Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-298/2022 27.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun iclas katibliyi ilə, İddiaçı “Expressbank ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması " tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Expressbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4996.51 manat məbləğində əsas borcu və 2246.95 manat faiz borcu olmaqla, ümumilikdə 7243.46 manat borcun və 93.24 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə onların iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı “Expressbank ASC-nin nümayəndəsi İlkin Cavadzadə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, onun iştirakı olmadan işə baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin iş materiallarında olan 06.01.2021-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı “Expressbank ASC tərəfindən Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 74.1 və 74.2-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərə dair X1 verilmiş etibarnamənin müddəti 31 dekabr 2021-ci il tarixdə bitmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı “Expressbank ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması " tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “Expressbank ASC-yə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-298/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-298/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver