevlə 2009-cu ildə el adəti ilə toy edərək faktiki nikaha daxil olmuş, 09.03.2010-cu il tarixdə qızları Aytac və 11.04.2015-ci il tarixdə qızları Nuray anadan olmuşdur. 11.06.2011-ci il tarixdə cavabdehlə nikahlarını rəsmiləşdirmişlər. Nikahları Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, 13.03.2019-cu il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Onlar bir müddət mehriban yaşadıqdan sonra həyat yoldaşının ona qarşı münasibəti kəskin pisləşmiş, özünün və valideynlərinin ona qarşı münasibəti kəskin olmuş, eyni münasibət uşaqlara qarşı da göstərilmişdir. Toydan bir müddət sonra ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını əlindən alaraq özlərində saxlayacaqlarını bildirmişlər. O, dəfələrlə öz əmlakını tələb etmiş, sonradan isə ziyan etdiklərinə görə qızılları lombarda qoyduqlarını bildirib qaytarmamışlar. Cavabdehlə birgə nikahları dövründə Abşeron rayonu Məmmədli kəndində fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanlarında mənzillər almışlar. Fərdi yaşayış evi və mənzillər keçmiş həyat yoldaşının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Bundan əlavə, cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzil onların birgə mülkiyyətlərindədir. Həmçinin ona məxsus qızıl zinət əşyaları: - 1650 manat dəyərində, 15 qram çəkidə, 10 sot, 585 əyar italyan brilyant qaşlı qızıl sırğa; 1050 manat dəyərində 10 qram çəkidə, 7 sot, 585 əyar italyan brilyant qaşlı qızıl üzük; 1750 manat dəyərində, 25 qram çəkidə, 585 əyar italyan qızıl qolbaq; 11000 manat dəyərində, 40 qram çəkidə, 35 sot, 585 əyar italyan qızıl kolye dəsti; 1200 manat dəyərində, 10.3 qram çəkidə, 9 sot, 585 əyar italyan brilyant qaşlı qızıl nişan üzüyü; 350 manat dəyərində, 5 qram çəkidə, 585 əyar italyan qızıl üzük; 280 manat dəyərində, 3.7 qram çəkidə, 583 əyar rus qızıl üzük; 260 manat dəyərində 3.2 qram çəkidə, 583 əyar rus qızıl üzük; 295 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar italyan qızıl üzük; 275 manat dəyərində, 3.5 qram çəkidə, 583 əyar rus qızıl üzük; 180 manat dəyərində, 3 qram çəkidə, 583 əyar rus qızıl üzük; 200 manat dəyərində, 3.3 qram çəkidə, 583 əyar rus qızıl üzük; 285 manat dəyərində, 4.1 qram çəkidə, 585 əyar italyan qızıl üzük; 1650 manat dəyərində, 21 qram çəkidə, 583 əyar rus qızıl sep kulonla; 1020 manat dəyərində, 17 qram çəkidə, 583 əyar rus qızıl sep, 430 manat dəyərində, 5.9 qram çəkidə, 585 əyar italyan qızıl sep; 400 manat dəyərində, 5 qram çəkidə, 585 əyar italyan qızıl sep; 560 manat dəyərində, 7.3 qram çəkidə, 585 əyar italyan qızıl sep; 480 manat dəyərində, 5.7 qram çəkidə, 585 əyar italyan qızıl sep; 1100 manat dəyərində, 18.1 qram çəkidə, 585 əyar italyan qızıl sep; 450 manat dəyərində, 6 qram çəkidə, 585 əyar italyan qızıl sep; 500 manat dəyərində, 7 qram çəkidə, 585 əyar, italyan qızıl sep; 1500 manat dəyərində, 10 qram çəkidə, 10 sot, 583 əyar rus brilyant qaşlı qızıl üzük-sırğa dəsti; 700 manat dəyərində, 10 qram çəkidə, 585 əyar italyan italyan qolbaq (tros); 450 manat dəyərində, 9 qram çəkidə, 583 əyar, rus qolbaq (rekert); 660 manat dəyərində, 11 qram çəkidə, 585 əyar, italyan qolbaq (enli), 550 manat dəyərində, 583 əyar rus kulon (beşlik); 240 manat dəyərində, 4 qram çəkidə, 585 əyar italyan kulon (gözmuncuq); 450 manat dəyərində, 9 qram çəkidə, 583 əyar rus kulon (kitab Məkkə) və 350 manat dəyərində, 7 qram çəkidə, 583 əyar rus kulon (Nuray adı) cavabdehdə qalmışdır. Ona görə də siyahıda göstərilən 30265 (otuz min iki yüz altmış beş) manat dəyərində qızıl-zinət əşyalarının cavabdehdən alınıb qaytarılması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh bildirir ki, əşyalarını satacaq, itirəcək, heç kimə verməyəcək, ona görə də əşyalar olmadıqda onların dəyəri ondan tutulmalıdır. Cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş Abşeron rayonu Məmmədli kəndində fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən mənzil onların birgə mülkiyyətlərindədir. Verilmiş sorğunun cavabından məlum olmuşdur ki, cavabdeh X55 onun xəbəri və razılığı olmadan birgə nikah dövründə əldə etdikləri ünvan 7ində yerləşən fərdi yaşayış evini Abşeron rayon 2 saylı notariat kontorunda G.İ.Mənsimova tərəfindən təsdiq edilmiş 21.01.2019-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X16 adına özgəninkiləşdirmişdir. Cavabdehə verdiyi etibarnaməni artıq iki ildir ki, ləğv etmiş, bu barədə onu notariusla məlumatlandırmışdır. Etibarnamədən əlavə, Məmmədli kəndində yerləşən evlərinin alğı-satqısını razılıq ərizəsi ilə həyata keçirib, ancaq sadəcə, evdə torpağı öz yeznəsinin adına keçirməklə aldatmaq istəmiş, notarius isə razılığın qüvvədə olub-olmamasını yoxlamamışdır. Əslində, hüquqi nəticə yaratmayan əqd bağlannmış, satıcı və alıcı qəsdən ona ziyan vurmaq məqsədilə hətta evin və torpağın qiymətini üç dəfə az göstərmiş, notarius da bu fakta göz yummuşdur. Ona görə də Abşeron rayon 2 saylı notariat kontorunda X55 ilə X35 arasında ünvan 7ində yerləşən fərdi yaşayış evinə dair 21.01.2019-cu il tarixdə bağlanmış, xüsusi notarius G.İ.Məsimova tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-97 reyestr nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 7ində yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evi və ünvan 1kı 29 saylı mənzilə onun 1/2 və cavabdehin 1/2 hissədə paylarının müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı X28 iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, məhkəməyə təqdim etdiyi fotoşəkillər 2013-2014-cü illərdə çəkilmiş, fotoşəkillərdə üzərində olan qızılları 2016-cı ildə cavabdehlər əlindən almışlar. Belə ki, 2016-cı ildə qaynatasının cinayət işi olmuş, pul lazım olduğundan cavabdehlər qızıllarını istəmiş, qızıllarını alıb qaytaracaqlarına vəd vermiş, özü də qızılları cavabdehlərə vermişdir. Lakin cavabdehlər qızıllarını qaytarmamışlar. Məhkəmə iclasında iddiaçı X13 nümayəndəsi X36 iddiaçı Rüfanə Rüstəmlinin göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X55 iddianı qəbul etməyərək göstərmişdir ki, 2009-cu ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından 2 uşaqları olmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları məhkəmə qaydasında pozulmuşdur. ünvan 7ində yerləşən fərdi yaşayış evini iddiaçının razılığı ilə Abşeron rayon 2 saylı notariat kontorunda X4. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evin və ünvan 1kı 29 saylı mənzilin bölünməsinə razı deyil. İddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları olmamışdır. Olan qızılları isə iddiaçının özündə olmuşdur. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X37 nümayəndəsi (vəkili) X23 cavabdeh Ələkbər Əliyevin göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron 2 saylı Notariat Ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasına notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və keçirələcək məhkəmə iclasından çıxarılacaq hər hansı qərarı məhkəmə mülahizəsinə buraxdıqlarını bildirmişdir. Cavabdeh X22 və üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının, cavabdehin və onların nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, AA0362901 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 22.05.1993-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 16798109 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X55 07.07.1992-ci ildə Bərdə rayonu Türkmən kəndində doğulmuş, Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Mirzəxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.06.2011ci il tarixli, AZ-İ 648439 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X55 və X38 arasında 11.06.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11.06.2011-ci il tarixdə 15 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2(021)- 1649/2019 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 09.03.2010-cu il tarixdə anadan olmuş X48 və 11.04.2015-ci il tarixdə anadan olmuş X30 nikahın pozulmasından sonra anası X17 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X29 hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq X17 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.03.2019-cu il tarixli, AZ-İ 317519 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X55 və X38 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13.03.2019-cu il tarixdə 52 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunduqdan sonra qadına Rüstəmli soyadı verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X28 ilə cavabdeh X49 2009-cu ildə faktiki nikah münasibətinə daxil olmaqla evlənmiş, 2011-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. 2019-cu ilin mart ayında isə aralarında olan nikahları pozulmuşdur. Məhkəmə iddia tələbinin ünvan 7i ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin və fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə aşağıda göstərilənlərə əsasən təmin oluna bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Mərkəz” Vəkil Bürosuna ünvanlanmış 03.07.2019-cu il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası üzrə Milli qeydiyyat Sisteminə əsasən X37 adına ünvan 7ində yerləşən fərdi yaşayış evi aşkar edilmişdir. Lakin Abşeron rayon notariusu G.İ.Mənsimova tərəfindən təsdiq edilmiş 21.01.2019-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X16 adına özgəninkiləşdirilmişdir. X37 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evi və ünvan 1kı 29 saylı mənzil qeydiyyata alınmışdır. İş materiallarında olan X17 notariat kontoruna verilmiş olduğu 21.02.2017-ci il tarixli ərizənin surətindən görünür o, X42 məxsus ünvan 7i ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan ünvan 5 ünvanlanmış 31.07.2019-cu il tarixli, 150 saylı məktubdan görünür ki, Rüstəmli (Əliyeva) Rüfanə Müstəcəb qızının 21 fevral 2017-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində 7E-2725 reyestrlə təsdiq edilmiş ünvan 7ində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin satılması üçün verdiyi razılıq ərizəsi hələ də qüvvədədir və “Elektron notariat” X3 ləğv edilməmişdir. İş materiallarında olan “Elektron notariat” X3 31.07.2019-cu il tarixdə, saat 12:48-də çapa verilmiş Çıxarışdan görünür ki, X7 rayonu, Məmmədli kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş, bu barədə ərizəni imzalamış və imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan “Elektron notariat” X3 18.07.2019-cu il tarixdə, saat 14:45-də çapa verilmiş Çıxarışdan görünür ki, X24 məxsus bütün əmlak və hüquqlar üzrə səlahiyyətlər etibarnamə üzrə X42 etibar edilmiş, etibarnamə Abşeron rayon 1 saylı notariat ofisinin notariusu X56 tərəfindən təsdiq edilmiş, 21.02.2017-ci il tarixdə qeydiyyata alınmış, 10.11.2017-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X58 tərəfindən təsdiq edilmiş və ona ünvanlanmış ərizədən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 40000 (qırxm min) manat qiymətə satılması barədə satıcı X55 və alıcı X35 arasında razılığa gəlinmişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X58 tərəfindən təsdiq edilmiş 21.01.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 7i ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə satıcı X42 məxsus 0.06 ha hissəsi və 139.8 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə satıcı X42 məxsus 139.8 m2 hissəsi alıcı X16 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 05.12.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X18 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11.05.2007-ci il tarixdə, **********30 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi eskiz layihə əsasında 17.03.2015-ci il tarixdə **********30-10301 reyestr nömrəsi ilə X18 adına qeydiyyata alınmışdır. X9 həmin fərdi yaşayış evini Sumqayıt “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu C.M.Qasımov tərəfindən təsdiq edilmiş 16.05.2015-ci il tarixli, 4Ə- 1324 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X2. ünvan 7ində yerləşən fərdi yaşayış evi üzərində X25 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21.04.2015-ci il tarixdə **********30-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X10 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 01.07.2015-ci il tarixlİ, 4Ə-1181 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X6. ünvan 7ində yerləşən fərdi yaşayış evi üzərində X37 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.08.2015-ci il tarixdə **********30-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X21 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 21.01.2019-cu il tarixlİ, 4Ə-97 saylı alqı-satqı müqaviləsinə əsasən X5. ünvan 7ində yerləşən fərdi yaşayış evi üzərində X16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11.02.2019-cu il tarixdə **********30-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11.02.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 139.8 m2 olan fərdi yaşayış evi X16 mülkiyyətindədir. Məhkəmə iddiaçının Abşeron rayonu Məmmədli kəndində 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerlşən yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi hissədinə hüquqi qiymət verərək belə hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə riayət edilməklə iddiaçının özünün notariat qaydasında təsdiq edilmiş razılığı əsasında həyata keçirilmişdir. Bu vaxt mülki qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. İddiaçının alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi göstərdiyi ləğv olunmuş etibarnamə əsasında alqı-müqaviləsinin bağlanması barədə göstərdiyinə hüquqi qiymət verərək hesab edir ki, bu tam əsassızdır, belə ki, alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı tərəfindən verilmiş və sonradan ləğv edilmiş etibarnamədən istifadə olunmamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hazırkı işdən isə görünür ki, iddiaçı X28 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı öz iddiasını əsaslandırarkən cavabdehə verdiyi etibarnaməni artıq iki ildir ki, ləğv etdiyini, bu barədə onu notariusla məlumantlandırdığını, etibarnamədən əlavə ünvan 7ində yerləşən evin və torpağın alqı-satqısının onun öz razılıq ərizəsi ilə həyata keçirildiyini, ancaq bu zaman cavabdehin onu evlə torpağı öz yeznəsinin adına keçirməklə aldatmaq istədiyini, notariusun isə razılığın qüvvədə olub-olmadığını yoxlamadığını, bununla da hüquqi nəticə yaratmayan əqd bağlandığını, satıcı və alıcının qəsdən ona ziyan vurmaq məqsədi ilə hətta evin və torpağın qiymətini üç dəfə az göstərdiyini, notariusun isə bu fakta göz yumduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ünvan 7ində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 139.8 m2 olan fərdi yaşayış evi X37 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.08.2015-ci il tarixdə **********30-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni, həmin fərdi yaşayış evi həqiqətən tərəflərin birgə nikahı dövründə (11.06.2011-13.03.2019) cavabdehin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. İş materiallarından görünür ki, həmin ünvan 7ində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 139.8 m2 olan fərdi yaşayış evi elə tərəflərin birgə nikahı dövründə (21.01.2019-cu il) X1. Belə ki, X55 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 21.01.2019cu il tarixlİ, 4Ə-97 saylı alğı-satqı müqaviləsinə əsasən X5. Qanunvericiliyin tələbinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Yəni ümumi əmlak üzərində sərəncam verilməsi ilə bağlı istənilən hüququn həyata keçirilə bilməsi üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı mütəq şərtdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən, ərarvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarından aydın görünür ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Bu mənada, hazırkı iş üzrə ünvan 7ində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 139.8 m2 olan fərdi yaşayış evi tərəflərinin birgə nikahı dövründə əldə edilməklə onların ümumi əmlakı sayıldığından həmin daşınmaz əmlakın cavabdeh X55 tərəfindən satılması üçün iddiaçı X13 notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilmiş, yalnız müvafiq razılıq verildikdən və notariat qaydasında təsdiq edildikdən sonra alğı-satqının reallaşdırılması mümkün olmuşdur. İş materiallarından görünür ki, iddiaçı X28 qeyd edilən fərdi yaşayış evinin satılmasına razılıq vermiş, onun razılığı notariat qaydasında təsdiq edilmişdir və razılıq ərizəsi hələ də qüvvədədir. Belə ki, X38 tərəfindən notariat kontoruna verilmiş 21.02.2017ci il tarixli ərizənin surətindən görünür o, X42 məxsus ünvan 7i ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. Həmçinin, “Elektron notariat” X3 31.07.2019-cu il tarixdə, saat 12:48-də çapa verilmiş Çıxarışdan görünür ki, X7 rayonu, Məmmədli kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş, bu barədə ərizəni imzalamış və imzasının həqiqiliyi notaius tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, hazırkı iddia ərizəsində iddiaçı X7 rayonu, Məmmədli kəndində yerləşən həmin fərdi yaşayış evinin satılmasına razılıq verdiyini özü də etiraf etmiş, həmçinin qeyd etmişdir ki, cavabdeh həmin razılığı verdiyi zaman torpağı öz yeznəsinin adına keçirməklə onu aldatmaq istəmiş, bundan başqa, qəsdən ona ziyan vurmaq məqsədilə hətta evin və torpağın qiymətini üç dəfə az göstərmiş, notarius isə bu faktlara göz yummuşdur. Lakin iddiaçı qeyd etdiyi həmin halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə, məhkəməyə Abşeron rayon 2 saylı notariat kontorunda X55 ilə X35 arasında 21.01.2019-cu il tarixdə bağlanmış, xüsusi notarius G.İ.Məsimova tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-97 reyestr nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alacaq heç bir sübut təqdim edə bilmməmiş, yalnız razılıq verərkən aldadıldığını bildirməklə kifayətlənmişdir. Məhkəmə iddiaçının nəzərinə təkrarən çatdırmağı zəruri hesab edir ki, MPM-ni 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayon 2 saylı notariat kontorunda X55 ilə X35 arasında 21.01.2019-cu il tarixdə bağlanmış, xüsusi notarius G.İ.Məsimova tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-97 reyestr nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin, 29 nömrəli mənzilinə payın müəyyən edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə aşağıda göstərilənlərə əsasən təmin oluna bilməz. Belə ki, iş materiallarında olan Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X50 tərəfindən təsdiq edilmiş 18.03.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X44 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən ümumi sahəsi 46 m2 olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini (tam hissə, 46 m2, 2 otaq) X32 mülkiyyətinə vermişdir. Bağışlanan daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.12.2008-ci il tarixdə X33 verilmiş **********55-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən hədiyyə verənə məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən, ümumi sahəsi 46 m2 olan mənzil X37 adına 27.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.12.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ilkin olaraq X8 adına 16.07.2011-ci il tarixdə qeydiyyata alınmış, sözügedən fərdi yaşayış evi daha sonra Bakı şəhərinin notariusu X46 tərəfindən təsdiq edilmiş 4ə/1181 reyestr nömrəli, 07.10.2011-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X37 adına 04.11.2011-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ilkin olaraq 26.03.2003-cü il tarixdə X53 adına hüquqi qeydiyyata alınmışdır. 12 saylı DNK-nın 4ə-01-05 reyestr nömrəli, 09.01.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mənzil X26 mülkiyyətinə keçmişdir. 51 saylı DNK-nın 4ə-247 reyestr nömrəli, 18.03.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən mülk 27.03.2019-cu il tarixdə X37 adına dövlət reyestrində rəsmiləşdirilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən ümumi sahəsi 46 m2 olan 2 otaqlı mənzil bağışlanma müqaviləsinə əsasən X32 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın görünür ki, nikaha daxil olanadək, yaxud nikah dövründə əldə edilməsinə baxmayaraq, tərəflərin hər birinə hədiyyə şəklində verilmiş istənilən əmlak ər-arvadın ayrıca mülkiyyətidir və digər tərəf həmin əmlak üzərində hər hansı payının müəyyən edilməsini tələb edə bilməz. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən ümumi sahəsi 46 m2 olan 2 otaqlı mənzil cavabdeh X37 mülkiyyətinə məhz bağışlanma müqaviləsi əsasında verildiyindən onun ayrıca mülkiyyətindədir və iddiaçı X13 həmin əmlak üzərində hər hansı payı müəyyən edilə bilməz. Odur ki, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evinə 1/2 hissənə payın müəyyən edilməsinə dair tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhərinin notariusu X51 tərəfindən təsdiq edilmiş 07.10.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X19 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 m2, yaşayış sahəsi 52.04 m2, köməkçi sahəsi 102.7 m2 olan, 188 saylı fərdi yaşayış evini və torpaq sahəsini alıcı X37 mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanında 0.105562 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154.74 m2, tikintialtı sahəsi 48.24 m2 olan fərdi yaşayış evi X37 mülkiyyətindədir. Yəni, həmin fərdi yaşayış evi həqiqətən tərəflərin birgə nikahı dövründə (11.06.2011- 13.03.2019) cavabdehin adına qeydiyyata alındığından tərəflərin ümumi mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X28 həmin daşınmaz əmlak üzərində öz payının müəyyən edilməsini tələb etməkdə haqlı olduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanında yerləşən fərdi yaşayış evi bölünərək 1/2 hissəsinə iddiaçı X13, 1/2 hissəsinə cavabdeh X37 pay hüquqları tanınmalıdır. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyaları tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Bərdə şəhər X54 Birliyinin mütəxəssisi X45 tərəfindən verilmiş rəydən görünür ki, X13 iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarına mütəxəssisə təqdim edilən iki ədəd toy diskinə 02.12.2019-cu il tarixdə, saat 15:00-da iddiaçının anasının və 28.11.2019-cu il tarixdə, saat 12:00-da cavabdeh X37 iştirakı ilə baxarkən 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbağ, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyarlı bir ədəd üzük olmaqla, cəmi 2125 manat dəyərində qızıl-zinət əşyası müəyyən edilmişdir. "xxxx" Bərdə şəhər X54 Birliyinin mütəxəssisi X45 iddiaçı X13 iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarına 08 yanvar 2020-ci il tarixdə iddiaçının təqdim etdiyi 3 ədəd diskə iddiaçının anası və cavabdehin vəkilinin iştirakı ilə baxarkən hal-hazırda bazar qiymətlərinə uyğun olaraq aşağıdakı qiymətləri qoymuşdur:- 1800 manat dəyərində 37 qram çəkidə 585 əyarlı kolye dəsti (20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbağ, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa), 165 manat dəyərində 3,7 qram çəkidə 585 əyarlı üzük, 160 manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı üzük, 800 manat dəyərində 20 qram çəkidə 585 əyarlı toxunma formalı sep olmaqla cəmi 2925 manat dəyərində. İddiaçının qızıl-zinət əşyaları tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı X28 iddia ərizəsində cəmi 30 adda, 30265 (otuz min iki yüz altmış beş) manat dəyərində qızıl-zinət əşyasının, həmin əşyalar olmadıqda isə onların dəyərinin cavabdeh X29 tutulmasını xahiş etmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş on ədəd fotoşəkildən görünür ki, X13 üzərində bir ədəd qızıl sep, bir cüt qızıl sırğa, iki ədəd qızıl üzük, bir ədəd qızıl qolbağ olmuşdur. Həmçinin, "xxxx" Bərdə şəhər X54 Birliyinin mütəxəssisi X45 tərəfindən verilmiş rəydən görünür ki, X13 iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarına mütəxəssisə təqdim edilən iki ədəd toy diskinə 02.12.2019-cu il tarixdə, saat 15:00-da iddiaçının anasının və 28.11.2019-cu il tarixdə, saat 12:00-da cavabdeh X37 iştirakı ilə baxarkən 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük olmaqla, cəmi 2125 manat dəyərində qızıl-zinət əşyası müəyyən edilmişdir. Bundan sonra iddiaçı X28 məhkəməyə ərizə təqdim edərək mütəxəssis tərəfindən verilmiş rəylə razı olmadığını, rəyin verilməsinə əsas olmuş toy disklərinin montaj olduğunu, həqiqəti əks etdirmədiyini bildirmiş, onun təqdim etdiyi disklərə mütəxəssis tərəfindən baxış keçirələrək yeni rəy verilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında "xxxx" Bərdə şəhər X54 Birliyinin mütəxəssisi X45 tərəfindən iddiaçı X28 tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və yeni rəy verilmiş, rəydə 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti (20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 800 manat dəyərində, çəkisi 20 qram olan qızıl sep olmaqla, cəmi 2925 manat dəyərində qızıl-zinət əşyaları göstərilmişdir. Göründüyü kimi iddiaçı və cavabdehin təqdim etdyi toy disklərinə baxış keçirilərkən iddaçıya 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 800 manat dəyərində, çəkisi 20 qram olan qızıl sep olmaqla, cəmi 2925 manat dəyərində qızıl-zinət əşyalarının hədiyyə olunaraq verildiyi müəyyən edilmişdir. Digər qızıl-zinət əşyalarının hədiyyə kimi iddiaçıya təqdim olunması bərədə hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi və özünün bildirdiyi kimi 2014-2015-ci illərdə çəkilmiş fotoşəkillərə hüquqi qiymət verərək hesab edir ki, bu fotoşəkillər iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tam əks etdirmədiyindən, həmin şəkildə göstərilən qızıl-zinət əşyalarının həqiqətən ona hədiyyə kimi verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının onun iradəsinə zidd olaraq alınmasını təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi cavabdehin anası ilə olan telefon danışıqlarına qiymət verərək hesab edir ki, həmin telefon danışıqlarında konkret olaraq iddiaçıya məxsus hansı qızıl-zinət əşyalarının qaynatasının işi ilə əlaqədar verilməsi öz əksini tapmadığından qızıl-zinət əşyalarının tam həcmdə təmin edilməsi üçün əsas ola bilməz və mötəbər sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Hazırkı işdən isə görünür ki, iddiaçı X28 cavabdeh X29 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 800 manat dəyərində, çəkisi 20 qram olan qızıl sepdən başqa digər qızıl-zinət əşyalarının ona hədiyyə olunması barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh X55 isə öz növbəsində həmin qızılların mövcudluğunu inkar etmiş, olmuş qızılların isə iddiaçının özündə olduğunu bildirmişdir. Lakin cavabdehlər iddiaçı tərəfindən hər hansı qızılın aparılmış olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında səsləndirilmiş telefon danışığından göründüyü kimi cavabdehin anası iddiaçıya hədiyyə olunmuş qızıl-zinət əşyalarının həyat yoldaşı (iddiaçının qaynatasının) işi ilə bağlı iddiaçıdan alındığını təsdiq etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Göründüyü kimi iddiaçı tərəfindən hər hansı qızıl-zinət əşyasının aparılması ilə bağlı istənilən arqument cavabdeh tərəfindən sübut edilmədiyi halda əhəmiyyətsizdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyaları ilə bağlı hissədə qismən təmin edilməli, mütəxəssis rəyinin tərəflərin hər ikisi tərəfindən verilmiş disklərə baxış keçirilərək verilməsi nəzərə alınaraq rəydə göstərilən və iddiaçıya toyda hədiyyə olunmuş 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 800 manat dəyərində, çəkisi 20 qram olan qızıl sep, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri X27 alınaraq iddiaçı X20 verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 800 manat dəyərində, çəkisi 20 qram olan qızıl sep, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri cavabdeh X29 alınaraq iddiaçı X20 verilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanında yerləşən fərdi yaşayış evi bölünərək 1/2 hissəsinə iddiaçı X13, 1/2 hissəsinə cavabdeh X37 pay hüquqları tanınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(021)-3069/2019 saylı qərardadına əsasən, iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbirinin görülməsinə dair ərizə təmin edilərək X16 adına olan ünvan 7ində yerləşən fərdi yaşayış evi, X37 adına olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanındakı fərdi yaşayış evi və ünvan 1kı 29 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Belə olan haldda məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsində həmin tədbirlər göstərilməli, iddianın təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.4.10-cu maddəsinə əsasən nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq dövlət rüsumu bölüşdürülməklə 20 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 10 manat məbləğində rüsum isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X13 cavabdehlər X55, X35, Abşeron rayon 2 saylı notariat kontoru və üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak tələbi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. 1800 manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 20 qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 160 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 800 manat dəyərində, çəkisi 20 qram olan qızıl sep, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri cavabdeh X29 alınaraq iddiaçı X20 verilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, ev 188 ünvanında yerləşən fərdi yaşayış evi bölünərək 1/2 hissəsinə iddiaçı X13, 1/2 hissəsinə cavabdeh X37 pay hüquqları tanınsın. Bərdə Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(021)-3069/2019 saylı qərardadı ilə qəbul edilmiş idddianın təmin etmə tədbiri qətnamə qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. 10 manat məbləğində ödənilmiş dövlət rüsum cavabdeh X40 alınaraq iddiaçı X20 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-297/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-297/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver