Məhkəmə qərarları › İş №2(021)-2989/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2989/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2989/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə cəmi 2407,01 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X24 arasında bağlanmış 09.03.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 26 % olmaq şərtilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə borcalan isə həmin kreditdən məqsədə uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 13.08.2020-ci il tarixli məktubu ilə X12 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bu isə borcalan X12 hüquqi varisinin Cavabdeh olması anlamına gəlir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MMnin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin kredit alan Azərbaycan Respublikası MM-nin 1309cu maddəsində qeyd edildiyi kimi hərəkət etməmiş, müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 29 iyul 2021-ci il tarixə qədər kredit müqaviləsi üzrə cəmi 2407,01 manat kredit borcu yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi X15 məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X21 cavabdehin hissə-hissə kredit borcunun ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 03.02.2015-ci il tarixli, 986nkBRD/18 saylı Kredit və X14 görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh X16 26 % olmaq şərtilə 24 ay müddətinə 3000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 03.02.2015-ci il tarixli, 986nkBRD/18 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, X12 aylıq ödənişi 162 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 03.02.2015-ci il tarixli, 986nkBRD/18 saylı kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixli Proqramdan elektron qaydada çıxarılmış arayışdan görünür ki, cavabdeh X12 ümumi 2407,01 manat kredit yaranmışdır. Mülki işə əlavə olunmuş Seriya AZE № 07344096 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X24 30.06.1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Təbriz küçəsi ev 11, mənzil 14-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İ № 917322 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X24 18.03.2018-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi asfikasiya, suda batma boğulma olmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli, №1149/2020 saylı məktubdan görünür ki, Bərdə Regional “ASAN-Xidmət” mərkəzinn notariat ofisində 25 iyun 2018-ci ildə 2V-559 reyestrlə 18 mart 2018-ci ildə ölmüş, ünvan 1 ünvanında yaşamış X12, buraxılış ili 2007 olan VAZ 21074 minik markalı, 09 B0 697 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olanlar Cavabdeh, X17 və X10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş vərəsəlik haqqında şəhadətnamədən görünür ki, buraxılış ili 2007 olan VAZ 21074 minik markalı, 09 B0 697 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olanlar Cavabdeh, X17 və X10 qanun üzrə vərəsələrdir. Həmin notariat işindən görünür ki, X25 və X18 yetkinlik yaşına çatmamış şəxslərdir. Mülki işə əlavə olunmuş 01.06.2021-ci il tarixli bildirişdən görünür ki, Quliyev Zeynbəb Rəhim qızına kredit borcunun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 14.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Təbriz küçəsi ev 11, mənzil 14-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh ərizəsindən görünür ki, X24 18.03.2018-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Yevlax RQİ və TBŞ tərəfindən verilmiş AC 72895 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə səasən ** BO *** dövlət nömrə nişanlı ibarətdir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh ərizəsindən görünür ki, X24 18.03.2018-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Bərdə şəhəri H.Əliyev prospekti 11/14 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən ibarətdir. X2 və X8r. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş X5 ərizəsindən görünür ki, X6 18.03.2018-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Yevlax RQİ və TBŞ tərəfindən verilmiş AC 72895 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə səasən ** BO *** dövlət nömrə nişanlı ibarətdir. Ondan başqa Cavabdeh vərəsəsidir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş X5 ərizəsindən görünür ki, X6 18.03.2018-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Bərdə şəhəri H.Əliyev prospekti 11/14 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Ondan başqa Cavabdeh vərəsəsidir. Mülki işə əlavə olunmuş arayışdan görünür ki, X12 08.08.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışı dövlət reyestrindən qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX, №0426568 sayl Çıxarışından görünür ki, X16 məxsus Bərdə şəhəri H.Əliyev prospekti 11/14 ünvanında 0.06 torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır. Mülki işə əlavə olunmuş AC № 728925 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinən görünür ki, ** BO *** qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı nəqliyyat vasitəsinin sahibi X19r. Mülki işə əlavə olunmuş AZ-İ № 917322 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 18.03.2018-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi asfikasiya, suda batma boğulma olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ № 256751 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 26 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi baş beyinə qansızma, avtomobili qəzası olmuşdur. Mülki işə əlavə olunmuş Xİ-ЖГ № 497729 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 30 iyun 1984-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X4, anası X1r. Mülki işə əlavə olunmuş AZİİ № 411665 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 ilə Calalova Zeynəb qızı 27 iyun 2008-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş AZİİ № 409637 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 24.12.2009-cu ildə Bərdə rayonunda anadan olmuşdur. X6, anası X11r. Mülki işə əlavə olunmuş AZİİİ № 168333 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 30.07.2013-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X6, anası X11r. Mülki işə əlavə olunmuş 25.06.2018-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 18.03.2018-ci il tarixdə vəfat etmiş X12 vərəsələri Cavabdeh, X17 və X10 Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş AC 72895 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə səasən ** BO *** dövlət nömrə nişanlı ibarətdir. Mülki işə əlavə olunmuş 25.06.2018-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 18.03.2018-ci il tarixdə vəfat etmiş X12 vərəsələri Cavabdeh, X17 və X10 Şəhadətnamə verilən miras əmlak Bərdə şəhəri H.Əliyev prospekti 11/14 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Mülki işə əlavə olunmuş 25.06.2018-ci il tarixli Bərdə rayon İcra Hakimiyyətinn Qəyyumluq və Himayəçilik Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, 2009-cu ildə doğulmuş X25 və 2013-cü ildə doğulmuş X13 həddi-büluğa çatan azyaşlılardır. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 03.02.2015-ci il tarixli, 986nkBRD/18 saylı Kredit və X23 əsasən "xxxx" KB ASC tərəfindən cavabdeh X16 illik 26 % olmaq şərtilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə borcalan isə həmin kreditdən məqsədə uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 13.08.2020-ci il tarixli məktubu ilə X12 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bu isə borcalan X12 hüquqi varisinin Cavabdeh olması anlamına gəlir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin kredit alan Azərbaycan Respublikası MM-nin 1309cu maddəsində qeyd edildiyi kimi hərəkət etməmiş, müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də onlar, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cəmi 2407,01 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cəmi 2407,01 manat kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar