Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2988/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu1 və Səfərova Əsmər Cahangir qızına qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcludan 674.52 manat qalıq borcu və 234.73 manat cərimə borcu olmaqla, cəmi 909.25 manat borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş ərizə imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 278.3-cü maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu1 və Səfərova Əsmər Cahangir qızına qarşı « borcun ödənilməsi» barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 278, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu1 və Səfərova Əsmər Cahangir qızına qarşı « borcun ödənilməsi» barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2988/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2988/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver