Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2983/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı1, Məmmədova Məxmər Səttər qızının və onların vəkili və nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1 və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 6200 manat məbləğində pulun alınaraq onların xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X5 iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 2018-ci il tarixdən tanıyırlar. Belə ki, Cavabdeh onların fermasında çoban işləyib, cavabdeh hər ay 300 manat əmək haqqı ödəyiblər. Cavabdeh onların etibarını qazanmışdır. Cavabdeh həmin münasibətdən istifadə edərək əmək haqqından başqa əlavə borc pullar almışdır. Cavabdeh əmək haqqından əlavə aldığı borc pulları öz xətti ilə qeyd etmişdir. Həmin borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdeh həyat yoldaşına məxsus kartı Məxmər Məmmədovaya vermişdir. Həmin kart vasitəsi ilə 3 ay müddətinə hər ay 220 manat olmaqla cəmi 660 manat əldə etmişdir. Cavabdeh həmin kartın qarşısını bağlatmışdır. Bundan əlavə cavabdeh qəbz şəkilində qeyd etmişdir ki, Məxmər Nəzərovadan 4200 manat borc almışdır. Cavabdehin əlavə olaraq 17 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2000 manat borcu vardır. Hazırda kredit müqaviləsi üzrə 2000 manat, 4200 manat isə nəğd pul borcu vardır. Cavabdehdən dəfələrlə borclu olduğu pulu geri qaytarmasını tələb etsələr də bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu geri qaytarmamışdır. Cavabdeh 2021-ci ilin təxminən mart ayında məhkəmə hökmünə əsasən məhkum olunmuş və barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdehdən işə gəlməsini tələb etmişlər, cavabdeh həmin vaxt bildirmişdir ki, barəsində azadlığın məhdudlaşdırılması cəzası olduğundan yaşadığı yeri tərk edə bilmir. Bu səbəbdən də məcbur olub məhkəmədə iddia qaldırmalı olmuşdur. Daha sonra iddiaçılar İddiaçı1 və X5 məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh Nəsib oğlundan 5600 manat pulun alınıb onlara verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar Məmmədov Faiq Əfqan oğlu və Məmmədova Məxmər Səttər qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X8 idddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçılardan borc pul alıb, borcun ödənilməsi üçün arvadının kartını iddiaçılara vermişdir. İddiaçılara 4200 manat borcu var. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 31 avqust 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1951-ci ildə Ağcəbədi rayonunda doğulmuşdur, Xocavənd rayonu, Xocavənd kəndində doğulmuşdur. Mülki işə əlavə olunmuş məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Xocavənd rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş Xocalı rayon İcra Hakimiyyəti Başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 247 nömrəli 25 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayon Xocavənd kəndindən məcburi köçkündür və Ağcabədi rayonu Meşəçilik ərazisində məskunlaşıb yaşayır. Mülki işə əlavə edilmiş on yeddi iyul iki min on səkkizinci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, Məmmədov X9 Vüqar Nəsib oğluna 2000 manat məbləğində borc pul vermişdir. Mülki işə əlavə edilmiş qəbzlərdə “2022 - yanvar ayına kimi almışam, fevral ayını aldım, mart ayını aldım, oktyabr-aldım, noyabr-aldım, dekabr-aldım, 2021-ci il yanvar ayını aldım, fevral ayını aldım, mart ayını aldım, aprel ayını aldım, may ayını aldım, iyul ayını aldım, avqust ayını aldım, sentyabr ayını aldım, oktyabr ayında 250 aldım, noyabr ayına kimi almışıq, dekabrın maaşını aldım, mən Cavabdeh Məxmərə 4200 manat borcum var, borc almışam”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, iddiaçılar İddiaçı1 Əfqan oğlunun və X2 Cavabdeh qarşı 5600 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, Cavabdeh iddiaçılar İddiaçı1 və X3 4200 manat borcunun olmasını məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və Məmmədova Məxmər Səttər qızının xeyrinə 5600 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat alınaraq iddiaçılar İddiaçı1 və X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2983/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2983/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver