Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2974/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul və əldən çıxmış fayda ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası 6000 manat məbləğində pulun və 600 manat əldən çıxmış faydanın , ümumilikdə 6600 manat məblıəğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh oğluna qarşı “pul və əldən çıxmış fayda ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. İş № 2(021)-2578/21 Hakimin məhkəmədən kənar ayrıca prosessual hərəkətlərin protokolu Bərdə rayon məhkəməsi Əbilov Qamət Mehman oğlunun sədrliyi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə 25 avqust 2021-ci il tarixdə, saat 11:25-də, Bərdə şəhəri məhkəmə binasında Sədrlik edən İddiaçı Cavabdeh oğluna qarşı “pul və əldən çıxmış fayda ” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına getdi, qayıdaraq qərardadı elan edərək məhkəmə iclasını saat 11:30-də bağlı elan etdi. Protokol 25 avqust 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(021)-2974/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2974/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver