Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-299/2021 27.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi_ X3 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 01 sentyabr 2020-ci il tarixə Cavabdeh 3 079.72 manat əsas borc, 2855,51 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 434.30 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 6369,53 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.11.2015-ci il tarixli 209/06 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3300 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 2.3, 2.4, 5.2, 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şifahi və yazılı bildirişərlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Hazırda, 01 sentyabr 2020-ci il tarixə Cavabdeh 3079,72 manat əsas borc, 2855,51 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 434,30 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlırazılıq əldə edilmədikdə mübahisələrin qnunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. Bərdə Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6077 saylı 05 aprel 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları, 10 noyabr 2015-ci il tarixdə bağlanmış 209/06 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" KB ASC-nə maliyyə arayışının tarixinə 01.09.2020-ci il tarixinə olan borcu 4894,44 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc 3079,61 manat, faiz borcu 1814,83 manat. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2015-ci ildə iddiaçı bankdan 3300 manat məbləğində kredit götürmüşdür. Kredit borcundan bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. İddia tələbinin ekspert rəyinə uyğun qaydada təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 noyabr 2015-ci il tarixli 209/06 saylı kredit müqaviləsi surətindən müəyyən edilir ki, bu müqavilənin predmetini ləğv prosesində olan "xxxx" KB ASC-nin Cavabdeh 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 3300 manat məbləğində kredit verməyi, borcalanın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmasına dair pul öhdəliyi təşkil edir. -borcalana kredit mebel alınması üçün verilir. İş materiallarında olan 01 sentyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 10 noyabr 2015-ci il tarixli 209/06 saylı kredit müqaviləsi üzrə 19 avqust 2020-ci il tarixə 3079,72 manat əsas kredit borcu, 2855,51 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 434,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 6369,53 manat borcu vardır. İş materiallarında olan 25 avqust 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədilə Cavabdeh borcunu ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 28 sentyabr 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində Cavabdeh 209/06 saylı kredit müqaviləsinə əsasən 19 avqust 2020-ci il tarixə 3079,72 manat əsas, 2855,51 manat faiz məbləğində borcu olması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6077 saylı 05 aprel 2021-ci il tarixli rəyində isə əsas borcu 3079,61 manat, faiz borcu 1814,83 manat məbləğində olması göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 10 noyabr 2015ci il tarixli, 209/06 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 3300 manat məbləğində krediti vaxtında icra etmədiyindən, hazırda onun 3079,61 manat əsas kredit borcu, 1814,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 3300 manat məbləğində kredit alması və həmin kredit üzrə 3079,61 manat əsas kredit borcu, 1814,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 10 noyabr 2015-ci il tarixli, 209/06 saylı kredit müqaviləsi üzrə yaranmış 3079,61 manat əsas kredit borcu, 1814,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 3300 manat məbləğində kredit alması və həmin kredit üzrə 3079,61 manat əsas kredit borcu, 1814,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin 434,30 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 05 aprel 2021-ci il tarixli 9/6077 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 33,33 (otuz üç manat otuz üç qəpik) hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən, 66,66 (altmış altı manat altmış altı qəpik) manat hissəsi isə Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3079,61 manat əsas kredit borcu, 1814,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, cəmi 4894,44 (dörd min səkkiz yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 33,33 (otuz üç manat otuz üç qəpik) hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən, 66,66 (altmış altı manat altmış altı qəpik) manat hissəsi isə Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-299/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-299/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver